• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Qubad İbadoğlu: ilk görüşdən xəbər var

  • 21 Avqust 2023
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Bakı İstintaq Təcridxanasında saxlanan iqtisadçı alim, siyasətçi Qubad İbadoğlu tutulandan bəri ilk dəfə ailə üzvləri ilə görüşüb. Avqustun 19-da ona həyat yoldaşı İradə Bayramova, qardaşları Anar və Elşad Bayramovlar baş çəkiblər. Novator.az-ın məlumatına görə, məhbusun qardaşı Qalib Toğrul özünün “Facebook” səhifəsində yazır ki, görüş üzbəüz deyil, şüşə arxasından telefon danışığı ilə gerçəkləşib: “İlkin təəssüratlarımız qorxuludur. Qubad çox arıqlayıb, solub. Həbsdə yeni xəstəliklər tapan qardaşım qalxanabənzər vəzdə düyünlərin əmələ gəlməsindən, böyrəklərin funksiyalarının pozulmasından, öddə və mədəaltı vəzdə gedən neqativ proseslərdən əziyyət çəkir. Onda nevrozun əlamətləri hiss olunur. Həbsdə olduğu müddətdə qan təzyiqi, ürək döyüntüsü və şəkəri bir gün belə normallaşmayıb. Bütün bu səbəblərdən şah damarın genişlənməsi davam edir. Qorxduğumuz başımıza gəlir, şərlənərək həbs olunmuş qardaşım sağlamlığını sürətlə itirir. Baş verəcəklərə görə bütün məsuliyyət Azərbaycan hakimiyyətinin üzərindədir”.

Qubad İbadoğlu London İqtisadiyyat Məktəbinin professoru, Azərbaycan Demokratiya və Rifah Partiyasının sədridir. Onu iyulun 23-də Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tutub. Məlumata görə, Türkiyədə terrorçu şəbəkə sayılan FETÖ-yə bağlı şəxslərə qarşı əməliyyat tədbirlərində tutulan Anar Əliyev Qubad İbadoğlunun ona dollar verdiyini iddia edib. Bakıda Qubad İbadoğlunun adına olan mənzildə axtarış zamanı bir hissəsi saxta olan 40 min dollar aşkarlandığı bildirilir. Qubad İbadoğlu Anar Əliyevi tanımadığını, mənzildən çıxan pulun ona məxsus olmadığını deyir.

İyulun 24-də Nərimanov Rayon Məhkəməsi Qubad İbadoğlu barəsində 3 ay 26 günlük həbs qətimkan tədbiri seçib. İstintaq mütəşəkkil dəstənin saxta xarici valyuta hazırlaması, əldə etməsi, satması ittihamı ilə aparılır.

Bu iş üzrə iqtisadçı alim Fazil Qasımov da həbsdədir. Avqustun 8-də Nərimanov Rayon Məhkəməsi Türkiyədə tutularaq Azərbaycana gətirilən Fazil Qasımov barəsində 3 ay 12 günlük həbs qətimkan tədbiri seçib.

Qubad İbadoğlu tutulub

Qubad İbadoğlu hansı maddə ilə şübhəli bilinir?

“Hakimiyyətdəkilər səhvən düşünə bilər ki…”

Qubad İbadoğlu: iddialar üzə çıxır

Qubad İbadoğlu 4 aylıq həbsə getdi

Qubad İbadoğlu: müdafiə komitəsi yaradıldı

Vəkil Qubad İbadoğlu ilə görüşə bilməyib

Bəraət istəyi

Qubad İbadoğlu həbsdə qaldı

Ev dustaqlığına yox deyildi

Azadlıq cəhdləri

Qubad İbadoğlu yenə həbsdə saxlandı

Qubad İbadoğlunun səhhəti pisləşir

Qubad İbadoğlu: cinayət işi böyüyür

Qubad İbadoğlu: kitab əngəli var

Nöqtə ərəfəsi

  • 21 Avqust 2023
  • comments

Uyğurların səssiz ölümü

  • 21 Avqust 2023
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
comments
Xəbər

Beş ayın populyar adları

GLOBALS:0

Tags

  • Hüquq
  • Siyasət

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
Xəbər

Klub turnirlərinin qalibləri

GLOBALS:0
comments
Xəbər

Kubokda final

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda