Bakı Şəhər Statistika İdarəsi makroiqtisadi hesabat yayıb. Rəsmi açıqlamaya görə, 2023-cü ilin yanvar-iyun aylarında paytaxtda əvvəlki ilin ilk yarısı ilə müqayisədə 1,5 faiz az sənaye məhsulu istehsal olunub, sərmayədə isə 17,3 faiz artım qeydə alınıb.
Pərakəndə ticarət şəbəkəsində dövriyyənin müqayisəli qiymətlərlə 4 faiz, ictimai iaşə dövriyyəsinin real ifadədə 26,1 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlərdən gəlirin 17,5 faiz artdığı xəbər verilir.
Hesabata əsasən, yarım ildə istehlak qiymətləri 11,9 faiz artıb, ərzaq məhsulları, içkilər və tütün məmulatları 13,5 faiz, qeyri-ərzaq malları 10,9 faiz, ödənişli xidmətlər 10,7 faiz bahalaşıb.
İyunun 1-nə muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 1174,5 manat göstərilib.
Novator.az bildirir ki, rayonlar orta maaş göstəricisi üzrə belə sıralanır:
Pirallahı – 2203,1 manat
Səbail – 1970 manat
Qaradağ – 1454,1 manat
Xətai – 1173,9 manat
Nəsimi – 1184,6 manat
Xəzər – 1166,9 manat
Nizami – 1041,2 manat
Nərimanov – 1002,4 manat
Yasamal – 927,5 manat
Suraxanı – 886 manat
Sabunçu – 871,3 manat
Binəqədi – 770,5 manat.