Noyabrın 16-da Nərimanov Rayon Məhkəməsi iqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun həbs müddətini 3 ay uzadıb. “Turan”ın məlumatına görə, qərar istintaq orqanının təqdimatı əsasında çıxarılıb.
Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının sədri olan Qubad İbadoğlunu iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tutmuş, iyulun 24-də onun barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilmişdi.
Bakı İstintaq Təcridxanasında saxlanan Qubad İbadoğlunun Türkiyədə terrorçu şəbəkə sayılan FETÖ ilə əlaqədə olduğu iddia edilir. İstintaq mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması ittihamı ilə başlayıb, sonra işə dini ekstremist materialları hazırlama, saxlama və ya yayma ittihamı əlavə olunub.
Novator.az bildirir ki, 1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində, Budapeştdəki Mərkəzi Avropa Universitetində, ABŞ-ın Kanzas, Şimali Karolina, Dyuk, Prinston, Ratqers universitetlərində, London İqtisadiyyat Məktəbində elmi-pedaqoji fəaliyyətlə məşğul olub. “Ekonomiks” qəzetinə, “Ekspert” jurnalına baş redaktorluq, İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbərlik edib.
2015-ci ildən fəaliyyət göstərmiş Azərbaycan Demokratiya və Rifah Hərəkatının varisi olan ADR Partiyası 2021-ci ildə təsis edilib, ancaq dövlət qeydiyyatına alınmayıb.
Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?
“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”
Qubad İbadoğlu: iddialar üzə çıxır
Qubad İbadoğlu 4 aylıq həbsə getdi
Qubad İbadoğlu: müdafiə komitəsi yaradıldı
Vəkil Qubad İbadoğlu ilə görüşə bilməyib
Qubad İbadoğlu yenə həbsdə saxlandı
Qubad İbadoğlunun səhhəti pisləşir
Qubad İbadoğlu: cinayət işi böyüyür
Qubad İbadoğlu: kitab əngəli var
Qubad İbadoğlu: ilk görüşdən xəbər var
Anasının Qubad İbadoğluya məktubu