• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Məhkəmə həbs müddətini uzatdı

  • 15 Fevral 2024
  • comments
  • hikmet
  • Posted in Xəbər

Fevralın 15-də Nərimanov Rayon Məhkəməsi iqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun həbs müddətini daha 3 ay uzadıb. Qərar istintaq orqanının təqdimatı əsasında çıxarılıb.

Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri olan Qubad İbadoğlunu 2023-cü il iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tutmuş, iyulun 24-də onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilmiş, noyabrın 16-da həbs müddəti 3 ay uzadılmışdı.

Bakı İstintaq Təcridxanasında saxlanan Qubad İbadoğlunun Türkiyədə terrorçu şəbəkə sayılan FETÖ ilə əlaqədə olduğu iddia edilir. İstintaq mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması ittihamı ilə başlayıb, sonra işə dini ekstremist materialları hazırlama, saxlama və ya yayma ittihamı əlavə olunub.

1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində, Budapeştdəki Mərkəzi Avropa Universitetində, ABŞ-ın Kanzas, Şimali Karolina, Dyuk, Prinston, Ratqers universitetlərində, London İqtisadiyyat Məktəbində elmi-pedaqoji fəaliyyətlə məşğul olub. “Ekonomiks” qəzetinə, “Ekspert” jurnalına baş redaktorluq, İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbərlik edib.

2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyası 2021-ci ildə təsis edilib, ancaq dövlət qeydiyyatına alınmayıb.

Cinayət-Prosessual Məcəlləsinə görə, cinayət işinin məhkəməyədək icraatı zamanı təqsirləndirilən şəxsin həbsdə saxlanmasının son müddəti bir qayda olaraq bunlardan artıq ola bilməz: böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə – 3 ay; az ağır cinayətlər üzrə – 7 ay; ağır cinayətlər üzrə – 10 ay; xüsusilə ağır cinayətlər üzrə – 13 ay.

Məhkəməyədək icraat zamanı toplanmış materialların həcminin böyüklüyü və ya təqsirləndirilən şəxslərin sayının çoxluğu işin istintaqını gecikdirdiyi və başqa formada çətinlik yaratdığı müstəsna hallarda təqsirləndirilən şəxsin həbsdə saxlanmasının son müddəti az ağır və ağır cinayətlər üzrə 3 aydan, xüsusilə ağır cinayətlər üzrə 6 aydan artıq olmayan müddətə uzadıla bilər.

Qubad İbadoğlu tutulub

Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?

“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”

Qubad İbadoğlu: iddialar üzə çıxır

Qubad İbadoğlu 4 aylıq həbsə getdi

Qubad İbadoğlu: müdafiə komitəsi yaradıldı

Vəkil Qubad İbadoğlu ilə görüşə bilməyib

Bəraət istəyi

Qubad İbadoğlu həbsdə qaldı

Ev dustaqlığına yox deyildi

Azadlıq cəhdləri

Qubad İbadoğlu yenə həbsdə saxlandı

Qubad İbadoğlunun səhhəti pisləşir

Qubad İbadoğlu: cinayət işi böyüyür

Qubad İbadoğlu: kitab əngəli var

Qubad İbadoğlu: ilk görüşdən xəbər var

Avropadan azadlıq tələbləri

Anasının Qubad İbadoğluya məktubu

Avropa Məhkəməsindən Qubad İbadoğlu qərarı

Qubad İbadoğlu: qərar icra olunmur

Qubad İbadoğlu: həbs uzandı

1941-ci ildən bəri…

  • 15 Fevral 2024
  • comments

Baş nazir kürsüdə qalır

  • 16 Fevral 2024
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Bir kursun xərci

Son materiallar

comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0
comments
Xəbər

Ermənistanın inflyasiya hesabatı

GLOBALS:0
comments
Xəbər

Doğum və ölüm statistikası

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda