Ermənistan: doğum artıb, ölüm azalıb
Ermənistanın Statistika Komitəsi 2023-cü ilin ilk rübü üzrə demoqrafik hesabat yayıb. Novator.az bildirir ki, rəsmi açıqlamaya görə, yanvar-mart aylarında 8756 uşaq doğulub. Ötən ilin eyni dövründə 8098 uşaq dünyaya gəlmişdi.
Üç ayda 6763 ölüm rəsmiləşib. Bir il öncənin eyni dövründə 8707 ölüm qeydə alınmışdı.
2022-ci ilin ilk rübü ilə müqayisədə nikah sayı 4233-dən 4071-ə, boşanmalar 1140-dan 1068-ə düşüb.