• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropadan azadlıq tələbləri

  • 14 Sentyabr 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Avropa İttifaqının təmsilçi orqanı – Avropa Parlamenti sentyabrın 13-də iqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun həbsini müzakirəyə çıxarıb. Dinləmələrdə Qubad İbadoğlunun, başqa siyasi məhbusların dərhal azadlığa buraxılması, Azərbaycanda demokratik qüvvələrə basqıların dayandırılması çağırışları yer alıb. 14 sentyabr iclasında bununla bağlı qətnamə qəbul edilib. “Turan”ın məlumatına görə, 539 nəfərin dəstəklədiyi qətnamədə Qubad İbadoğluya cinayət ittihamlarının qurama və siyasi motivli olduğu vurğulanır, insan hüquqlarını pozan rəsmi şəxslərə sanksiya tətbiqi istənir. Sənədə əsasən, Azərbaycanda bütün siyasi məhbuslar azadlığa çıxmayana qədər Avropa İttifaqının ölkə ilə strateji tərəfdaşlıq sazişi imzalamasına yol verilməməlidir.

Əsası 1957-ci ildə qoyulan Avropa İttifaqının 27 üzvü var: Almaniya, Avstriya, Belçika, Bolqarıstan, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Xorvatiya, İrlandiya, İspaniya, İsveç, İtaliya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Niderland, Polşa, Portuqaliya, Rumıniya, Slovakiya, Sloveniya, Yunanıstan.

Avropa Parlamenti Fransanın Strasburq şəhərində qərar tutur.

Azərbaycan Avropa İttifaqının 2009-cu ildə elan olunan Şərq tərəfdaşlığı proqramının üzvüdür. 2018-ci ildə Azərbaycanla Avropa İttifaqı arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanıb. Hazırda strateji tərəfdaşlıq sazişi üzərində iş gedir.

Novator.az bildirir ki, 1971-ci il təvəllüdlü Qubad İbadoğlu iqtisad elmləri namizədidir. Azərbaycan Dövlət İqtisad Universitetində, Budapeştdəki Mərkəzi Avropa Universitetində, ABŞ-ın Kanzas, Şimali Karolina, Dyuk, Prinston, Ratqers universitetlərində, London İqtisadiyyat Məktəbində elmi-pedaqoji fəaliyyətlə məşğul olub.

“Ekonomiks” qəzetinə, “Ekspert” jurnalına baş redaktorluq, İqtisadi Tədqiqatlar Mərkəzinə rəhbərlik edib.

Müsavat Partiyasının rəhbərliyində təmsil olunub. 2015-ci ildə Azərbaycan Demokratiya və Rifah Hərəkatının, 2021-ci ildə həmin qurumun bazasında yaradılmış Azərbaycan Demokratiya və Rifah Partiyasının sədri seçilib.

Qubad İbadoğlunu 2023-cü il iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tutub. Onun Türkiyədə terrorçu şəbəkə sayılan FETÖ ilə əlaqədə olduğu iddia edilir. İstintaq mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması ittihamı ilə başlayıb, avqustun 25-də işə dini ekstremist materialları hazırlama, saxlama və ya yayma ittihamı da əlavə olunub.

Qubad İbadoğlu tutulub

Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?

“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”

Qubad İbadoğlu: iddialar üzə çıxır

Qubad İbadoğlu 4 aylıq həbsə getdi

Qubad İbadoğlu: müdafiə komitəsi yaradıldı

Vəkil Qubad İbadoğlu ilə görüşə bilməyib

Bəraət istəyi

Qubad İbadoğlu həbsdə qaldı

Ev dustaqlığına yox deyildi

Azadlıq cəhdləri

Qubad İbadoğlu yenə həbsdə saxlandı

Qubad İbadoğlunun səhhəti pisləşir

Qubad İbadoğlu: cinayət işi böyüyür

Qubad İbadoğlu: kitab əngəli var

Qubad İbadoğlu: ilk görüşdən xəbər var

Avropa Məhkəməsindən Qubad İbadoğlu sualları

Qubad İbadoğlunun doğum günü

Miqrasiya pozuntuları, qərarlar

  • 14 Sentyabr 2023
  • comments

TASS-ı Avropadan qova bilmədilər

  • 15 Sentyabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərində yenilənmiş sxem

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Finiş cütlükləri

Son materiallar

comments
Xəbər

Finiş cütlükləri

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”dan finala

GLOBALS:0
comments
Xəbər

Pənahovlu səsvermələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda