Azərbaycan Mərkəzi Bankı iyulun 7-də ABŞ dollarının kursunu 1,7 manat səviyyəsində saxlayıb, bununla qiymət sabitliyinin 5 il 4 ayı tamamlanıb.
Novator.az bildirir ki, 2015-2017-ci illərdə rəsmi məzənnəsi 0,7844 manatdan 1,7001 manata yüksələn dollar 2018-ci il martın 7-dən banklara 1,7 manata təklif olunur.
Manat valyuta hərraclarında qorunur. Rəsmi hesabata görə, Dövlət Neft Fondu Mərkəzi Bankın 2023-cü ilin ilk yarısında keçirdiyi valyuta hərraclarında 1 milyard 571,1 milyon ABŞ dolları məbləğində vəsait satıb. Yanvarda fonddan 188,5 milyon, fevralda 356,6 milyon, martda 383,9 milyon, apreldə 286 milyon, mayda 277,2 milyon, iyunda 78,9 milyon dollar alınıb.
Analoji satış həcmi 2016-cı ildə 4,9 milyard, 2017-ci ildə 3,6 milyard, 2018-ci ildə 6,5 milyard, 2019-cu ildə 6,6 milyard, 2020-ci ildə 7,3 milyard, 2021-ci ildə 6,7 milyard, 2022-ci ildə 4,7 milyard ABŞ dolları məbləğində göstərilib.