• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Zamanın çağırışını dinləmək zamanı

  • 27 Fevral 2022
0
SHARES
FacebookTwitterPinterest

Fəxri Uğurlu

Demokratiyanın qarşısında üç ideoloji əngəl var: faşizm, fundamentalizm, kommunizm. Səksən il qabaq bunlardan ikisi meydan döyüşündə üz-üzə gəldi, bir-birini zəiflətdilər, nəticədə dünyada demokratiya, insan haqları yeni bir səviyyəyə yüksəldi.

Fəqət hələ nə faşizmin, nə fundamentalizmin, nə də kommunizmin kökü kəsilib. Hətta hər biri, bəzi hallarda rəsmən olmasa belə, böyük-böyük dövlətlərin ideoloji istiqamətinə çevrilib. Bu gün yenə sivilizasiya təhlükə qarşısındadır. Bəzi nəhəng ölkələrin liderləri son illər demokratiyanın perspektivinin olmadığını açıq-aşkar dilə gətirməkdən çəkinmirlər.

Əgər demokratiyanın perspektivi yoxdursa, onun yerini həm bir-birinə, həm də liberalizmə düşmən kəsilmiş o üç ideoloji xətdən biri tutacaq. Dünya ictimaiyyəti faşistlərin Almaniyanı, bolşeviklərin Rusiyanı, fundamentalistlərin Əfqanıstanı necə yönəltdiyini, hansı günə saldığını yaxşı xatırlayır. Bu siyasi cərəyanların iqtidara gəlməsi xalqlara fəlakətdən başqa heç nə verməyib, hətta hansısa müsbət bir iş görüblərsə də, sonradan öz qurduqlarını öz əlləriylə yıxıb dağıdıblar.

Bizim bayrağımızda əks olunmuş üç rəngdən hansısa biri hər hansı bir ölkədə mütləq hakimiyyəti ələ keçirəndə qalan ikisinə özünü ifadə eləmək imkanı tanımayıb (yadımdadır, oxumuş siyasətçilərimizdən biri Azərbaycan bayrağında üç düşmən ideologiyanın bir araya gətirilməsinə istehzayla yanaşmışdı, ancaq nə qədər savadlı olsa da, o siyasətçi unudurdu ki, fəlsəfədə eklektika deyilən bir üsul, eklektizm adlı cərəyan da var). Bəs bu düşmən cərəyanların bir arada, rəqabət şəraitində fəaliyyət göstərməsinə şərait yaradan ideologiyanın adı nədir? Əlbəttə, demokratiya, Əhməd Ağaoğlu kimi ziyalı babalarımızın millətə təlqin eləməyə çalışdığı liberalizm.

Əhməd Ağaoğlunun dediyi üç mədəniyyəti (buddizm, xristianlıq, islam) təmsil eləyən azman xalqları yer üzündə sərhədlərin şəffaflaşdığı, ölkədən-ölkəyə gediş-gəlişin sadələşdiyi bir zamanda qapı dalında saxlamaq, dünya miqyaslı mədəni-siyasi, texnoloji proseslərin cövlana çıxdığı meydana buraxmamaq ilin-günün bu çağında hansı zərurətlə əsaslandırıla bilər? Bunun yaxın-uzaq nəticələrini təsəvvürə gətirmək üçün Koreya yarımadasını əyani vəsait kimi nəzərdən keçirə bilərik. Azadlığın, demokratiyanın xariqələr yaratdığı Cənubi Koreyanı hələ də kommunizm zindanında saxlanan Şimali Koreya ilə tutuşduranda azad sözün, azad ticarətin qüdrətinə heyrətlənməyə bilmirsən. Kainatın fonunda bir toz zərrəsindən də qat-qat kiçik olan planeti yüzlərlə yerə parçalamaq, şırımlamaq, çəpərləmək, insanları tikanlı məftillər arxasında həyatdan, dünyadan, bir-birindən təcrid eləmək sivilizasiyanın misli görünməmiş nailiyyətlərinə əlimizin çatdığı bir dövranda adamın ağlına niyə, nədən gəlsin?..

