• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Şair Aydın Qədimoğlunun yeni kitabı işıq üzü görüb

  • 01 İyun 2021
  • comments
  • Novator.az
  • Posted in AktualXəbər

Şair Aydın Qədimoğlunun “İndi yol gedirəm doxsana sarı” adlı kitabı işıq üzü görüb.

Novator.az saytı xəbər verir ki, “ÇapArt” nəşriyyatında nəfis tərtibada çap olunan kitab 400 səhifəyə yaxındır.

“İndi yol gedirəm doxsana sarı” Aydın Qədimoğlunun ikinci kitabıdır. Onun “Sabahım Laçındı” adlı ilk şeir kitabı 2011-ci ildə işıq üzü görüb.

Aydın Qədim oğlu Abbasov 1935-ci ildə Laçın rayonunun Pircahan kəndində dünyaya göz açıb. 1949-cu ildə Pircahan kənd yeddiillik məktəbini, 1953-cü ildə Laçın Şəhər Pedaqoji Məktəbini bitirib. 1953-cü ildən Kəlbəcər rayonunun Milli kənd məktəbində ibtidai sinif müəllimi kimi fəaliyyətə başlayıb. 1954-cü ilin oktyabrında əsgərliyə çağırılıb, 3 il hərbi qulluqdan sonra Kəlbəcər rayonunun kənd məktəblərində pedaqoji fəaliyyətini davam etdirib. 1959-cu ildən isə Laçın rayonunun bir neçə kənd məktəbində müəllimlik edib.

1970-1975-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsində təhsil alan Aydın Qədimoğlu 1972-ci ilin sentyabr ayından 1992-ci ilədək doğma Pircahan kəndindəki orta məktəbdə müəllim işləyib.

Aydın müəllim hazırda təqaüdçüdür. İki oğul, beş qız atası olan Aydın Qədimoğlu on dörd nəvənin babasıdır.

“İndi yol gedirəm doxsana sarı” kitabında əsasən müəllifin son illərdə yazdığı şeirləri cəmlənib. Kitabda xalq şairi Sabir Rüstəmxanlının, şairə Nazilə Gültacın, jurnalist Azər Qaraçənlinin Aydın Qədimoğlunun şəxsiyyəti və yaradıcılığı haqda ürək sözləri yer alıb.

Bundan başqa, professor Ziyadxan Nəbibəylinin, pedaqoqlar Kamran Abbasovun, Ehtiram müəllimin, jurnalist Qönçəgül Kamalqızının, şair Əlövsət Saldaşın, şair-publisist Əjdər Əslisaf İlyasovun Aydın Qədimoğlunun ilk kitabı “Sabahım Laçındı” barədə müxtəlif dövrlərdə yazdığı məqalələr də yeni kitaba daxil edilib.

“İndi yol gedirəm doxsana sarı” kitabında müəllifin yarım əsrdən çox müddətdə çəkilmiş fotolarından bir neçəsini də görmək mümkündür.

“Sabahım Laçındı” kimi “İndi yol gedirəm doxsana sarı” kitabının da əsas mövzusu Vətən həsrəti, yurd dərdidir. Laçına, Kəlbəcərə, onun səfalı, dilbər guşələrinə, dağlarına, insanlarına həsr edilmiş bədii nümunələrdə incə duyğulara toxunulur.

Eyni zamanda Aydın Qədimoğlu yeni kitabında mərhum həyat yoldaşı Elmira xanıma vəfa borcu bir xeyli şeirlər həsr edib. Müəllifin əhdinə, andına sədaqət nümayişinin əksini tapdığı bu bədii parçalar insanın içini göynədir, qəlbini kövrəldir.

2021-ci ilin iyununda ömrünün 87-ci ilinə qədəm qoyan Aydın Qədimoğlunu yeni kitabı münasibətilə təbrik edir, qələbə soraqlı bu günlərdə bizimlə qal, yaşa-yarat deyirik!



 

Üçtərəfli qrupun fəaliyyəti dayanıb

  • 01 İyun 2021
  • comments

Manat nə qədər valyuta aparıb?

  • 01 İyun 2021
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Mədəniyyət
  • Poeziya
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda