• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Zərərdən o yana

  • 10 Aprel 2024
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

Hikmət Sabiroğlu

Düşmənin əməllərini bir daha gözdən keçirən dövlət məni zərərçəkən kimi tanıyıb. Söhbət Şuşada evimizin raket atəşi ilə külə dönməsindən gedir. 1992-ci ilin zərəri indi rəsmiləşir, daşı da çoxdan əriyib evimizin.

Dünya malı gözümüzdə olmadı heç. Şuşanın işğalından sonrakı ilk günləri belə xatırlamışam bir vaxt: “İmarətdən olmuş altı nəfərlik ailə darısqal bir otağa sığınıb. Qaşığımızın altıdan az olması deyil dərd. Bir-birimizin üzünə elimizə görə baxa bilmirik”.

Bir müharibədə qardaşı, o birində oğlu şəhid olana baxanda mən nə zərər görmüşəm?

Ailələr yer üzündən silinib… Qardaş bacı dərdindən, bacı qardaş yarasından havalanıb… Şəhid evinin gəlini qədirbilməz qapısında boyun burmalı olub… Atasız evin uşağı ürəksiz böyüyüb… Ev nə zərərdir bunların yanında?

…1992-ci ilin o ağır günlərində evdən yalnız bir-iki xalça-palaz çıxarmağa razı oldum, anamı eşitmədim. İki gün sonra – martın 14-də ev mərmiyə tuş gəldi.

Hər adam inanmaz: bir yol da məni qınamadı anam. Ev-eşiyi yox, yurdu dərd elədi.

Zərər gözümüzdə olmadı.

1988-də, düşmən üstümüzə qalxan il mənim 22 yaşım vardı. İndi 59 xırdalanır.

Atam 1990-cı ilin yanvar faciəsindəki sarsıntının qurbanı oldu. 59 yaşı da görmədi.

Qardaşım qumbara ilə ehtiyatsız davranıb ağır xəsarət aldı.

Sonbeşik bacım barışmadı düşdüyümüz boşluqla. Canını qoymağa yer tapmayıb özünü üzdü. 35 yaşı da tamam olmamışdı.

Anam.

Bir vaxt belə yazmışam: “Daha qapını üzümə açmır anam, “Torpaqdan nə xəbər?” soruşmur. Onun Torpaq davası bitib artıq. Şuşanın 21-ci ilində bitib.

O 21 ildə heç olmamışdı ki, məndən Torpağı xəbər almasın anam. Nə vaxt qapını döyüb evə girirdim, Torpaqdan xəbər istəyirdi. Qarabağ demirdi, Şuşa demirdi, eləcə Torpaq deyirdi”.

Oğlum.

Göz açıb atasını Şuşasız, anasını Laçınsız gördü.

Nəslimiz.

Hamısı didərgin. Kimi Oğuz, kimi Masallı, kimi Bakı torpağına qismət oldu, köçkün kimi göz yumdular.

Nə dostlar itirdim.

Bir ovuc qaldıq xeyir xəbərə.

Dustaq separatçıları Pirşağıdakı Şuşa məzarlığına aparardım bir zərərçəkən kimi. Görərdilər ömrümüz necə talanıb, zərər yox, zillət çəkmişik.

“Qarabağ söhbətləri”:

Fevral 1988

Balalar

Adamlar

Niyyət

Bizim sinif

Mahnılar

Almatıya məktub

Güllələr, toylar, şəkillər

Sərçələr qaldı

Sevgilər

Yol üstündə

Yay yağışı

Başqa Qarabağ yazıları:

Mənim gördüyüm yanvar

Ayrılığın əvvəli

Yol uzunu 

Şuşada qış

Şuşada ölməklə Şuşasız ölməyin fərqi

Qardaşımın barmaqları

Bağışlamasa yaxşıdır

5+2 neçə eləyir, Şuşa?

Öyüd

Cənnət uzaqlarda

Qazi balam Hüseynə

May

Şuşa səfərim

Şəhidinə layiq…

“Bağçamın uşaqları”

Tək təsəlli

Şuşa və yeni Şuşa

Araikin dünyası

“B” bəndi

Ah çəkməyək

İnanılmaz görünən zərurət

Makroiqtisadi göstəricilər

  • 09 Aprel 2024
  • comments

Beşdən biri

  • 15 Aprel 2024
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Nəsr
  • Ordu
  • Siyasət
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda