• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Böyük dalan

  • 25 Oktyabr 2021
  • comments
  • hikmet
  • Posted in ManşetTribunaYazarlar

Rövşən Ağayev

Bizdə orta variant alınmır. Məsələn, rifah baxımından orta təbəqə yaranmır – əsasən varlı və kasıblardan ibarət toplumuq.

Təhsilimizdə də oxşar vəziyyətdir – ailələrin və fədakar müəllimlərin zəhməti hesabına yüksək hazırlıqlı 5-10% gənc yetişir, yerdə qalanların durumunu özünüzü bilirsiniz.

Biz ya maksimalistik – zənginləşəndə gözümüz doymur. Ya da həddən artıq fağır – ən yoxsul yaşayış belə adamları yerindən tərpətmir.

Bunun nümunələri şəhərsalmamızda da özünü göstərir. Biz ya “ağıllı kənd (şəhər)” inşa etməyə həvəslənirik, ya da Xırdalanın timsalında şəhərsalma dəliliyinin sərhəd tanımadığı yaşayış məskənləri salmağı bacarırıq.

10 ildən artıqdır yaşadığım Xırdalandakı fəlakətli şəhərsalma barədə bir neçə dəfə yazmışam. Evimizdən “20 Yanvar”a qədər təxminən 10 kilometr məsafəni səhər 45-50 dəqiqəyə gedib çıxırıq. 10-20 milyon nəfərin məskunlaşdığı meqapolislərdə bu göstərici daha yaxşıdır. Hər gün evimizdən dərsə gedən tələbələrin halına acımaqdan savayı nəsə bacarmıram.

Vaxtın yarısından çoxu uzunluğu cəmi 4-5 kilometr olan Xırdalanın içində itir. Qeyri-rəsmi məlumata görə, 250 min nəfərdən artıq əhalinin məskunlaşdığı bu bapbalaca ərazidə tikinti bütün sürəti ilə davam edir, amma tələbata uyğun yollar üçün ərazi saxlamaq heç kimin yadına düşmür. Yəqin peşəkar monitorinq aparılsa, məlum olacaq ki, hər hektara düşən əhali sayı normadan bəlkə də 3-5 dəfə çoxdur.

Yollar dardır, hətta ən böyük prospektinin eni belə normal (ətrafında normal genişlikdə piyada səkisi olan) dördzolaqlı yol çəkməyə imkan vermir. Bu qədər dar yollarda isə tıxacı artıran başqa bir problem var: istisnasız olaraq bütün dayanacaqlarda taksilər avtobusların yerini zəbt edir. Təbii ki, avtobuslar öz halal yerlərində dayana bilməyəndə yolun hərəkət zolağında dayanmağa, bütün gediş-gəlişi durdurmağa səbəb olur. Bakıda Nəqliyyat Agentliyi bunu pis-yaxşı tənzimləyir, Xırdalanda həmin problemə məsul olan qurumu tapa bilmirəm.

Yaxud bir də görürsən ki, 16 mərtəbə bina ucaldılıb, aşağıdan 2 mərtəbədə əlavə tikinti aparıb ticarət obyektinə çeviriblər. Səkilər həmin obyektlərin altında qalır. Sonra nə baş verir? Təbii ki, ticarət obyektinə gəliş-gediş çox olduğu üçün həmin ərazidə maşınların yaratdığı fəlakətli tıxac başlayır.

Bizim küçəyə gələn əsas küçənin bir tərəfində səkini sıra ilə düzülmüş maşın təmiri sexləri, o biri tərəfində isə arda-arda tikilən ticarət obyektləri zəbt edib.

Bir dəfə bunu yazmışdım: dünyanın qabaqcıl universitetləri tələbələrə “ən pis şəhərsalma nümunəsi” nümayiş etdirmək istəsə, Xırdalandan hazırlanmış sənədli filmin alternativi yəqin ki, olmaz.

Müəllifin başqa yazıları:

Pensiya yaşı artsınmı?

Gedən pul gələn pulu yeyir

Aclıq, yoxsa yoxsulluq həddi?

Gerçək SSRİ və gerçək Rusiya…

İdxal azaldı: manat dinclik tapa bilərmi?

Büdcə: dəyişən nədir, dəyişməli olan nə?

Dollar pəhrizi

Pambığın ağır yükü

Ucuz manat niyə ixraca yol açmır?

Zənginlərin pulunu necə saymalı?

Milli gəlirdən kimə nə çatır?

Dərmanın çarəsi

Qalan 4 ayda manatı nə gözləyir?

Məşğulluq niyə leqallaşmır?

Nazirin dedikləri və gerçəklik

İşsizləri udan sirli mənbə

Sadə verginin çətin məqamları

Bahalıq tarifləri

Qara qutunu ağardanda…

Minimum təkliflər

Uşaq pulu təklifləri: çıxış yolu nədir?

Statistika islah edilməlidir. Kökündən

Böyük pullar kimlərin işinə yarayıb?

Artan idxalın cavabsız sualı

İslahat mübahisələri: gerçək islahatlar necə olur?

Artan maaşlar, dəyişən büdcə, cavabsız qalan suallar

Vətəndaşın səsi – rifaha yol

İş yeri statistikasından doğan suallar

Niyə tıxacdayıq?

Büdcəni necə müzakirə etməli?

Ümidsizliyin çarəsi

Avtomobil parkımız niyə köhnəlir?

Dərdə dərman

Qazaxıstanla fərqimiz

Milyardların ünvanı

Qərar müşkülünün çözümü

Birjamız olsa…

Həm işsiz, həm müdafiəsiz

Əriyib yoxa çıxmaq

Sual və əsl sual

Qanundan… kənar

Mühit olsun

Təhsil uçurumu

Biz və övladlarımız

Bir nəfər yox, toplum

Bizim tullantı

Kotan-xış dövründə ilişib qalmaq

…Gedən Avropa

Satınalmalar qaranlığı

Obyekti sökülən paytaxt sakini ədalət gözləyir

  • 25 Oktyabr 2021
  • comments

Qubadlı səfəri

  • 25 Oktyabr 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

NATO başına çarə qılır – “Financial Times”

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Siyasi burulğan

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Trampın silah vədi: Müdafiə Nazirliyi də bəyan etdi

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetŞərh

Məşhur iranlı müxaliflər İsraildən nə umurmuş?

GLOBALS:0

Tags

  • Bölgə
  • Cəmiyyət
  • Hüquq
  • Sosial

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

NATO başına çarə qılır – “Financial Times”

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

NATO başına çarə qılır – “Financial Times”

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Siyasi burulğan

GLOBALS:0
comments
Dünyanın səsiManşetXəbər

Trampın silah vədi: Müdafiə Nazirliyi də bəyan etdi

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda