• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yazıçı dini liderləri Putin qarşısında susmaqda ittiham edir

  • 22 Fevral 2022
0
SHARES
FacebookTwitterPinterest

Amerikanın məşhur yazıçısı Coel Rozenberq Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqindəki separatçı rejimləri müstəqil dövlətlər kimi tanımasına reaksiya verib.

Novator.az-ın məlumatına görə, Coel Rozenberq İsrailin “Yerusəlim Post” qəzetində dərc olunmuş məqaləsində bildirib: “Şərin mahiyyətini və təhlükəsini düzgün anlamamaq – onun qarşısında kor vəziyyətdə qalmaq deməkdir. Romanlarımı və elmi kitablarımı oxuyanlar bilirlər ki, bu, mənim əsas mövzularımdan biridir.

Bu gün dünya yenə kor kimidir, çünki Putin şərinin mahiyyətini anlamır. Vaşinqton, London, Paris, Berlin, Brüssel və başqa paytaxtlarda oturan liderlər Rusiya prezidentinin Ukraynanı əzmək, yenidən işğal etmək planı qarşısında donub qalmış kimi görünür”.

Coel Rozenberqin fikrincə, Qərb təcili hərəkətə keçməli, Ukrayna NATO-ya qəbul edilməli, Kiyevə çoxlu silah-sursat göndərilməli, tam aviasiya dəstəyi verilməli, “Şimal axını-2” qaz kəməri layihəsi dayandırılmalı, Moskvaya qarşı sərt iqtisadi sanksiyalar tətbiq olunmalıdır: “Amma bunun əvəzində Qərb mənasız press-relizlər yaymaqla məşğul olur, əli-qolu bağlı oturub gözləyir”.

Məqaləsində yazıçı dünyanın xristian liderlərini də tənqid edib: “Bu böhranlı zamanda xristian liderlər hara yoxa çıxıblar? Hanı Papa Fransisk? Hanı Roma Katolik Kilsəsi? Amerika yevangelistlərinin liderləri, dünyanın, o cümlədən Avropanın protestant liderləri haradadır? Niyə onlar Putinin aşkar və qəddar təcavüzünü qınamırlar, ABŞ prezidenti Cozef Baydeni, digər NATO ölkələrini ləngimədən Putini dayandırmağa çağırmırlar? Niyə xristianlar Ukrayna kimi çiçəklənən demokratik dövlətdə, xristian ölkəsində dindaşlarını – bacı-qardaşlarını qorumaq, onlara dua etmək üçün səfərbər olmurlar? Görən niyə sükuta dalıblar?

Doğrudanmı Qərb dövlətlərinin rəsmiləri söhbətin nədən getdiyini başa düşmürlər? Doğrudanmı xristian liderlər Putinin istər xristianlar, istərsə də yəhudilər üçün yaratdığı təhlükəni görmürlər?

Əgər onlar təcili surətdə hərb, diplomatiya, iqtisadiyyat və din sahəsində əzmkarlıq və qətiyyət nümayiş etdirsələr, Putini Ukraynanın işğalından çəkindirə bilərlər. Buna hələ də imkan var.

Yox, onlar yenə kor kimi oturub gözləsələr, Putinin əsl simasını tanımırmış kimi davransalar, Ukraynanı Moskvaya döyüşsüz təslim etsələr, onda proseslər Ukrayna hüdudlarından kənarda da ağır nəticələrə gətirib çıxaracaq.

Məgər onlar başa düşmürlər ki, qurdu yedizdirində nə olur? Məgər onlar bilmirlər ki, Putinin niyyəti nədir? Ey xristianlar, ey dünya liderləri, ayılın! Vladimir Putin çox təhlükəli adamdır. O, təkcə Ukraynanı ələ keçirmək istəmir, onun iştahı daha böyükdür.

Putin ilk növbədə NATO-nun dağılmasını istəyir. Estoniyanın yüksək rütbəli rəsmilərinin dedikləri kimi, Ukraynaya nəzarəti ələ alandan sonra Putin tezliklə Baltikyanı ölkələrin də üstünə gedəcək. Niyə? Çünki onun niyyəti həm də Estoniya, Latviya və Litvanı Kremlin nəzarətinə qaytarmaqdır”.

Coel Rozenberqin sözlərinə görə, indi olmasa da, gələcəkdə – Ukrayna və Baltikyanı ilə bağlı planlarını həyata keçirəndən sonra İran və Suriya rejimləri ilə sıx əməkdaşlıqda olan Vladimir Putin İsrail üçün də təhlükə doğurmağa başlayacaq.

Məqaləsində yazıçı hərbi cəhətdən Rusiyadan daha güclü olan Qərbin acizliyinə təəccübünü ifadə edib və NATO-nu, Qərb dövlətlərini təcili işğalçı rus ordusunun, Vladimir Putinin qarşısına ordu ilə çıxmağa çağırıb.

2014-cü ildə Ukraynada hakimiyyətə Qərbə bağlı qüvvələr gələndən sonra Rusiya bu ölkənin Krım bölgəsini zəbt edərək özünə birləşdirib, Donbas bölgəsinin bir hissəsində isə “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası” adlı separatçı rejimlər qurub. 2022-ci il fevralın 21-də Rusiya prezidenti “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı müstəqil dövlətlər kimi tanımaq barədə fərmanlar imzalayıb.

Mənbə: Jpost.com

26 bankın 37,9 milyard manatı var

  • 22 Fevral 2022

Rusiya ziyarətində

  • 22 Fevral 2022

Son materiallar

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

comments
Dünyanın səsiManşetŞərh

Consonu kim əvəz edə bilər? – “Əl-Cəzirə”

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

comments
Dünyanın səsiManşetXəbər

Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi

Rəylər

Do not miss

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

Son materiallar

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

comments
Dünyanın səsiManşetŞərh

Consonu kim əvəz edə bilər? – “Əl-Cəzirə”

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

comments
Dünyanın səsiManşetXəbər

Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan hərbi xidmətə çağırış qaydasını yeniləyir

comments
ManşetXəbər

Tofiq Yaqubludan piket təşəbbüsü, rəsmi müraciət

comments
ManşetXəbər

Avropa Məhkəməsindən Rafiq Tağı qərarı

comments
Dünyanın səsiManşetXəbər

Boris Conson istefaya razılaşdı

comments
Dünyanın səsiManşetXəbər

Aclıq hesabatı: 2,3 milyard nəfər qıtlıq çəkir

comments
ManşetŞərh

Bahalığın çarəsi

comments
ManşetXəbər

Azərbaycan nefti 7 gündə 8 dollardan çox ucuzlaşıb

comments
ManşetXəbər

Mühakimə təxirə düşüb

comments
ManşetXəbər

Sükutun 4 il 4 ayı

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin başı gedir?

comments
AktualDünyanın səsiManşetXəbər

Ermənistan bazarı bir ildə nə qədər bahalaşıb?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyanın saxta xəbərlərinə görə yeni qanun təklif olunur

comments
Dünyanın səsiManşetXəbər

Uyğur qətliamının ildönümü qeyd olunub

comments
AktualManşetXəbər

Arif Hacılıdan çağırış

comments
Dünyanın səsiManşetXəbər

ABŞ səfiri Çini Rusiyanın yalanlarını təkrarlamaqda ittiham edib

comments
ManşetXəbər

Hərbi toplanış bilgisi

comments
Dünyanın səsiManşetXəbər

Yoluxma dalğası, aktiv xəstələr

comments
ManşetXəbər

Yarım illik icra, yenilənən plan

comments
ManşetXəbər

Sıfırlı siftə

comments
Dünyanın səsiXəbər

“Avroviziya 2023”ə 20 razılıq var

comments
Dünyanın səsiManşetTribuna

Ukraynanın bərpasını indidən planlaşdırın – “Bloomberg”

comments
Dünyanın səsiManşetXəbər

Ukraynanın işğal və döyüş bölgələri

comments
AktualManşetXəbər

Hakimin səlahiyyət müddəti

comments
AktualManşetXəbər

Bağlı qapı mənzərəsi

comments
AktualManşetXəbər

Ləng metro

comments
ManşetXəbər

İşsizlikdən sığorta fondunun xərc istiqamətləri

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda