Milli hesabata görə, Azərbaycanda koronavirus infeksiyasına yoluxmuş 792808 nəfərin 9713-ü vəfat edib, 54-ü müalicə alır, qalanları sağalıb.
2019-cu ilin dekabrında Çində üzə çıxıb dünyanı bürüyən yeni növ koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb, həmin il 218700 yoluxma, 2641 ölüm, növbəti il 398247 yoluxma, 5717 ölümlə bitib.
2022-ci ilin göstəriciləri belədir:
yanvar – 41523 yoluxma, 376 ölüm
fevral – 127200 yoluxma, 683 ölüm
mart – 6262 yoluxma, 275 ölüm
aprel – 630 yoluxma, 17 ölüm
may – 205 yoluxma, 4 ölüm
iyun – 41 yoluxma.
Novator.az bildirir ki, 2021-ci il yanvarın 18-dən ölkədə koronavirusa qarşı peyvəndləmə aparılır. Statistikaya əsasən, 5,3 milyon nəfərə bir, 4,8 milyon nəfərə iki, 3,2 milyon nəfərə üç və daha çox, 246,6 min nəfərə xəstəlikdən sonra bir doza peyvənd vurulub.