Şər yaradıcı deyil, şər istehlakçıdır. Xeyirin kəşfləri, ixtiraları onun əlində bir ayrı mahiyyət qazanır. Bu gün yüksək texnologiyalar bəşərin həyatını nə qədər asanlaşdırırsa, bəlkə elə bir o qədər şər xislətli adamların, qaranlıq niyyətli rejimlərin, terror təşkilatlarının, kriminal qruplaşmaların da işinə yarayır. Gerçəkdən də bugünkü texniki vasitələr Oruellin antiutopiyasında təsvir olunmuş amansız rejimin qurulması üçün tam yararlıdır.

Hələ XIX əsrdə Rusiya ictimaiyyəti, ziyalıları, siyasətçiləri arasında Avropaya, Qərbə münasibətdə fikir ayrılığı yaranmışdı. Bir qism ölkəsinin çar I Pyotrun götürdüyü kursa sadiq qalmasını, Avropaya inteqrasiya olunmasını vacib sayırdısa, başqa bir qism Rusiyanın öz yolu olduğunu, rus xalqının qalan Avropa xalqlarından seçildiyini (ya da seçilməli olduğunu) vurğulayırdı. Yadıma gəlir ki, bu fikir ayrılığı ədəbi əsərlərdə də əksini tapmışdı; məsələn, Qorkinin “Artomonovların işi” romanında ailənin son nəslinə mənsub qardaşlar arasında bu fərqli mövqelər az qala düşmənçilik yaradır. Rusiyanın əlahiddəliyinə çoxları iddialıydı, hətta Dostoyevski kimi ədəbiyyat dahisi də publisistik fəaliyyətində bu əlahiddəliyi qələminə yaraşmayan bəsitliklə, şovinistcəsinə təbliğ eləyirdi.

Bəs Qərb dəyərlərindən imtinaya çağıranların alternativi nəydi – burası mənə indiyəcən aydın deyil. Alternativ yəqin ya mütləq monarxiya, ya da təkpartiyalı sistem olardı ki, rus xalqı da, bu əcaib tarix yolçuluğunda tərkinə mindirdiyi başqa xalqlar da “alternativlərin” acısını bəs deyincə daddılar.

Demokratiya, liberalizm, tolerantlıq, multikulturalizm heç bir xalqın, dövlətin monopoliyasında ola bilməz, bunlar ümumbəşəri, universal dəyərlərdir, insan övladının böyük siyasi-ictimai kəşfləridir. Əgər tutalım, kağız, barıt, ya ipək Çində ixtira olunubsa, bu, o demək deyil ki, çin xalqının dünyaya töhfəsindən başqa xalqlara pay düşməməlidir. Sadaladığım dəyərlərin alternativi yalnız təfriqə, münaqişə, müharibə, düşmənçilik ola bilər. Başqa sözlə, faşizm, fundamentalizm, kommunizm!

Dünyada ideoloji savaş gedir. Demokratiyanı perspektivsiz sayanlarla, multikulturalizmə şəkk gətirənlərlə, tolerantlığı riyakarlıq, liberallığı qorxaqlıq bilənlərlə bütün bu dəyərləri sivilizasiyanın müqəddəs dəyərləri kimi bağrına basanlar arasında gedir bu savaş. İmperiyalar zamanı çoxdan keçib. İndi dünyada iqtisadi imperiyalar meydan sulayır. Bugünün Almaniyası Hitler Almaniyasından, çağdaş Yaponiya dövləti yapon imperiyasından, demokratik İtaliya Mussolini İtaliyasından, respublika Fransası imperiya dövrünün Fransasından qat-qat güclü, qat-qat abaddır. Nəhayət, insan yaradıcılığına, insanın yüksəlişinə hüdudsuz imkanlar yaratmaq baxımından da demokratiya başqa quruluşlardan müqayisəyə gəlməz dərəcədə üstündür. Türkiyənin mərhum prezidenti Süleyman Dəmirəlin ölümündən təqribən bir il öncə universitetlərdən birində keçirdiyi görüşdə dediyi müdrik sözlər heç yadımdan çıxmır; dedi ki, mən İslamköydə doğulmuş bir əkinçi oğluydum, cümhuriyyət məni ən uca zirvəyə qaldırdı, başqa quruluşlarda vətəndaşın belə yüksəlməyi qətiyyən mümkün deyil. Binalar ucaldarsınız, dedi, körpülər tikərsiniz, amma demokratiya olmadan bunlar bir işə yaramaz.

Əlbəttə, bu sözləri deyəndə mən Fukuyama kimi tarixin liberalizmin təntənəsiylə sona çatdığını (yaxud çatacağını) düşünmürəm, Hantinqtonun “sivilizasiyaların toqquşması” nəzəriyyəsini isə heç yaxına da buraxmıram, onu qondarma, zərərli nəzəriyyə sayıram. Mən demokratiyadan, multikulturalizmdən yanayam, bununla belə başqa bir siyasi müdrik Uinston Çörçilin kəlamını da unutmuram: demokratiya yaxşı quruluş deyil, fəqət bəşəriyyət bundan yaxşısını hələlik kəşf eləməyib.

Zamanın gedişatını duymamaq, tarixin təkərini geriyə fırlatmağa cəhd göstərmək həmişə qlobal fəlakətlə nəticələnib. Bu cəhd Napoleon kimi dahini zəbun elədi, alman xalqını Hitlerdən boşatdı, Lenini, Stalini tarixin lənətinə gətirdi, canlı insandan silah kimi istifadə eləyən Bin Ladenin imperiyasını bir gülləylə viran qoydu. Doğrudur, sonradan həmin fəlakətlər yer üzündə yeni bir inkişaf dalğasına, həqiqətin daha fəhmlə həzm olunmasına təkan verib. Necə deyərlər, hər ziyanda bir xeyir var. Ümid eləyək ki, bu dəfə də belə olacaq…

Mənbə: Yeniazerbaycan.com

Gəncə layihəsi son oxunuşa gedir

  • 25 Fevral 2022

Valyutaların iki ayı

  • 28 Fevral 2022

Son materiallar

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

comments
Dünyanın səsiManşetŞərh

Consonu kim əvəz edə bilər? – “Əl-Cəzirə”

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

comments
Dünyanın səsiManşetXəbər

Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi

Rəylər

Do not miss

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

Son materiallar

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

comments
Dünyanın səsiManşetŞərh

Consonu kim əvəz edə bilər? – “Əl-Cəzirə”

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

comments
Dünyanın səsiManşetXəbər

Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan hərbi xidmətə çağırış qaydasını yeniləyir

comments
ManşetXəbər

Tofiq Yaqubludan piket təşəbbüsü, rəsmi müraciət

comments
ManşetXəbər

Avropa Məhkəməsindən Rafiq Tağı qərarı

comments
Dünyanın səsiManşetXəbər

Boris Conson istefaya razılaşdı

comments
Dünyanın səsiManşetXəbər

Aclıq hesabatı: 2,3 milyard nəfər qıtlıq çəkir

comments
ManşetŞərh

Bahalığın çarəsi

comments
ManşetXəbər

Azərbaycan nefti 7 gündə 8 dollardan çox ucuzlaşıb

comments
ManşetXəbər

Mühakimə təxirə düşüb

comments
ManşetXəbər

Sükutun 4 il 4 ayı

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin başı gedir?

comments
AktualDünyanın səsiManşetXəbər

Ermənistan bazarı bir ildə nə qədər bahalaşıb?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyanın saxta xəbərlərinə görə yeni qanun təklif olunur

comments
Dünyanın səsiManşetXəbər

Uyğur qətliamının ildönümü qeyd olunub

comments
AktualManşetXəbər

Arif Hacılıdan çağırış

comments
Dünyanın səsiManşetXəbər

ABŞ səfiri Çini Rusiyanın yalanlarını təkrarlamaqda ittiham edib

comments
ManşetXəbər

Hərbi toplanış bilgisi

comments
Dünyanın səsiManşetXəbər

Yoluxma dalğası, aktiv xəstələr

comments
ManşetXəbər

Yarım illik icra, yenilənən plan

comments
ManşetXəbər

Sıfırlı siftə

comments
Dünyanın səsiManşetTribuna

Ukraynanın bərpasını indidən planlaşdırın – “Bloomberg”

comments
Dünyanın səsiManşetXəbər

Ukraynanın işğal və döyüş bölgələri

comments
AktualManşetXəbər

Hakimin səlahiyyət müddəti

comments
AktualManşetXəbər

Bağlı qapı mənzərəsi

comments
AktualManşetXəbər

Ləng metro

comments
ManşetXəbər

İşsizlikdən sığorta fondunun xərc istiqamətləri

comments
ManşetXəbər

Koronavirus statistikası

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda