Xarici İşlər Nazirliyinin strukturu bir daha yenilənib. Novator.az bildirir ki, Amerika; Asiya; Linqvistik Təminat; Arxiv; İşlər idarələri, YUNESKO üzrə Milli Komissiyanın Daimi Katibliyi; Ümumi Katiblik və xüsusi şöbə nazirin yeni müavini Elnur Məmmədovun kuratorluğuna verilib.
Kadrlar; Hüquqi Təminat; Təşkilat-Nəzarət; Mətbuat Xidməti; Maliyyə idarələri, Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi, xüsusi tapşırıqlar üzrə səfirlər, nazirin katibliyi birbaşa nazir Ceyhun Bayramova tabedir.
Nazir müavini Mahmud Məmməd-Quliyev İqtisadi Əməkdaşlıq; Humanitar və Sosial Məsələlər; Beynəlxalq İnsan Hüquqları Təsisatları ilə Əməkdaşlıq idarələrinə kuratorluq edir.
Nazir müavini Araz Əzimov Beynəlxalq Təhlükəsizlik; Hərbi-Siyasi Məsələlər; Regional Təhlükəsizlik; Təhlil və Strateji Araşdırmalar idarələrinə məsuldur.
Xələf Xələfov nazir müavini kimi Beynəlxalq Hüquq və Müqavilələr; Birinci Avropa; Şərqi Avropa və Mərkəzi Asiya idarələrinin işinə nəzarətçidir.
Fariz Rzayev nazir müavini olaraq Dövlət Protokolu; Konsulluq; İkinci Avropa; Yaxın Şərq və Afrika; Xüsusi Rabitə Təminatı idarələrinə, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım İdarəsinə (Agentlik) rəhbərlik edir.