• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Zəfər yağışı (“Düşüncələr” silsiləsindən)

  • 23 Noyabr 2022
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

Mətanət Natiq

Zəfər yağışı

8 Noyabr ZƏFƏR günüdür. Bayırda bərk yağış yağır. Elə yağır ki, su sel kimi axır. Sonsuz səma belə şəhidlər üçün ağlayır, yas tutur.

Şəhid oğulların qəbrini qucaqlayıb ağlayan bəmbəyaz saçlı anaların göz yaşlarına qarışır yağan yağış. Şəhidlərin məzarlarını yuyub təmizləyir bu yağış.

Hər yer adamla doludur. Xalq Vətən oğullarını unutmur.

Güclü yağış yağmasına baxmayaraq insanlar Şəhidlər xiyabanına axışır. Üçrəngli bayrağımız yağışdan islansa da, ağır-ağır dalğalanır.

Deyirlər ki, şəhidin yatdığı yerdə çiçək bitir, gül bitir. Bu ZƏFƏR yağışından sonra mütləq bitəcəkdir.

Azərbaycana ZƏFƏR yaraşır. Yağan bu yağış ZƏFƏR yağışıdır.

Yıxılmaq qorxusu

Həmişə yıxılmaqdan qorxmuşam. Həm mənəvi, həm də fiziki yıxılmağı nəzərdə tuturam.

Səhər parkın içindən keçib işə gedirdim. Bu yol bir az dikdir. Məndən irəlidə əlində əsa yaşlı bir adamın yolun ortasında dayandığını gördüm. Üzüaşağı yola baxırdı.

Özüm tələssəm də, ona çatıb, “Sizə kömək lazımdırmı” soruşdum.

“Hə, qızım, eləsən yaxşı olar, bura çox dikdir, yıxılmaqdan qorxuram” dedi.

Əl-ələ tutub üzüaşağı gedirdik. Gedə-gedə ah çəkib danışmağa başladı:

– Eh, qızım, yıxılmayasan, yıxıldınsa qalxmaq çox çətindir, çox! Mən əsa ilə gəzirəm, yaşlıyam. Amma mənim kimi əsa ilə gəzən cavan qazilərimiz var. Allah onların yardımçısı olsun. Bax, kömək onlara lazımdır. Həm mənəvi, həm də belə. Ən çox da mənəvi.

Mən onu istədiyi yerə çatdırıb sağollaşanda: “Qızım, get, işin uğurlu olsun. Heç vaxt yıxılmayasan!” dedi.

Ondan ayrılandan sonra yol boyu hey dediklərini düşünürdüm. İnsana ən böyük dəstək Allahdan gəlir. Heç vaxt Allahdan ümidimizi kəsməyək.

Alınmaz Şuşa

Bir zamanlar mən Şuşa haqqında yazmışdım. Yenidən o mövzuya qayıtmağı vacib bildim.

Onda yazmışdım ki, gün gələcək sülh göyərçinləri Şuşada uçacaq.

Gün həmin gündür. Sülh göyərçinləri Şuşa dağlarının üzərində uçur.

Şuşa azaddır. Müzəffər Ordumuzun, mərd, cəsur oğullarımızın sayəsində. Neçə-neçə şəhidlərimizin qanı bahasına alınıb Şuşa.

Bütün dünya hələ də Şuşanın fəthindən danışır.

Mənsə ürəkdən deyirəm: Salamlar olsun, Şuşa! Qarlı dağlar, salamlar olsun! Həsrətini çəkdiyin el-oban qayıdır sənə. Bizimsən, bizimləsən, alınmaz Şuşa!


Müəllifin başqa yazıları:

Ümidlə yolçuluq

Səssizlik

Vətənim

Atılmış

Göz yaşı və biganəlik

Örnək adamlar

Darıxıram, ana

Balaca vətənpərvər, cənnət bağçası və ağlayan ağaclar

İnsanı yoran nədir?

Nurlu insan

Qabarlı əllər, gözəl insan

Payız yağışı

Xilaskar, müsəlman dünyası, tənha ağac, təhqir edilmiş şair…

Əsgər şalvarı, yeraltı dünyanın qəhrəmanları, sehirli aləm və yenilik

Adamlar, sevgi hekayətləri, qəbir daşı və dostluq

Ömrümüzün mənası və əsl sevginin qələbəsi

“Düşüncələr” silsiləsindən

Körpə olsa yaxşıdır və arzu

Gec də olsa…

Serbiyaya rəsmi səfər

  • 23 Noyabr 2022
  • comments

Qoqenin cavabsız sualları

  • 23 Noyabr 2022
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda