Oskar Uayldın unudulmaz faciəsi – “Dorian Qreyin portreti” sentyabrın 24-də Heydər Əliyev sarayında nümayiş olunacaq.
Bu, ümumilikdə yeddi ölkədə səhnəyə çıxarılacaq tamaşanın ilk premyerasıdır.
Tamaşa daha sonra Polşa, Makedoniya, Serbiya, Albaniya, Xorvatiya və Kosovada nümayiş olunacaq.
Tamaşanın baş prodüseri Ziya Ağa, quruluşçu rejissoru Georgi Rizeski, bəstəkarı Almir Bayramoski, quruluşçu rəssamı Emil Pakovskidir.
Təşkilatçıların “Öz ruhunu qorumaq istəyənlər üçün bir ruh hekayəsi!”, “Əsl modern teatr gecəsinə hazır olun!” devizləri ilə səhnəyə çıxardığı tamaşa sentyabrın 24-də Heydər Əliyev Sarayında saat 19:30-da başlanacaq.
Biletləri iticket.az saytından və şəhərin bütün kassalarından əldə etmək mümkündür. Biletlərin satış qiyməti 10 manatdan 100 manata qədərdir.
Oskar Uayld (1854-1900) görkəmli irland yazıçısı və şairi, Böyük Britaniya kraliçası Viktoriyanın hakimiyyət illərinin son dövrlərində yazıb yaratmış ən məşhur dramaturqlardan biridir.
“Dorian Qreyin portreti” romanı ilk dəfə 1890-cı ildə işıq üzü görüb. Bu əsər ingilis dilində yazılmış yüz ən yaxşı romandan biri sayılır.