UEFA Çempionlar Liqasının 2020-2021 mövsümündə ilk finalçı müəyyənləşib. Novator.az-ın məlumatına görə, 4 may yarımfinalında PSJ-ni ələyən “Mançester Siti” mayın 29-u İstanbulda keçiriləcək baş oyuna vəsiqə alıb.
Yarımfinalda “Real” və “Çelsi” komandaları da mübarizə aparır.
1955-ci ildə yaradılmış, 1991-ci ilə qədər Çempionlar kuboku adlanmış turnirdə 22 klubun zəfəri var. “Real” 13, “Milan” 7, “Bavariya” və “Liverpul” 6, “Barselona” 5, “Ayaks” 4, “İnter” (İtaliya) və “Mançester Yunayted” 3, “Benfika”, “Nottingem Forest”, “Yuventus” və “Portu” 2 titula sahibdir.
“Seltik”, “Feyenoord”, “Aston Villa”, “Hamburq”, “Styaua”, PSV, “Srvena Zvezda”, “Marsel”, “Borussiya” (Dortmund), “Çelsi” 1 uğur əldə edib.