• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Avropa Məhkəməsindən Qubad İbadoğlu sualları

  • 05 Sentyabr 2023
  • comments
  • hikmet
  • Posted in Xəbər

Avropa İnsan Hüquqları Məhkəməsi məhbus iqtisadçı alim, siyasətçi Qubad İbadoğlunun vəkillərinin müraciətini nəzərə alaraq müvəqqəti xarakterli tədbirlərə başlayıb. Novator.az-ın məlumatına görə, Azərbaycan dövlətinə Qubad İbadoğlunun saxlanma şəraiti və səhhəti ilə bağlı suallar göndərilib, cavab istənib.

Fransanın Strasburq şəhərində yerləşən, hakimləri Avropa Şurasına üzv ölkələrdən seçilən Avropa Məhkəməsi Avropa İnsan Hüquqları Konvensiyasına riayət olunmasına nəzarət edir. Azərbaycan 1949-cu ildə yaradılmış Avropa Şurasına 2001-ci ildə qoşulub, 2002-ci ildən Avropa Məhkəməsinin təsir dairəsindədir.

Qubad İbadoğlu London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədridir. Onu iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tutub. Məlumata görə, Türkiyədə terrorçu şəbəkə sayılan FETÖ-yə bağlı şəxslərə qarşı əməliyyat tədbirlərində tutulan Anar Əliyev Qubad İbadoğlunun ona dollar verdiyini iddia edib. Bakıda Qubad İbadoğlunun adına olan mənzildə axtarış zamanı bir hissəsi saxta olan 40 min dollar aşkarlandığı bildirilir. Qubad İbadoğlu Anar Əliyevi tanımadığını, mənzildən çıxan pulun ona məxsus olmadığını deyir.

İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib. İstintaq mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması ittihamı ilə başlayıb, avqustun 25-də işə dini ekstremist materialları hazırlama, saxlama və ya yayma ittihamı da əlavə olunub.

Bakı İstintaq Təcridxanasında saxlanan Qubad İbadoğlu hipertoniya, şah damarın genişlənməsi və şəkərli diabetdən əziyyət çəkir, həbsdə səhhəti ağırlaşıb. Vəkilləri və yaxınları onun həbsdən buraxılması, müayinə və müalicəsinin təşkilinə çalışır, amma bu yöndə cəhdlər nəticəsiz qalır.

Qubad İbadoğlu tutulub

Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?

“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”

Qubad İbadoğlu: iddialar üzə çıxır

Qubad İbadoğlu 4 aylıq həbsə getdi

Qubad İbadoğlu: müdafiə komitəsi yaradıldı

Vəkil Qubad İbadoğlu ilə görüşə bilməyib

Bəraət istəyi

Qubad İbadoğlu həbsdə qaldı

Ev dustaqlığına yox deyildi

Azadlıq cəhdləri

Qubad İbadoğlu yenə həbsdə saxlandı

Qubad İbadoğlunun səhhəti pisləşir

Qubad İbadoğlu: cinayət işi böyüyür

Qubad İbadoğlu: kitab əngəli var

Qubad İbadoğlu: ilk görüşdən xəbər var

Vaqif Sultanlının “Tərs axın” adlı hekayələr kitab...

  • 05 Sentyabr 2023
  • comments

Partiyalar yenidən rəsmiləşir

  • 05 Sentyabr 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

Son materiallar

comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda