İqtisadçı alim, siyasətçi Qubad İbadoğlu aprelin 22-də ev dustaqlığına buraxılıb. Qərarı vəkillərin vəsatəti əsasında Nərimanov Rayon Məhkəməsi qəbul edib.
Qanun ev dustağı üçün yaşayış yerini, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək kimi vəzifələr qoyur.
2023-cü il iyulun 23-də tutulan Qubad İbadoğlu Bakı İstintaq Təcridxanasında saxlanırdı. Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi istintaqı mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması; dini ekstremist materialları hazırlama, saxlama və ya yayma ittihamları ilə aparıb.
1971-ci il sentyabrın 12-də Füzulinin Aşağı Güzlək kəndində doğulan Qubad İbadoğlu Azərbaycan Dövlət İqtisad Universitetini və həmin təhsil ocağının aspiranturasını bitirib. İqtisad elmləri namizədidir.
Azərbaycan Dövlət İqtisad Universitetində, Budapeştdəki Mərkəzi Avropa Universitetində, ABŞ-ın Kanzas, Şimali Karolina, Dyuk, Prinston, Ratqers universitetlərində, London İqtisadiyyat Məktəbində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
“Ekonomiks” qəzetinə, “Ekspert” jurnalına baş redaktorluq, İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbərlik edib.
Müsavat Partiyasının rəhbərliyində təmsil olunub. 2015-ci ildə Azərbaycan Demokratiya və Rifah Hərəkatının, 2021-ci ildə həmin qurumun bazasında yaradılmış Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri seçilib.
Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?
“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”
Qubad İbadoğlu: iddialar üzə çıxır
Qubad İbadoğlu 4 aylıq həbsə getdi
Qubad İbadoğlu: müdafiə komitəsi yaradıldı
Vəkil Qubad İbadoğlu ilə görüşə bilməyib
Qubad İbadoğlu yenə həbsdə saxlandı
Qubad İbadoğlunun səhhəti pisləşir
Qubad İbadoğlu: cinayət işi böyüyür
Qubad İbadoğlu: kitab əngəli var
Qubad İbadoğlu: ilk görüşdən xəbər var
Anasının Qubad İbadoğluya məktubu
Avropa Məhkəməsindən Qubad İbadoğlu qərarı