• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Zəfər şeiri yazmaq

  • 26 İyun 2023
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

Şair Gəray Göyyurdun Qarabağ Zəfərinə həsr olunmuş “Şuşa Bəyannaməsi” adlı yeni kitabı işıq üzü görüb. “Nərgiz” nəşriyyatında çap edilən kitabda səkkiz lirik poema və qələbəmizə həsr olunmuş şeirlər toplanıb. Bütün poemalar və şeirlər dövlətə, millətə, orduya, qazilərə və şəhidlərimizin ruhuna minnətdarlıq hissi ilə qələmə alınıb. Kitabdan bir neçə şeiri təqdim edirik.

QALİB, MÜZƏFFƏR ORDUM

Ana yurdun işğalı
Bizə ölümdən betər!
Nə yaxşı ki, söylədiz
Səbr etmək, dözmək yetər!
Aslanlartək döyüşdü
Hər zabit, hər bir əsgər,
Bu dünyaya səs saldı
Çaldığın zəfər, ordum,
Ey şanlı, ey şərəfli,
Qalib, müzəffər ordum!

And içdiniz bayrağa,
O müqqəddəs hilala!
Çıxdınız vətən üçün
Ən müqəddəs bir yola.
Son qoyduz otuz illik
Alçaq, mənfur işğala!
Yenilməyən, qəhrəman,
İgid, hünərvər ordum,
Ey şanlı, ey şərəfli,
Qalib, müzəffər ordum!

Ağlar qalan vətənin
Sildiniz göz yaşını.
Canınızla qoruduz
Yurdun hər qarışını.
Uca etdiz vətənin,
Millətimin başını,
Sizin ilə fəxr edir
Hər kəs, hər nəfər, ordum,
Ey şanlı, ey şərəfli,
Qalib müzəffər ordum!

03.07.2022

AZƏRBAYCAN ORDUSU

Xalqımın vuran qolu,
Sabaha baxan gözü.
Vətən, yurd sevgisinin
Heç vaxt sönməyən közü!
Gücünlə eşidilir
Dövlətimin haqq sözü.
Millətimin güvəni,
Düşmənlərin qorxusu –
Azərbaycan Ordusu!

Sənin hər zəfərində
Şəhidlərin qanı var.
Yurdumun, dövlətimin
Şəfəqlənən danı var.
Hər kəs sənə borcludur
Kimin ki, vicdanı var!
Sevindirdin vətəni,
Bütün eli, ulusu –
Azərbaycan Ordusu!

Varlığını qorudun
Bu vətənin, dövlətin.
Tarixlərə yazıldı
Mərdliyin, sücaətin.
Körpədən qocayadək
Bu xalqın, bu millətin
Minnətdarlıq hissi var
Sənə ürək dolusu,
Azərbaycan Ordusu!

Başımızın tacıdır
Hər zabitin, əsgərin.
Qəhrəmandır, igiddir,
İnan ki, hər nəfərin.
Bu dünyaya səs saldı
Sənin şanlı zəfərin!
Səni vəsf eləməyə
Söz acizdir doğrusu,
Azərbaycan Ordusu!

Xoş gündüzlü sabahlar,
Səhər sənə yaraşır,
Qəhrəmanlıq, igidlik,
Hünər sənə yaraşır,
Boyuna biçilibdir
Zəfər sənə yaraşır!
Tanrı sənə yar olsun,
Allah səni qorusun,
Azərbaycan Ordusu!

19.07.2022

MÜZƏFFƏR ŞANLI ORDUM GƏLMƏSİN BƏD NƏZƏRƏ

Üz tutdum Yaradana,
Qadir, uca Allaha!
Azad olan yurdlarım
İşğal görməsin daha!
Zəfərlərlə yol gedək
Xoşbəxt, mutlu sabaha!
Qələbəmiz son qoysun
Dərdə, qəmə, kədərə,
Müzəffər şanlı ordum
Gəlməsin bəd nəzərə!

Düşmən ittək qovulsun,
Qırağını qatlasın.
Dostlar qürurla baxsın,
Düşmənlərsə çatlasın!
Bəyanatlar verənlər
Qanqalını otlasın.
Ordum, xalqım, dövlətim
Ədalətdən güc alsın,
Vətənin hər yerində
Bayrağımız ucalsın!
Gözümüzü oxşasın
Bu möhtəşəm mənzərə,
Müzəffər şanlı ordum
Gəlməsin bəd nəzərə!

Ordusuyla, xalqıyla
Fəxr eləsin Komandan!
Heç vaxt yerdə qalmasın
Vətənçün tökülən qan!
Qarabağım təzədən
Olsun güllü gülüstan!
Konu vətən olarsa
Yumruq kmi bir olaq.
Dəmir yumruğumuzla
Dünyanı heyran qoyaq!
Şanlı zəfərimizdən
Pay düşsün hər nəfərə!
Müzəffər şanl ordum
Gəlməsin bəd nəzərə!

22.09.2022

SƏN EY İGİD ƏSGƏRİM

Başladığın qələbə
Yoluna qurban olum.
Səntək igid yetirən
Uluna qurban olum.

Sahib çıx öz haqqına,
Qoyma qılıncı qına!
Qəhrəman, mərd xalqına,
Elinə qurban olum.

Vətəndir sevdan, butan!
Bu sevdana can qurban!
Düşmənə güllə atan
Əlinə qurban olum!

Sən ey igid əsgərim,
Hünər sənin hünərin!
Döyüşdə itirdiyin
Qoluna qurban olum!

Müzəffər, şanlı ordum,
Səninlə qürur duydum!
Qoruduğun bu yurdun
Daşına, ağacına,
Koluna qurban olum!

06.11.2020

SİZİN ZƏFƏRİNİZLƏ

Zabitlərim, əsgərim,
Aslanım, nərim mənim.
Düşmənləri titrədən
Gücüm, hünərim mənim.

Siz böyük bir millətin
Qəhrəman övladısız.
Dövlətimin qüdrəti,
Vətənin muradısız.

Sizin zəfərinizlə
Vətən çatdı murada.
Layiqsiniz ən gözəl,
Şərəfli, uca ada.

Gücünüzlə doğruldu
Ordumuza ümidlər.
Yurdu sizə əmanət
Qoyub getdi şəhidlər!

Qiymətlidi bu yurdun
Adi qara daşı da.
Vermək olmaz düşmənə
Hətta bir qarışı da!

07.12.2020

QAZİLƏRİMİZ

Adına hörmət var bütün ölkədə,
Heç biri heç zaman qalmaz kölgədə.
Ana vətənimdə, inan, bəlkə də
Gəzən şəhidlərdir qazilərimiz.

Açıq sözləriylə, mərd sevgisiylə,
Qəlbində qorlanan dərd sevgisiylə,
Vətən sevgisiylə, yurd sevgisiylə
Dolu ümidlərdir qazilərimiz.

Sağ qalıb, keçsə də şirin canından,
Vətənə qan verib öz al qanından.
Ehtiramla keçin qazi yanından
Pirlərdir, bütlərdir qazilərimiz!

Əziz şəhidlərin can sirdaşıdır,
Gözlərində donan son göz yaşıdır.
Ana vətənimin qan qardaşıdır,
Müqəddəs yurdlardır qazilərimiz.

Düşməni yandırıb, yaxıb gəlibdir,
Tifaqın başına yıxıb gəlibdir,
Ölümün ağzından çıxıb gəlibdir,
Ərlər, igidlərdir qazilərimiz,
Gəzən şəhidlərdir qazilərimiz!

19.05.2022

ZƏFƏR ŞEİRİ YAZMAQ

Fərəhdən göy üzündə
Quştək uçmaq kimidi.
Vətəni sevgi ilə
Sanki qucmaq kimidi
Zəfər şeiri yazmaq.

Bu yurdu, bu milləti
Əzizləmək, öyməkdir.
Şəhidlərin ruhuna
Sayğıyla baş əyməkdir
Zəfər şeiri yazmaq.

Qazilərin alnından
Qürur ilə öpməkdir.
Qələbə göz yaşını
Vətən boyu səpməkdir
Zəfər şeiri yazmaq.

Orduya, xalqa, dövlətə
Məhəbbətdir, inamdır.
Hər əsgərə, zabitə
Hörmətdir, ehtiramdır
Zəfər şeiri yazmaq.

Vətən, millət eşqiylə
Misra-misra yanmaqdır.
Gələn xoş gələcəyə
Ürəkdən inanmaqdır
Zəfər şeiri yazmaq!

19.07.2022

ŞANLI ŞUŞA ZƏFƏRİ

Xalqımın bu dünyaya,
“Mən haqlıyam” sözüdü.
Düşmənin sınan beli,
Çiliklənən dizidi
Şanlı Şuşa zəfəri!

İgidliyin, mərdliyin
Kulminasiya anıdı.
Fatehlik tarixinin
Ən yüksək məqamıdı –
Şanlı Şuşa zəfəri!

Dırnağıyla qayanı,
Daşı yarmaq kimidi.
Mələklərlə əl-ələ
Haqqa varmaq kimidi
Şanlı Şuşa zəfəri!

Düşmənlərdən alınan
Tarixi intiqamdı.
Ən yüksək məqamların
Üstündəki məqamdı
Şanlı Şuşa zəfəri!

Zəfərlərin halalı,
Qələbənin xasıdı.
Qanlı şəhidlərimin
Alınan qisasıdı –
Şanlı Şuşa zəfəri.

Düşmənlərin gözünü
Tərlan kimi ovmaqdı,
Dünyanı heyran etmək,
Cahanı mat qoymaqdı
Şanlı Şuşa zəfəri!

Allahımın xalqıma
Ədalət baratıdı.
Ordumun dövlətimə
Mərdlik hesabatıdı
Şanlı Şuşa zəfəri!

Ağdamın qayıtması,
Xocalının öcüdü.
Dəmir yumruğumuzun
Real, bariz gücüdü
Şanlı Şuşa zəfəri!

28.09.2022

Keçmiş hökumət qayıdır

  • 25 İyun 2023
  • comments

Qiyas İbrahimov aclığı dayandırıb

  • 26 İyun 2023
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
comments
TribunaYazarlar

Dustaqlara nə deyərdim?

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Poeziya
  • Tarix
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda