• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Baha neftin şansı

  • 07 Fevral 2022
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası

Neftin qiymətinin kəskin artımı ciddi müzakirə mövzusuna çevrilib. Bəzi populist mülahizələri kənara qoyub normal təhlil etsək görərik ki, neftin bizə xeyirsiz olması fikri zərərli, yanlışdır. Problem neftdə deyil, qeyri-şəffaf hökumətdədir. Hökumətin qeyri-şəffaf olmasının səbəbi isə bizik – vətəndaşlar. Hamımızın bunda günahı var, şəffaflıq seçkidən doğur, nə qədər ki, seçki institutunu hakimiyyətin əlinə oynayaraq gözdən salmağa çalışacağıq, bir o qədər də şəffaflıqdan uzaq sistemdə yaşamağa məhkumuq.

2022-ci ildə Dövlət Neft Fondundan büdcəyə 12 milyard 710 milyon manat köçürüləcək, 45 milyon 686 min manat isə təhsil proqramlarına, o cümlədən xaricdə təhsil alan gənclərə dəstək üçün xərclənəcək.

2022-ci ilin büdcəsindən 3 milyard 884 milyon manat təhsilə, 1 milyard 788 milyon manat səhiyyəyə, 3 milyard 642 milyon manat sosial müdafiə və sosial təminata, 1 milyard 145 milyon manat Dövlət Sosial Müdafiə Fonduna dotasiya olaraq xərclənəcək – cəmi 8 milyard 671 milyon manat.

Dövlət sektorunda çalışanların sayı 904 min nəfərdir, onların orta aylıq maaşı 643 manatdır – deməli, ümumi əməkhaqqı fondu 7 milyard manata yaxındır. Təhsil + səhiyyə + sosial təminat + dövlət sektorunda çalışanların əməkhaqqı 15 milyard 671 milyon manat deməkdir.

Neft Fondundan büdcəyə transfert nə qədər idi? 12 milyard 710 milyon manat! Deməli, Neft Fondundan transfertin tamamı bu xərclərə yönəlir, 3 milyard manata yaxın da əlavə vəsait xərclənir.

Yəni neftin xeyirsiz olması kimi populist yanaşma doğru deyil – neft olmasaydı, indiki bərbad idarəetmə sistemi ilə ölkə batardı, abrımızı örtən neftdir. Ölkənin qazandığı hər 10 dollardan 8 dollar 80 senti neftə görədir.

Neft-qaz sərvətimiz, həm də bəlamızdır, hökuməti tənbəlləşdirən əsas amildir. İndi bir barrel Azərbaycan neftinin qiyməti 99 dollara çatıb, çox güman, 100 dolları da görəcək. Bizim kimi neft-qaz ölkələrinə tarix ikinci şans verir – “yaşıl iqtisadiyyata”, yeni enerji dünyasına keçid hələ 8-10 il zaman alacaq, bu zaman kəsimində neft baha olmalıdır ki, bərpa olunan enerjiyə yatırımlar sərfəli olsun. Hələ ki, 2030-cu ilə qədər yeni şans yaranıb – bu illər ərzində normal iqtisadi model qura bilməsək, sonra tarixin, geosiyasətin, dünya iqtisadiyyatının köşəsində ildən-ilə kasıblaşan ölkə olaraq qalacağıq.

Yeni iqtisadi modelə keçid üçün isə yeni idarəetmə modeli vacibdir. Bunu birdəfəlik anlamaq, yeni siyasi və idarəetmə modelinə keçid etmək lazımdır. Yeni idarəetmə modeli isə ancaq yeni konstitusiyadan doğa bilər. Populizmi, “Neft bahalaşdı, hökumət bizə daha çox pul versin” kimi sonu dalana dirənəcək yanaşmaları kənara qoyub yeni konstitusiyanın yazılması, ictimai müzakirəsinin təşkili üçün hamımız əlimizi daşın altına qoymalıyıq, ölkənin əsas müzakirə mövzusu məhz bu olmalıdır.

Müəllifin başqa yazıları:

İmic problemi

Bir millət, bir sistem

Nə etməli?

Virus dönəminin dərsləri

Gəlirsiz xərclər

“Bahalı manat” dalanı

Düşünmək üçün…

Sivil toplum, toplumla sivil davranış

Dəyişikliklərə hazırlaşmalı

Qalib kimi yaşamalı

Məcbur və məhkumuq

İanədə mədəniyyət

Koronavirus dalğasında…

Təhlükələrdən sığorta

İctimai nəzarət formulu

Gec olmasın…

Təhlükə zolağı

Ağıllı idarəçilik

Şişmiş problem

Kredit girdabı

Qaçılmaz yenilik

Reytinq alqoritmi

Kiçik uğurdan böyük uğura

Qiymət artımının sirr olmayan sirri

Sosial siyasət və ideologiya

Daha soyuqqanlı…

Təhlükə var

Təbliğatı vuran rəqəmlər

Ağıllı sistem zərurəti

Ziyanın yarısından…

Gürcüstan yolumuz

Hökumətə suallar

Qaçılmaz dünyəvilik

Siyasətdə sualtı qayıq taktikası

Reytinq incəlikləri

Virusla davranış

İki məqam, bir nəticə

Gücün yumşağı

“Dövlətin malı dəniz”…

Yolumuz

Virusla birgə

Çətin bircə yol

Bakıdan bölgələrə…

Alternativ olmaq

Çevriliş nöqtəsində

Vüsal Qasımlının müsahibəsinə qeydlər

Qiymət artımının əsas səbəbkarı

Qayda məsələsi

Yağıntıda üzə çıxan

Davranış formulu

Neft və qaz nədən bahalaşır?

Nazirin istəyi, zəruri qeydlər

Nəyi dəyişməli?

Hansı model?

Dəyişmə vaxtı

Qırılmış iki bağ

Bəsit fonun sualları

İks günü, bir də əsl gün

Sağlıq və reallıq

Nəyi bacarmalı?

Dərdin dərmanı

Borudan asılı…

Qardaşı tanımaq

Yol ayrıcında

Rəsmi iddialar, real mənzərə

Rusiyanı qucaqlayıb boğmaq

Bizi qoruyan tarix

Sistem burulğanı

Yaşıl meydanlarda

  • 07 Fevral 2022
  • comments

Azərbaycan addım atır, cavab gözləyir

  • 07 Fevral 2022
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Dolların satış faizi dəyişdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Prezident seçkisi ikinci tura qaldı

GLOBALS:0
comments
ManşetXəbər

“Ermənistanın rahat yaşaması üçün bir şərt var”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Sosial
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Dolların satış faizi dəyişdi

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Dolların satış faizi dəyişdi

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Qazaxıstan Məclisinə 6 partiya düşür

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Prezident seçkisi ikinci tura qaldı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda