Natiq Cəfərli
REAL Partiyası
İki dost. Biri 20 il qabaq Avropaya köçüb, o biri Bakıda qalıb. Sosial şəbəkədə tapışırlar. Bakıdakı soruşur: – Necəsən, nə var, nə yox?
– Çox sağ ol, hər şey yaxşıdır.
– Ailə-uşaq necədir?
– İki övladım var, universitetdə pulsuz təhsil alırlar… Ailəliklə istirahətdən qayıtmışıq, ildə iki dəfə kurorta gedirik.
– Sağlamlığın necədir?
– Yaxşıdır, işdən tibbi sığortamız var, dövlətin və bələdiyyənin tibbi yardımları da olur, ildə iki dəfə müayinədən keçirik.
– Ev-eşik, maşın var?
– Evi 1 faizlik ipoteka ilə almışam, artıq bitirirəm. İki maşınımız var, onları 1,5 faizlik kreditə almışıq.
– Su, qaz, işıq, yollar?
– Bizdə bunlar sarıdan problem olmur.
Bakıdakı bir müddət susur, pauza yaranır, sonra deyir: – Sizinki də bir həyat deyil ha…
Doğrudan da. Avropa onilliklərlə rahatlıq içində olub, indi ard-arda ciddi problemlər, çağırışlar yarananda çaşırlar, çünki formadan düşüblər.
Bizim sistem isə insanı daim tonusda saxlayır, həmişə ən pis günə belə hazırlaşırıq deyə daha çevik davrana bilirik, hər bəladan yol tapmağa çalışırıq. Bu mənada bizim cəmiyyət daha cavan və enerjilidir, sistemi dəyişə bilsək, bu enerji və inersiya ilə çox tez zamanda tamam başqa ölkə qura bilərik…
Müəllifin başqa yazıları:
Sivil toplum, toplumla sivil davranış
Qiymət artımının sirr olmayan sirri
Siyasətdə sualtı qayıq taktikası
Vüsal Qasımlının müsahibəsinə qeydlər
Qiymət artımının əsas səbəbkarı
Nazirin istəyi, zəruri qeydlər
Fəlakətdən mümkün çıxış yolları