
Dünya duysun, qəhrəmandı millətim
- 12 Dekabr 2023
- comments
- Novator.az
- Posted in TribunaYazarlar
Gəray Göyyurd
POEMA
Xalqımızın qəhrəman oğlu Natiq Qasımovun əziz xatirəsinə sayğılarla!
Proloq
Ürəyində haqq sevgisi sönmədi,
Yurd eşqiylə daim yandı millətim.
Azadlığa, ədalətə təşnədi,
Haqsızlığa bir üsyandı millətim.
Bu millətə gəlir qüvvət, güc haqdan,
Tarix boyu çıxıb min-min sınaqdan!
Sal qayaya çevrilir dar ayaqda,
Tək ürəkdi, vahid candı millətim.
Bilirəm ki, düz deyirəm, doğruyam,
Zalımlardan sorulası sorğuyam.
Nə yaxşı ki, bu millətin oğluyam,
Fəxarətdi, şərəf-şandı millətim.
Əziz dostum, fəxr eləyib qürurlan,
Millətinə, dövlətinə arxalan.
Zülmətlərin ağuşundan sıyrılan
Şəfəqlənən nurlu dandı millətim.
Haqqı yazmaq vəzifəmdir, şairəm,
Şeirimlə həqiqəti öyürəm.
Çox demişəm, deyəcəyəm, deyirəm,
Dünya duysun, qəhrəmandı millətim!
1-ci hissə
Qəhrəmanlıq yurdumun
Hər daşında yaşayır.
Millətimin ruhunda,
Yaddaşında yaşayır.
Nəsildən nəsillərə
Keçir miras sayağı.
Qəhrəmanlıq rəmzidir
Ucaltdığı bayrağı.
Qəhrəmantək doğulur
Millətimin hər fərdi.
Yox, yox, bizdən deyildir
Qorxaqları, namərdi.
O namərdlər bizlərə
Qarışıb yağılardan.
Düşmənlərdən süd əmib,
Yaranıb haramlardan.
Sırınıbdır bizlərə
Nə bilim gəlib hardan?
Axtarsan köklərini
Hərəsi bir diyardan.
Yurddaşımızdır deyə
Onları dost sanmışıq.
Namərd elə namərddir,
Hər dəfə aldanmışıq.
Onlar xain çıxıblar
Vətənimə, yurduma.
Müşküllər yaradıblar
Dövlətimə, orduma.
Bu xainlər öldürüb
Şah Qacarı Şuşada.
Haram süd əmmişlərdən
Gəlib bizlərə qada.
Xain çıxıb vətənin
Suyuna, havasına.
Qarışmayıb millətin
Haqlı yurd davasına.
Onlar azdan da azdır,
Yaşasaq da yanaşı.
Qəhrəmandır bu yurdun
Sadiq, mərd vətəndaşı.
Sadiq, mərd yurddaşlarım
Bizlərdəndir, bizlərdən.
Xainlər bizdən deyil,
İraq olsun üzlərdən.
Namuslu soydaşlarım
Bizlə birgə vuruşdu.
Alçaq, yağı düşməndən
Haqlı hesab soruşdu.
İtirilməz heç zaman
O kəslərin əməyi.
Halal olsun onlara
Bu vətənin çörəyi!
Gərək hər bir yurddaşım
Dar gündə sal daş olsun.
Millətin fərqi yoxdu,
Sadiq vətəndaş olsun.
Sadiq olsun vətənə,
Sadiq olsun dövlətə.
Heç vaxt xain çıxmasın
Bu xalqa, bu millətə!
2-ci hissə
Bu vətən çox əzizdir,
Qiyməti var hər daşın.
Onu sevmək, qorumaq
Borcudur hər yurddaşın.
Canım cənnət vətənin
Yoxdu tayı, əvəzi.
Vətəndir igidliyi
Çəkə bilən tərəzi.
Vətənin dar günündə
Bilinir yaxşı, yaman.
Döyüşdə məlum olur
Kim igid, kim qəhrəman.
Döyüşlərdə seçilir
Qəhrəmanlar, igidlər.
Vətənçün qazi olur,
Şəhid olur şəhidlər.
Ey igidlər mənimçün
Əzizsiniz, inanın.
Yeriniz ən başdadır
Siztək qəhrəmanların.
Fərqi yoxdu siz hansı
İmandasız, dindəsiz.
Xalqımın ürəyində
Hər bir kəsdən öndəsiz.
Sizlərə minnətdardır
Yurdumda hər vətəndaş.
Azad olan Qarabağ,
Orda hər çınqıl, hər daş.
Sizə təşəkkür edir
Hər bir qarış yurd, torpaq.
İnsan gəldi-gedərdi,
Qəhrəmanlıq qalacaq.
Neçə ki bu vətən var,
Neçə ki bu millət var,
Demək siz də varsınız,
Sizləri kim unudar?
3-cü hissə
Qəhrəmanlıqlar keçir
Nəsildən nəsillərə.
Nağıllartək yayılır
Obalara, ellərə.
Qəhrəmanlıq xalqımın
Şərəfidir, şanıdır.
Şəhidlərin vətənə
Bəxş etdiyi canıdır.
Qazilərin kəsilən
Qıçlarıdır, qoludur.
Sevimli millətimin
Müqəddəs haqq yoludur.
Qədimlərdən yol gəlir,
Gedir xoş gələcəyə.
Şanlı zəfər yaşadır
Bu millətə, ölkəyə.
Qəhrəmanlıq yaşayır
Xalqın qan yaddaşında.
Külçətək üzə çıxır
Vətən, yurd savaşında.
Hər igiddə, hər mərddə
Necə ki, üzə çıxdı.
Düşmənin tifaqını
Vurub başına yıxdı.
O mərdlərdən biri də
Natiq Qasımov oldu.
Yağıları yandıran
Od oldu, alov oldu.
Düşmənlərin başında
Şimşək kimi çaxdı o.
Uca yurd sevgisindən
Bu dünyaya baxdı o.
Bu sevgi sevgilərin
Ən uca zirvəsidir.
İlahiyə yetişən
Haqq-ədalət səsidir.
Natiqin yurd sevgisi
Zirvələrdən ucaydı.
Qədimlərdən qədimdi,
Ucalardan ucaydı.
O sevgi durna gözlü
Bulaqlardan gəlirdi.
Gəzdiyi, dolandığı
Yaylaqlardan gəlirdi.
Təmizdi, dupduruydu
Büllur bulaqlar kimi.
Məğrurdu, vüqarlıydı
Qayalar, dağlar kimi.
Haça qaya sayağı
Dağlar başında idi.
Qəhrəmanım çox gəncdi,
Sevgi yaşında idi.
Arzuları varıydı
Onun da bu həyatda.
Doğulmuşdu igidim.
Kiçik Qaramuradda.
Qaramurad çayı da
Laylasını çalmışdı.
Vüqarı, mətanəti
O, dağlardan almışdı.
Dərbənd qayalarından
Götürmüşdü sərtliyi.
Gədəbəyim vermişdi
Ona bu cür mərdliyi.
Qaçaq Məciddə olan
İgidliyi vermişdi.
Uca Allah Natiqə
Şəhidliyi vermişdi.
Mənim üçün əzizdir
Vətənin hər igidi.
Nahaq xatırlamadım
Şah vüqarlı Məcidi.
Məcid rus ordusuyla
Vuruşdu təkbaşına.
Tək olmağı düşmənin
Heç gəlməzdi huşuna.
Tək məhv etdi onlarla
Sovet əsgərlərini.
Qoy millətim tanısın
İgidini, ərini!
Son gülləni ən sonda
Sıxdı o, öz başına.
“Məcidi Məcid vurdu”,
Qanla yazdı millətin,
Xalqın qan yaddaşına.
Düşmən elə sanırdı
Qoşun var bu igidlə.
Ən sonda qarşılaşdı
Şəhid olan Məcidlə!
Sən demə vuruşduğu
Məcidmiş təkəmtəkcə.
Yüz il əvvələ dönüb
Andım onu bu gecə.
Andım onu bu gecə
Sayğıyla, ehtiramla.
Şairim, dan ağarır,
Al səhəri salamla!
Natiqə dön təzədən
Yanıb yaxılsın yağı.
Natiqin döyüşü var
Qaçaq Məcid sayağı!
4-cü hissə
Natiq hərbi xidmətini
Bitirib dönübdür evə.
Qəlbində çox arzular var
Gəlibdir sevilə, sevə.
Gözləyir qəhrəmanımı
Gözəl arzular gözləyir.
Ən başda sevdiyi gözəl,
Və neçə qızlar gözləyir.
Natiqi sevənlər çoxdu,
O sevirdi bir nəfəri.
Onun vətən sevgisindən
Yoxdu heç kəsin xəbəri.
Yumruq boyda ürəyinə
Sığdırdı vətəni Natiq.
Sevdi sevgili milləti,
Səni Natiq, məni Natiq.
Natiqin vətən sevgisi
Hər sevgidən başda idi.
Qəhrəmanım hələ gəncdi,
İyirmi bir yaşda idi..
Amma yaxşı bilirdi o,
Vətən nədir, kimdir millət.
Ürəyində kök atmışdı
Yurd sevgisi, haqq-ədalət!
Natiqin vətən sevgisi
Ən ilahi eşqə təndir.
İgidim yaxşı bilrdi
Hər şeydən başda vətəndir.
Bir yanda vətən dayandı,
Bir yanda ata, anası.
Bacıları, qardaşları,
Bir də sevdiyi sonası.
Natiqin vətən sevgisi
Hər sevgidən ağır gəldi.
Bütün gözəl gözəllikdən
Baxdı ki, vətən gözəldi!
Getdi gözəlim vətənin
Köməyinə getdi Natiq.
İgidlər bu sayaq olur
Cəsurdu, igiddi Natiq.
Başında vətən sevdası,
Havalandı, yelli getdi.
Yazıldı Milli Orduya,
Döyüşə könüllü getdi.
Neçə döyüşlərdə oldu,
Keçdi bir çox döyüş yolu.
Nə qədər düşmən məhv etdi,
Gün yaşadı zəfər dolu.
Döyüşməkdir, vuruşmaqdır
Əsgərin, zabitin işi.
Bunları yazmasam olar,
Yazmalıyam son döyüşü!
İgidimin son döyüşü
Heyran eylədi cahanı.
Natiqi dünya tanıyır,
Gəl, oxucum, sən də tanı.
5-ci hissə
Yəqin döyüş dostları
Hamsı şəhid olmuşdu.
Düşmən əhatəsində
Təkcə Natiq qalmışdı.
Təkdi igidim, ərim,
Yoxdu kimi kimsəsi.
Natiqə səngər oldu
Qədim Alban kilsəsi.
Toplayıb dostlarının
Bütün silahlarını.
Söz verdi ki, alacaq
Bir-bir qisaslarını.
Natiq qadir Allahın
Tutdu uca adını.
Mələklər onun üstə
Sərdilər qanadını.
Qəhrəmanım güc aldı
Allahdan, mələklərdən.
İgidliyi silinməz
Heç zaman ürəklərdən.
Bütün qorxu hissini
Ürəyindən daşladı.
Allahu-əkbər deyib
Döyüşünə başladı!
Bir sürü düşmən ilə
Təkbaşına döyüşdü.
Bu nə böyük bir savaş,
Nə möhtəşəm döyüşdü.
Onun hər bir gülləsi
Düz dəyirdi hədəfə.
Bir güllə bir düşməni
Məhv edirdi hər dəfə.
Atılan qumbaranı
Dərhal geri atırdı.
Düşməni təkbaşına
Bir-bir qırıb çatırdı.
Natiq qalib gəlməyə
Ürəkdən inanırdı.
Yağı düşmənlər onu
Bir batalyon sanırdı.
Ona görə alçaqlar
Əl atdılar hiyləyə.
Əl atdılar yalana,
Tuzaqlara, tələyə.
Xocalı əsirini
Göndərdilər xahişə.
Bizi öldürəcəklər,
Son qoymasan döyüşə.
Düşmənlərin əlində
Düz on yeddi nəfərik.
Köməksiz, çarəsizik
Əli bağlı əsirik.
Bizi öldürəcəklər
Çıx məbəddən, amandı!
Qurtar həyatımızı,
Son məqam, son zamandı!
Sənsən, inan, bizlərin
Yaşamaq qarantımız.
Təkcə səndən asılıdır
Ömrümüz, həyatımız.
Kömək elə bizlərə,
Yadına sal Allahı.
Əmin et, silahsızsan,
At, çıx bütün silahı.
Natuq atdı silahı,
Əlində bayraq çıxdı.
Ağır, çətin döyüşdən
Qalib, üzü ağ çıxdı.
Güclüydü, qüvvətliydi,
Bayraq vardı yanında.
Türkün bayraq sevgisi
Qanındaydı, qanında!
Qəhrəmanım qalibtək
Uca tutdu başını.
Ölümüylə qorudu
On yeddi soydaşını.
Düz on yeddi nəfərin
Xilaskarı oldu o,
Yox, yox, təslim olmadı,
Şanlı zəfər çaldı o!
Günahsız insanların
Həyatını qurtardı.
Bayrağını silahtək
Düşmən üstə apardı.
Məğrur addımlarıyla
Dik tutaraq başını.
Xilas etdi ölümdən
Nə qədər soydaşını.
Daşnakların üstünə
Qaynar su tək axdı o.
Təkliyiylə düşməni
Yandırdı o, yaxdı o.
Təkəmtək vuruşurmuş
Natiq Qasımov demə.
Təkcə qan uddurubmuş
Beş gün yağı düşmənə.
6-cı hissə
Natiqin gəlişini
Görəndə Balasanyan.
Qorxusunddan, heyrətdən
Damarında dondu qan .
Dünya gözündən çıxdı,
Öldü sanki bir anlıq.
Eşidib görməmişdi
Bu sayaq qəhrəmanlıq.
Əsim-əsim əsdi o,
Ayağından qaçdı yer.
Əcnəbidən yapışıb
Söylədi, bağışla, ser.
Guya ki, xəstə imiş
Gizlətdi qorxusunu.
Acı məğlubiyyətin
O, aldı qoxusunu.
Anladı ki, heç zaman
Yenmək olmaz bu xalqı.
Gözlərinin önünə
Gətirdi uca haqqı.
İşğal etmək mümkünsüz
Bu vətəni, bu yurdu.
Bu millətin hər biri
Döyüşlərdə bir ordu!
Görməmişdi bu alçaq
Heç vaxt belə döyüşü.
Şəhid alveri idi
Onun ən böyük işi.
Şəhidlərin nəşini
Pul alıb da satırdı.
Namusunu, vicdanı
Ayaq altda atırdı.
Şəhidlərin qanıyla
Var-dövlət qazanırdı.
Söz düşəndə tülkütək
Kimliyini danırdı.
Pul alıb pul verirdi,
Mühüm bir postda idi.
İşgəncələr verməkdə,
Amma çox usta idi.
Vəhşiyə çevrilirdi
Əsirləri görəndə.
Manyaktək həzz alırdı
İşgəncələr verəndə.
Döyüş vaxtı çaqqaltək
Girirdi deşiyinə.
Deşiyindən çıxırdı
Pul-paranın iyinə!
İşğal olan yurdları,
Bu eli, obaları.
Onlara bəxş etmişdi
Alçaq havadarları.
Satqın, şərəfsiz, xain
Qırmızı, “qızıl” ordu
Təmizləyib vermişdi
Hədiyyətək bu yurdu.
Hədiyyə eləmişdi
Haylara Qarabağı.
Qalib eləmişdilər
Ermənitək alçağı!
Üzücü xəyallardan
BalasaNyan ayrıldı.
Natiq gəlib yetişdi,
Şimşək kimi sıyrıldı.
İldırımtək gurladı,
Çaxdı onun başında.
Əzrayıltək dayandı
Qarşısında, tuşunda!
Bundan sonra nə oldu?
Xəyalımda canlanır.
Haylar xəbisliyindən
Sanki od tutub yanır.
Onlarda yoxdu axı
Bu igidlik, bu mərdlik.
Qanlarına hopubdur
Şərəfsizlik, namərdlik.
Mərdlik, bir də namərdlik
Çox acı bir mənzərə!
Namərdlik olan yerdə
Çətin dünya düzələ!
Açıq-aşkar üz-üzə
Dayanıbdır xeyir, şər.
Xeyirin zəfəriylə
Xilas olacaq bəşər!
İyrəncikdən, pislikdən
Qurtulacaq bu dünya.
Hələ bu xoş xəyaldır,
Hələ bu şirin röya.
Bu şirin xəyallara
Ürəkdən inanıram.
Xəyalımda çox gözəl
Bir dünya yaradıram.
Ədalətli, humanist
Bərkətli, xeyirli.
Nəğməli, simfonyalı,
Poemalı, şeirli.
Natiqtək igidlərdir
Bu dünyanın bənnası.
Şeirimlə verilir
Onun xeyir-duası!
7-ci hissə
Mühüm bir postda idi
Vitali Balasanyan.
Quduzlaşmış məxluqdu,
Nə heyvandı, nə insan.
Xalqımız qoy tanısın
Bu iyrənc, murdar adı.
Xalis insan qəssabı,
Millətimin cəlladı!
Bu sayaq məxluqatlar
Dünyaya təhlükədir.
İnsanlığın üzündə
Silinməyən ləkədir.
Natiq ilə doprosa
Özü başçılıq etdi.
O, qatil, o, yaramaz,
Quduzlaşmış bir itdi!
Natiq qatil önündə
Durdu mərdi-mərdanə.
Mərdliyiylə nümunə,
Örnək oldu cahana.
Düşmənin sinəsinə
Çəkdi çalın-çarpaz dağ.
Şəhidlik zirvəzini
Fəth elədi üzü ağ!
Döyüşdü, son döyüşü
Söz ilə, dillə oldu.
Natiqin hər bir sözü
Zəhərli güllə oldu!
Ermənilər dözmədi
İgidimin sözünə.
Düşdü qır qazanına,
Cəhənnəmin közünə!
Öldürdü düşmənləri
İgidim sözləriylə.
Cəsur, mərd baxışıyla,
Dupduru gözləriylə.
Nahaq şeirimə saldım
Bu iyrənc, murdar adı.
Balasanyan Natiqi
Parça-parça doğradı!
Ürəyi soyumadı
Eylədi tikə-tikə.
Onun bu alçaqlığı
Yayıldı ölkə-ölkə!
Toplayıb tikələri
Od vurub yandırdılar.
Bu alçaqlar ən vəhşi
Məxluqu andırdılar!
Əcnəbi qəzetçilər
Yazdılar qəzetlərdə.
Həqiqətin üzündən
Götürüldü qara pərdə.
Bu vəhşilik, barbarlıq
Lənətləndi, qınandı.
Qəhrəmanlıq simvolu
Oldu Natiqin adı!
Bu səhnəni mən necə
Canlandırım şeirimdə?
Özümü hiss edirəm
Mən Natiqin yerində!
Əsəblərim bu saat
Tarımdan da tarımda!
Yağı xəncəri gəzir
Sanki əzalarımda!
Ürəyim tüstülənir,
Şeirim-sözüm odlanır.
Kəsik-kəsik yaramdan
Damcı-damcı qan damır!
Dönmüşəm o çağlara
Bir tufan var içimdə.
Duyğularım, hisslərim
Tamam qanın içində!
İnşallah yağı düşmən
Bu qanda boğulacaq.
Millətimin bətnindən
Natiqlər doğulacaq!
İgid oğullarından
Xali deyildir vətən!
On minlərlə igid var
Natiq Qasımova tən.
Natiq bizlə yaşayır,
Natiq hər vaxt diridir.
Milyonlarla igidin
Natiq yalnız biridir!
Millətimin al qanı
İgidliklə yoğrulub.
Biri şəhid olanda
Milyonları doğulub!
8-ci hissə
Natiqin al qanından
Qəhrəmanlar doğuldu.
Mübariz İbrahimov
Onlardan biri oldu.
O da könüllü seçdi
Ordumuzda xidməti.
Dünyaya tanıtdırdı
Bu xalqı, bu milləti.
Onun igidliyindən
Bütün dünya danışdı.
Dostlarımız fəxr etdi,
Düşmən yandı, alışdı!
Qürur duydu onunla
Rəcəb Tayyib Ərdoğan.
Haqq-ədalət hamisi
Dünya şöhrətli insan!
Şəhidlərin sərdarı
Dedi onun adına.
Viladimir Putinin
Rembo düşdü yadına!
Rembo varmış həyatda,
Təkcə filmlərdə yox!
Düşmən məhv eləyibdir
Yüz otuzdan daha çox.
Özü də bir döyüşdə,
Təkbaşına, təkəmtək.
Mübariz İbrahimov
Qəhrəmandır Rembotək.
Rembo bir uydurmadır,
Mübarizsə həqiqət.
Yaşa, var ol, bu sayaq
İgid yetirən millət!
Yaşa, var ol, daima
Dayan haqqın yanında.
Ulu vətən sevgisi
Axsın damarlarında!
Ədalətli, adil ol,
Haqqa sığın hər zaman.
Sənin igidliyindən
Nicat tapsın qoy cahan!
Epiloq
Təkbaşına vuruşan
Üç igid, üç qəhrəman.
Onlar tanımamışdı
Bir-birini heç zaman.
Amma tamam eynidir
Mərdliyi, igidliyi.
Hər üçü tək fəth edib
Müqəddəs şəhidliyi.
Al qanıyla yazıblar
Qəhrəmanlıq dastanı.
Bu dastan ədalətə
Səsləyir hər insanı.
Təcavüzə yox deyir,
İşğala nifrət edir.
Onlar açan cığırlar
Haqqa doğru yol gedir.
Xidmət eyləyir süllhə,
Xidmət edir barışa.
İstəyir ki, ölkələr
Bir-biriylə barışa.
Ata silahlarını,
Əl tuta qardaş kimi.
Alçaq şərin önündə
Dayana sal daş kimi.
İstəyir ki, körpələr
Döyüşlərdə ölməsin.
Heç ananın üstünə
Qara xəbər gəlməsin.
Köhnəlmiş sözə dönsün
Müharibə adlı söz.
Xəyallar gerçək olar,
Oxucum, bir az da döz.
Bir az da döz, birləşsin
Haqqı sevən ölkələr.
Həqiqətə çevrilsin
Xoş xəyallar bəlkələr.
Bir gün şirin xəyallar
Gerçək olacaq, inan.
Sülhün keşikçisinə
Çevriləcəkdir Turan!
Bu məqsədlə qoyulub
Turanın özül daşı.
Bütün xalqlar, millətlər
Yaşayacaq qardaştək
Dinc, firavan, yanaşı.
21.11.2023