İqtisadçı alim Qubad İbadoğlunun istintaq müddəti avqustun 20-dək uzadılıb, onun barəsində yeni qətimkan tədbiri – polisin nəzarəti altına vermə seçilib. Novator.az bildirir ki, polisin nəzarətində olan şəxs icazə almadan başqa yerə gedə, habelə müvafiq yaşayış məntəqəsi hüdudlarında daimi yaşayış yerini və ya müvəqqəti olduğu yeri dəyişə bilməz. O, polisin müəyyən etdiyi cədvəl üzrə polis orqanına gəlməli və gəlişini qeyd etdirməlidir.
Qubad İbadoğlu 2023-cü il iyulun 23-də həbs edilmiş, 2024-cü il aprelin 22-də ev dustaqlığına buraxılmışdı. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi istintaqı mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması; dini ekstremist materialları hazırlama, saxlama və ya yayma ittihamları ilə aparır.
1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədidir.
Azərbaycan Dövlət İqtisad Universitetində, Budapeştdəki Mərkəzi Avropa Universitetində, ABŞ-ın Kanzas, Şimali Karolina, Dyuk, Prinston, Ratqers universitetlərində, London İqtisadiyyat Məktəbində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
“Ekonomiks” qəzetinə, “Ekspert” jurnalına baş redaktorluq, İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbərlik edib.
Müsavat Partiyasının rəhbərliyində təmsil olunub. 2015-ci ildə Azərbaycan Demokratiya və Rifah Hərəkatının, 2021-ci ildə Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri seçilib.
2024-cü il mayın 14-də Azərbaycan Demokratiya və Rifah Partiyası fəaliyyətini dayandırıb.
Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?
“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”
Qubad İbadoğlu: iddialar üzə çıxır
Qubad İbadoğlu 4 aylıq həbsə getdi
Qubad İbadoğlu: müdafiə komitəsi yaradıldı
Vəkil Qubad İbadoğlu ilə görüşə bilməyib
Qubad İbadoğlu yenə həbsdə saxlandı
Qubad İbadoğlunun səhhəti pisləşir
Qubad İbadoğlu: cinayət işi böyüyür
Qubad İbadoğlu: kitab əngəli var
Qubad İbadoğlu: ilk görüşdən xəbər var
Anasının Qubad İbadoğluya məktubu
Avropa Məhkəməsindən Qubad İbadoğlu qərarı