• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Bəsit fonun sualları

  • 11 Noyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası

Şotlandiyanın Qlazqo şəhərində iqlim dəyişikliyi konfransı keçirilir, önəmli, hər kəsin həyatına təsir edən məsələ müzakirə edilir. Amma müzakirələrin səviyyəsi, çıxışlar, qərarlar, yumşaq desəm, təəccüb və təəssüf doğurur. İqlim dəyişikliyi kimi önəmli məsələ ciddi, elmi, futuroloji aspektdən müzakirə edilmir, “Qreta”laşmış bəsit yanaşma var (beynəlxalq ekoloji hərəkatın isveçli təşəbbüsçüsü Qreta Tunberqi nəzərdə tutur – red.)

Dünya siyasəti də “Qreta”laşıb, məsələlər dərindən araşdırılmır, suallara cavab yoxdur, hətta sual verənlər susdurulur, bütün məsələlərdə Qərb sanki “sovetləşir”, müxalif səsləri, sual verənləri susdurmağa çalışır, öndə alimlər yox, boşboğazlardır.

Daxili yanma mühərrikindən istifadəni məhdudlaşdırmaq istəyirlər – çox gözəl, əla təşəbbüsdür. Yaxşı, bəs elektrikli avtomobillərin istehsalı üçün lazım olan akkumulyatorların xammalı haradan alınacaq? Həmin xammal ekologiyaya nə qədər ziyan vuracaq? Avtomobillərin şarj edilməsi üçün elektrik enerjisinə sürətlə artan tələbat necə ödənəcək?

Günəş və külək enerjisinin alınması üçün istifadə olunan avadanlıqların xammalı ekoloji təmizdirmi? Onların və istifadəsi bitmiş maşın akkumulyatorlarının utilizasiyası necə təşkil olunacaq? Bunların “karbon izi” hesablanıbmı?

Əgər enerjiyə artan tələbat göz önündədirsə, nədən atom enerjisindən istifadə də “çırkli” sayılır, axı atom enerjisi ən təmiz enerji növlərindən biridir və sərhədsiz enerji istehsalı gücünə malikdir? Əgər söhbət atom elektrik stansiyalarının təhlükəsizliyindən (qəzalar və s.) gedirsə, niyə son texnoloji nailiyyətlər məhz təhlükəsizlik tədbirlərinə yönəldilməsin?

Dünya əhalisi artır, enerjiyə tələbat da artacaq, karbohidrogendən imtina etmək istəyiriksə, buna necə nail olacağıq? Bu sualın cavabı yoxdur, nəticədə də Rusiya kimi avtoritar, nə istədiyini dəqiq bilən ölkələr vəziyyətdən yararlanıb öz resurs üstünlüyünü geosiyasi və iqtisadi üstünlüyə çevirir.

“Yaşıl iqtisadiyyata”, “karbon izinin” azaldılmasına keçid vacibdir, amma çox bahalı layihədir, bu keçid tək dövlət dotasiyaları ilə mümkün deyil, keçidin iqtisadi məntiqi və səmərəsi də olmalıdır. Bu keçidin işsizlik fəsadları hesablanmalıdır, məsələn, elektriklə işləyən avtomobillərə tam keçid baş verəndə daxili yanma mühərrikini təmir edən ustaların, karbürator, injektor və avtomobilin benzin-dizelə hesablanmış hissələrinin təmiri ilə məşğul olanlar nə edəcəklər?

Bu hələ ən sadə məsələdir, daha böyük məsələlər də var, məsələn, süni intellektin daha geniş tətbiqi, robotlaşma böyük işsizlik ordusu yaradacaq, bu problemin həll yolları haqqında düşünənlər varmı?

Bir sözlə, dünyada ciddi liderlik böhranı, mövzuların bəsitləşdirilməsi trendi var, bu isə heç də yaxşı vəziyyət deyil, hətta böyük toqquşmalara, müharibələrə aparan yoldur…

Müəllifin başqa yazıları:

İmic problemi

Bir millət, bir sistem

Nə etməli?

Virus dönəminin dərsləri

Gəlirsiz xərclər

“Bahalı manat” dalanı

Düşünmək üçün…

Sivil toplum, toplumla sivil davranış

Dəyişikliklərə hazırlaşmalı

Qalib kimi yaşamalı

Məcbur və məhkumuq

İanədə mədəniyyət

Koronavirus dalğasında…

Təhlükələrdən sığorta

İctimai nəzarət formulu

Gec olmasın…

Təhlükə zolağı

Ağıllı idarəçilik

Şişmiş problem

Kredit girdabı

Qaçılmaz yenilik

Reytinq alqoritmi

Kiçik uğurdan böyük uğura

Qiymət artımının sirr olmayan sirri

Sosial siyasət və ideologiya

Daha soyuqqanlı…

Təhlükə var

Təbliğatı vuran rəqəmlər

Ağıllı sistem zərurəti

Ziyanın yarısından…

Gürcüstan yolumuz

Hökumətə suallar

Qaçılmaz dünyəvilik

Siyasətdə sualtı qayıq taktikası

Reytinq incəlikləri

Virusla davranış

İki məqam, bir nəticə

Gücün yumşağı

“Dövlətin malı dəniz”…

Yolumuz

Virusla birgə

Çətin bircə yol

Bakıdan bölgələrə…

Alternativ olmaq

Çevriliş nöqtəsində

Vüsal Qasımlının müsahibəsinə qeydlər

Qiymət artımının əsas səbəbkarı

Qayda məsələsi

Yağıntıda üzə çıxan

Davranış formulu

Neft və qaz nədən bahalaşır?

Nazirin istəyi, zəruri qeydlər

Nəyi dəyişməli?

Hansı model?

Dəyişmə vaxtı

Qırılmış iki bağ

Savaşsız ilə müxalif baxışlar

  • 11 Noyabr 2021
  • comments

11 noyabr qiyməti

  • 11 Noyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
comments
TribunaYazarlar

Dustaqlara nə deyərdim?

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Ekologiya
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

Son materiallar

comments
ManşetTribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

150 ilin adamı – Adil müəllim…

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda