• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tədris ocaqları açılır

  • 22 Yanvar 2021
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Yanvarın 22-də Nazirlər Kabineti təhsil müəssisələri ilə bağlı yeni qərar verib. Novator.az-ın məlumatına görə, qərar fevralın 1-dən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkilini nəzərdə tutur. Təhsil Nazirliyinə prosesi təhsil pillələri və səviyyələri üzrə mərhələli şəkildə təmin etmək tapşırılıb. Tabeliyində təhsil müəssisələri olan digər icra hakimiyyəti orqanları, dövlət mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və özəl təhsil müəssisələrinin təsisçiləri də eyni qərarlar qəbul edə bilər.

Azərbaycanda təhsil müəssisələri 2020-ci il martın 3-dən koronavirus infeksiyası üzündən qapadılıb. Həmin il sentyabrın 15-dən başlayaraq təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi mərhələlərlə əyani formaya qaytarılıb. Nazirlər Kabinetinin 29 oktyabr 2020-ci il qərarı ilə təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi distant (məsafədən) formaya keçirilib.

Təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti qaydalarına görə, əyani tədris və təlim-tərbiyəyə yaşı 65-dən aşağı olan təhsilverənlər cəlb olunurlar.

Təhsil müəssisələrində dərslər səhər saat 8-dən başlayaraq növbəli qaydada həyata keçirilməldir; ümumi təhsil müəssisələrində dərs (təlim) və dərsdənkənar (praktiki) məşğələ saatları məktəbəhazırlıq mərhələsində 30 dəqiqə, ibtidai və ümumi təhsil səviyyələrində 45 dəqiqə olmaqla müəyyən edilir; peşə təhsili müəssisələrində dərslərin davametmə müddəti 30 dəqiqədir.

Uşaq musiqi, incəsənət, rəssamlıq məktəb və mərkəzlərində dərslərin davametmə müddəti, eləcə də orta ixtisas və ali təhsil müəssisələrində bir akademik saatın davametmə müddəti 45 dəqiqədir. Akademik saatlararası fasilə olmadıqda dərsin müddəti 80 dəqiqə müəyyən edilir.

Dərslərarası (məşğələlərarası) fasilələr 10 dəqiqədən az olmamalıdır.

2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq dünyanı bürüyən koronavirus infeksiyasına Azərbaycanda ilk yoluxma 2020-ci il fevralın 28-də qeydə alınıb. Bu il yanvarın 22-dək 228246 yoluxma olub, 3053 nəfər xəstə vəfat edib.

Azərbaycanda xüsusi karantin rejimi qüvvədədir. Sərhədlər qapadılıb, dəfn mərasimləri istisna olmaqla yas mərasimləri, kütləvi tədbirlər, ad günləri, toy, nişan və bu kimi mərasimlər yasaqlanıb, başqa qadağalar qoyulub.

Hökumət təhsil müəssisələrini bir həftəliyə bağladı

Novruz şənlikləri ləğv olundu. Toy və yas tövsiyəsi

Azərbaycanda ilk itki, yeni məhdudiyyətlər

Koronavirus qadağaları

Operativ qərargahdan məhdudiyyətlər

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qapadılır

Yeni cəzalar təsdiqləndi

Ən son qadağalar

Ölkədə 15 günlük yeni məhdudiyyətlər tətbiq olundu

Karantin mayın 4-dək uzadıldı

Karantini yumşaltmaq qərarı verildi

Karantin uzadıldı, şərtlər yeniləndi

Yumşalmalar qüvvəyə minib

Yeni qərar: karantin necə yumşaldılır?

Karantindən çıxmayan sahələr

Koronavirus: karantin yenilikləri, rəsmi hesabat

Hansı qadağalar qalır?

Yeni cərimələr qüvvəyə minib

Yoluxma və itki artır, qadağalar gəlir

Operativ qərargah yeni qərar qəbul edib

Yeni karantin qərarı

Karantin uzadılır, yenə yasaqlar gəlir

Karantin yenilikləri

Yenə karantin, yeni karantin

Ən yeni karantin qadağaları

İcazəni tək SMS-lə deyil, “E-Təbib”lə də almaq mümkün olacaq

Cərimə artımları qüvvəyə mindi

Karantin sərtləşir və genişlənir

Davam edir… karantin

Qalan qadağalar

Yeni karantin qaydaları

Qalan karantin

Karantinlə bağlı yeni qərar

Koronavirus dövründə mehmanxana: qaydalar təsdiqlənib

Yenilənən normalar

Təhsil ocaqları açılacaqmı?

Sərt karantində yumşalma

Karantin yenilikləri

Bağça və məktəblər qərarı

Yollar açılır

Qadağa altında

Məktəbə necə gedəcəklər?

Tədris və təlim-tərbiyə: tarixlər yeniləndi

Qaydalı təhsil qaydaları

Metro açılır

Karantin qərarı yeniləndi

Xüsusi karantin rejiminin müddəti uzadıldı

Karantində yenilik

Karantin qadağaları genişləndi

Koronavirus: yeni məhdudiyyətlər gəlir

Yenilənmiş karantin, xəstəlik statistikası

Karantin dairəsi

Karantin zonaları, yasaqlar

Məsafədən təhsil qərarı, istisnalar

2 şəhər və 8 rayonda sərt karantinə keçildi

Hökumət əlavə tədbirlərə qərar verdi

Karantin qadağaları

İctimai iaşə müəssisələrinə yeni tələb

Məsafədən təhsil rejimi uzandı

Karantin qərarı yeniləndi

Karantin uzadılır, sərtləşir

Yeni rejim qüvvəyə minib

Karantin uzadılır, yumşalır

 

Statistikadan statistikaya fərq var

  • 22 Yanvar 2021
  • comments

Dünyanın ən böyük peyvənd müəssisələrindən birində...

  • 22 Yanvar 2021
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
comments
Xəbər

Valyuta ehtiyatı: il, illər

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Elm
  • Gənclər
  • Hüquq
  • Səhiyyə
  • Təhsil

Rəylər

Do not miss

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

Son materiallar

comments
Xəbər

Gürcüstanın istehlak bazarı

GLOBALS:0
comments
Xəbər

Türkiyədə qiymətlər

GLOBALS:0
comments
Xəbər

Azərbaycan komandalarının mümkün rəqibləri

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda