• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Təhlükələrdən sığorta

  • 18 Yanvar 2021
0
SHARES
FacebookTwitterPinterest

Natiq Cəfərli
Respublikaçı Alternativ Partiyası

Azərbaycan Birinci Qarabağ savaşında torpaq itirdi, işğala məruz qaldı, müvəqqəti məğlub duruma düşdü. Savaşda Rusiyanın basqılarını hiss etməyimizin, itkilərin fonunda neft-qaz strategiyasını, kəmərlərin marşrutunu özümüz seçməyə, Rusiyadan yan keçirməyə nail olduq. Böyük neft-qaz kontraktlarını Qərblə imzaladıq, savaşda uğursuzluğa rəğmən daha müstəqil siyasət yürütməyə, iqtisadi cəhətdən asılılığımızı azaltmağa nail olduq.

Ermənistan isə tam əks yol tutdu – Rusiyanı arxasına alaraq torpaqlarımızı işğal etdi, müvəqqəti hərbi qələbə qazandı, amma müstəqilliyini tam itirərək Moskvanın vassalına çevrildi. Bütün iqtisadi fürsətlərini, dövlət əmlakını Kremlə bağışladı, ərazisində Moskvanın böyük hərbi bazalarının yaranmasına icazə verdi, ölkənin sərhədlərini belə Rusiya qorumağa başladı.

Azərbaycanın daxilində olan bütün xroniki problemlərə (korrupsiya, bərbad idarəetmə sistemi, enerji daşıyıcılarından asılı iqtisadiyyat, inhisarçılıq, azadlıqlara məhdudiyyət və s.) baxmayaraq daha müstəqil siyasət yeridən rəsmi Bakı bunun meyvələrini dərməyə, güclənməyə başladı. Təbii ki, neftin qiymətinin 2004-2014-cü illərdə tarixi maksimumlarda olması, ölkəyə böyük neft pullarının gəlməsi müstəqil siyasət yürütməkdə önəmli rol oynayırdı.

Ölkəyə yalnız neft-qaz sahəsinin xarici şirkətlərini buraxırdılar, tək Qərbin yox, Rusiyanın da başqa şirkətlərinin bazarda iştirakına sədd çəkilmişdi, nəticədə, məsələn, torpaqlarını birbaşa Rusiya işğal edən Gürcüstanda belə Rusiya kapitalı və şirkətləri Azərbaycandan qat-qat çox bazar payına malik oldu. Gürcüstanın bank-maliyyə, mobil rabitə sahəsində Rusiya şirkətlərinin ciddi bazar payı var, hətta Gürcüstanın fəxri olan “Borjomi” sularının əsl sahibi də Rusiya kapitalıdır.

Rusiyanı bazara buraxmamaq strateji xətt olduğu üçün Azərbaycanın real sektorunda Türkiyə və Qərb şirkətlərinin də bazar payı çox az idi. Təbii ki, bunun başqa səbəbləri də var: real sektorda xarici kapitalın iştirak payının artması daxili “oyun qaydalarının” sivilləşməsi demək olardı – bunu isə məmur kapitalı və məmur iqtisadiyyatı özünə təhlükə sayırdı.

…Birinci Qarabağ savaşında biz torpaq, Ermənistan isə müstəqilliyini itirdi.

2020-ci ilin 44 günlük Vətən savaşında, İkinci Qarabağ müharibəsində möhtəşəm hərbi qələbə qazandıq, bu qələbədə de-fakto və de-yure qurduğumuz ittifaqlar da çox önəmli rol oynadı. İndi həmin ittifaqlara “borcların” ödənməsi zamanıdır – müxtəlif iqtisadi və siyasi maraqların təmin edilməsi məcburiyyəti yaranır. Ona görə də müxtəlif, ilk baxışdan məntiqsiz görünən xarici kontraktların şahidi olacağıq.

Bağlanmış ittifaqlar çox vacibdir, önəmlidir, həyati əhəmiyyətlidir, amma gələcəkdə Azərbaycana qarşı daha da çox artacaq basqıları sığortalamaq üçün ölkədə yeni siyasi situasiyaya – yeni konstitusiyaya, yeni parlamentə, güclü, amma dövlətçilik anlayışı olan müxalifətə, işlək sivil toplum institutlarına böyük ehtiyac yaranıb. Bu institutlar xaricdən gələcək təzyiqləri tənzimləməyə, sığortalamağa, bəzi qonşu ölkələrin daxildə yaratmağa cəhd edəcəkləri (buna cəhdlər mütləq olacaq) siyasi basqılara sinə gəlməyə imkan verəcək.

İkinci Qarabağ savaşında qazanılmış böyük hərbi qələbənin siyasi, iqtisadi, sosial üstünlüyə, keyfiyyət dəyişikliyinə çevirmək boynumuzun borcu, olmazsa olmazdır…

Müəllifin başqa yazıları:

İmic problemi

Bir millət, bir sistem

Nə etməli?

Virus dönəminin dərsləri

Gəlirsiz xərclər

“Bahalı manat” dalanı

Düşünmək üçün…

Sivil toplum, toplumla sivil davranış

Dəyişikliklərə hazırlaşmalı

Qalib kimi yaşamalı

Məcbur və məhkumuq

İanədə mədəniyyət

Koronavirus dalğasında…

Peyvəndlər qara bazara ötürülür – “NBC News”

  • 18 Yanvar 2021

Ekspertin “Azərlotereya” şərhi

  • 18 Yanvar 2021

Son materiallar

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

comments
Dünyanın səsiManşetŞərh

Consonu kim əvəz edə bilər? – “Əl-Cəzirə”

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

comments
Dünyanın səsiManşetXəbər

Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi

Rəylər

Do not miss

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

Son materiallar

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

comments
Dünyanın səsiManşetŞərh

Consonu kim əvəz edə bilər? – “Əl-Cəzirə”

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

comments
Dünyanın səsiManşetXəbər

Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan hərbi xidmətə çağırış qaydasını yeniləyir

comments
ManşetXəbər

Tofiq Yaqubludan piket təşəbbüsü, rəsmi müraciət

comments
ManşetXəbər

Avropa Məhkəməsindən Rafiq Tağı qərarı

comments
Dünyanın səsiManşetXəbər

Boris Conson istefaya razılaşdı

comments
Dünyanın səsiManşetXəbər

Aclıq hesabatı: 2,3 milyard nəfər qıtlıq çəkir

comments
ManşetŞərh

Bahalığın çarəsi

comments
ManşetXəbər

Azərbaycan nefti 7 gündə 8 dollardan çox ucuzlaşıb

comments
ManşetXəbər

Mühakimə təxirə düşüb

comments
ManşetXəbər

Sükutun 4 il 4 ayı

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin başı gedir?

comments
AktualDünyanın səsiManşetXəbər

Ermənistan bazarı bir ildə nə qədər bahalaşıb?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyanın saxta xəbərlərinə görə yeni qanun təklif olunur

comments
Dünyanın səsiManşetXəbər

Uyğur qətliamının ildönümü qeyd olunub

comments
AktualManşetXəbər

Arif Hacılıdan çağırış

comments
Dünyanın səsiManşetXəbər

ABŞ səfiri Çini Rusiyanın yalanlarını təkrarlamaqda ittiham edib

comments
ManşetXəbər

Hərbi toplanış bilgisi

comments
Dünyanın səsiManşetXəbər

Yoluxma dalğası, aktiv xəstələr

comments
ManşetXəbər

Yarım illik icra, yenilənən plan

comments
ManşetXəbər

Sıfırlı siftə

comments
Dünyanın səsiManşetTribuna

Ukraynanın bərpasını indidən planlaşdırın – “Bloomberg”

comments
Dünyanın səsiManşetXəbər

Ukraynanın işğal və döyüş bölgələri

comments
AktualManşetXəbər

Hakimin səlahiyyət müddəti

comments
AktualManşetXəbər

Bağlı qapı mənzərəsi

comments
AktualManşetXəbər

Ləng metro

comments
ManşetXəbər

İşsizlikdən sığorta fondunun xərc istiqamətləri

comments
ManşetXəbər

Koronavirus statistikası

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda