Gürcüstan: ziyarət 109,6 faiz artıb
- 14 Aprel 2023
- comments
- hikmet
- Posted in Dünyanın səsiXəbər
Gürcüstanın Milli Turizm Administrasiyası yeni statistika yayıb. Novator.az bildirir ki, hesabata görə, 2023-cü ilin yanvar-mart aylarında ölkəyə 1,2 milyon nəfərdən çox əcnəbi gəlib, 2022-ci ilin eyni dövrü ilə müqayisədə 109,6 faiz artım qeydə alınıb.
Ziyarətçilərin 845,3 min nəfərinin turistlər olduğu xəbər verilir.