Ermənistanda ərzaq nə qədər ucuzlaşıb?
Ermənistanda inflyasiya hesabatı açıqlanıb. Novator.az-ın məlumatına görə, Statistika Komitəsi bildirir ki, iyunda istehlak qiymətləri 2022-ci ilin eyni ayına nəzərən 0,5 faiz düşüb, ərzaq 5,5 faiz, nəqliyyat xidməti 3,9 faiz, rabitə xidməti 0,2 faiz ucuzlaşıb.
Hesabata əsasən, ötən ilin iyun ayı ilə müqayisədə alkoqollu içkilər və siqaret 8,6 faiz, restoran və mehmanxana xidmətləri 6,6 faiz, geyim və ayaqqabılar 4,8 faiz, istirahət və əyləncə xidmətləri, səhiyyə xidmətləri 3,4 faiz, kommunal xidmətlər 2,2 faiz bahalaşıb.
Tərəvəzin 28,1 faiz, yağın 20,8 faiz, meyvənin 6,5 faiz, çörək və başqa taxıl məhsullarının 6,3 faiz, balıq və dəniz məhsullarının 3,7 faiz ucuzlaşdığı, süd məhsulları və yumurtanın 5,3 faiz, ətin 3,1 faiz dəyər artırdığı vurğulanır.
Rəsmi statistikaya görə, 2023-cü ilin yanvar-may aylarında Azərbaycanda istehlak qiymətləri ötən ilin eyni dövrünə nəzərən 13,1 faiz yüksəlib, ərzaq məhsulları, içkilər və tütün məmulatları 15,8 faiz, qeyri-ərzaq məhsulları 11,6 faiz, ödənişli xidmətlər 10,6 faiz bahalaşıb.