Avropa İnsan Hüquqları Məhkəməsi sentyabrın 20-də məhbus iqtisadçı, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri Qubad İbadoğlu ilə bağlı qərar çıxarıb. Qərara görə, Azərbaycan dövləti Qubad İbadoğlunun xəstəxanaya köçürülməsi, müayinə və müalicəsi məsələlərini həll edib məhkəməni mütəmadi məlumatlandırmalıdır.
Qubad İbadoğlunun müraciətlərinə Avropa Məhkəməsinin prioritet qaydada (növbədənkənar) baxacağı da bəyan olunub.
Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir. Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.
Novator.az bildirir ki, 1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədidir.
Azərbaycan Dövlət İqtisad Universitetində, Budapeştdəki Mərkəzi Avropa Universitetində, ABŞ-ın Kanzas, Şimali Karolina, Dyuk, Prinston, Ratqers universitetlərində, London İqtisadiyyat Məktəbində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.
“Ekonomiks” qəzetinə, “Ekspert” jurnalına baş redaktorluq, İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbərlik edib.
Qubad İbadoğlunu 2023-cü il iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tutub. Onun Türkiyədə terrorçu şəbəkə sayılan FETÖ ilə əlaqədə olduğu iddia edilir. İstintaq mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması ittihamı ilə başlayıb, avqustun 25-də işə dini ekstremist materialları hazırlama, saxlama və ya yayma ittihamı da əlavə olunub.
Qubad İbadoğlu hipertoniya, şah damarın genişlənməsi və şəkərli diabetdən əziyyət çəkir, həbsdə səhhəti ağırlaşıb.
Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?
“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”
Qubad İbadoğlu: iddialar üzə çıxır
Qubad İbadoğlu 4 aylıq həbsə getdi
Qubad İbadoğlu: müdafiə komitəsi yaradıldı
Vəkil Qubad İbadoğlu ilə görüşə bilməyib
Qubad İbadoğlu yenə həbsdə saxlandı
Qubad İbadoğlunun səhhəti pisləşir
Qubad İbadoğlu: cinayət işi böyüyür
Qubad İbadoğlu: kitab əngəli var