![]({"full":{"0":"2023\/03\/Qurban-Yaguboglu-yeni.jpg","1":750,"2":434,"3":false,"file":"https:\/\/novator.az\/wp-content\/uploads\/2023\/03\/Qurban-Yaguboglu-yeni.jpg"}})
Jurnalist, publisist, şair, yazıçı Qurban Yaquboğlunun 55 yaşı tamam olur.
Novator.az bildirir ki, 1968-ci il martın 14-ü Şamaxının Çöl Göylər kəndində doğulan Qurban Yaquboğlu Bakı Dövlət Universitetinin məzunudur.
“Xəzər” jurnalında, “525-ci qəzet”də, “Ədalət”, “Yol”, “Rezonans”, “Bu gün”, “Şans”, “Avropa”, “Yeni yüzil”, “Gün səhər” qəzetlərində çalışıb.
Teleqraf.com saytının redaktorudur.
Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2015-ci ildə jurnalistikadakı xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub.
“Mən yoxam” kitabının (roman və esselər) müəllifidir.