Xalq şairi Fikrət Qoca mayın 5-də vəfat edib
Fikrət Qoca 1935-ci il avqustun 25-də doğulub. Rusiyanın paytaxtı Moskvada, Ədəbiyyat İnstitutunda ali təhsil alıb.
Azərbaycan Dövlət Radio və Televiziya Verilişləri Komitəsində redaktor, “Azərbaycan gəncləri” qəzetində ədəbi işçi, Azərbaycan Yazıçılar İttifaqında məsul katib, “Azərbaycan” jurnalında şöbə müdiri və “Qobustan” incəsənət toplusunda baş redaktoru vəzifələrində çalışıb, Azərbaycan Yazıçılar Birliyinin katibi olub.
2004-cü ildən Azərbaycan Yazıçılar Birliyinin birinci katibi idi.
“Şöhrət”, “Şərəf”, “İstiqlal” ordenləri laureatıdır, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və Azərbaycan Respublikasının Dövlət Mükafatı ilə təltif edilib.
Allah rəhmət eləsin!