Arif Hacılı
Müsavat Partiyasının başqanı
Hakimiyyət mənsubları deyirdi dekabrın 1-dən – Ağdam, Kəlbəcər, Laçın işğaldan azad ediləndən sonra bir çox suala aydınlıq gələcək. Amma belə olmadı, əksinə, yeni suallar yaranır və hər gün artır.
Yuxarı Qarabağ ərazisində separatçı rejim hər gün daha da möhkəmlənir. Bu ərazidə suverenliyin təmin edilməsi hər gün çətinləşir. Bəyan edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyü təmin olunubsa, ərazimizdə erməni silahlı birləşmələri ola bilməz. Yuxarı Qarabağ ərazisindən erməni silahlı birləşmələri nəinki çıxarılmayıb, əksinə, bu qüvvələr yenidən komplektləşir. Açıq şəkildə revanşa hazırlıq getdiyi bəyan edilir.
Yuxarı Qarabağ ərazisi rus ordusunun himayəsi altında nəzarətsiz olaraq yenidən məskunlaşdırılır. Azərbaycanlı qaçqınlar əraziyə qaytarılmır. Rusiya humanitar yardım adı altında erməni əhalinin yerləşməsi üçün şirnikləndirici mühit yaradır.
Yuxarı Qarabağ Azərbaycan üçün tam qapalı əraziyə çevrilib. Oraya nəinki dövlət strukturlarımız, əvvəllər bu ərazidə yaşamış azərbaycanlı əhali, hətta jurnalistlərimiz, humanitar təşkilatlarımızın nümayəndələri belə buraxılmır.
Rusiya humanitar yardım adı altında ərazimizdə qurmaq istədiyi dövlətin maddi-texniki bazasını yaradır. Azərbaycan hakimiyyəti isə suverenliyimizi təhdid edən bu hadisələrə adekvat reaksiya vermir.
Türkiyədən olan hərbi missiyanın ölkəmizə gəlməsi müxtəlif bəhanələrlə ləngidilir. İndi bu missiyanın fəaliyyətə başlamamasının səbəbi kimi uyğun binanın olmaması göstərilir. Doğrudanmı ölkəmizin 3 min kvadrat kilometr ərazisini, neçə şəhərimizi rus hərbiçilərin sərəncamına vermiş bir dövlətin Türkiyənin də iştirak edəcəyi müşahidə missiyasının yerləşməsi üçün bir bina ayırmaq imkanı yoxdur? Bu nə absurd iddiadır ki, missiya Ağdamda bina tikiləndən sonra fəaliyyətə başlayacaq? Nədən müşahidə missiyası fəaliyyətinə ilk gündən, məsələn, Şuşada və ya Bərdədə başlamadan Ağdamda bina tikilməsini gözləyir?
Azərbaycan və Türkiyənin hərbi-siyasi rəhbərliyi Rusiyanın Yuxarı Qarabağ ərazisində əsas işlərini görüb qurtarmasınımı gözləyir? Bundan sonra nəyi müşahidə edəcəklər?
Bu məsələlər millətimiz və dövlətimiz üçün taleyüklü məsələlərdir, Azərbaycan parlamentində, mətbuatda , sosial mediada müzakirə edilməli, problemlər ləngimədən, indi həll olunmalıdır! Sonra gec olacaq.
1988-ci ildə ermənilər Azərbaycanın Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana verilməsi tələbi ilə separatçı hərəkata başlayıb. Bu hərəkat getdikcə vüsət alaraq Ermənistanın Azərbaycana açıq hərbi təcavüzünə çevrilib.
1991-ci ildə ermənilər Dağlıq Qarabağı “müstəqil dövlət” elan edib. Bunun ardınca işğalçı müharibə alovlanıb. 1994-cü ilin may ayında elan olunan atəşkəsə qədər Ermənistan Dağlıq Qarabağı və onun ətrafındakı bölgələri ələ keçirib.
2020-ci il sentyabrın 27-dən Azərbaycan Ordusunun apardığı hərbi əməliyyatlarda Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Xocavənd, Xocalı, Laçın rayonlarının və keçmiş Ağdərə rayonunun bir hissəsi azad olunub.
Noyabrın 10-da hərbi əməliyyatlar dayandırılıb. Ermənistan noyabrın 20-də Ağdam rayonunu, noyabrın 25-də Kəlbəcər rayonunu, dekabrın 1-də Laçın rayonunu Azərbaycana qaytarıb. Xankəndi, Xocalı, Ağdərə, Xocavənd şəhərləri, Şuşa, Xocalı, Xocavənd rayonlarının və keçmiş Ağdərə rayonunun böyük hissəsi işğalda qalır.
Dağlıq Qarabağa və bölgə ilə Ermənistan arasında əlaqəni təmin edən Laçın yoluna Rusiya Ordusunun kontingenti yeridilib. Razılaşmaya görə, atəşkəsə Türkiyə-Rusiya Monitorinq Mərkəzi nəzarət etməlidir.
Komendant təyinatı, qismən səfərbərlik
Komendant saatında hərəkət: rəsmi qərar verildi
Füzuli döyüşləri, sərhəddə atəş
“Azərbaycan onlara yerini göstərəcək”
Vahid Qazi İsveçin xarici işlər nazirinə səslənib
Müdafiə Nazirliyinin zərbə hesabatı
Yaralıları ziyarət, yeni mesajlar
Avropa İttifaqı rəhbəri ilə danışıq
Üçlükdən atəşi dayandırmaq təklifi
Vahid Qazinin İsveç qəzetinə müsahibəsi
İsa Qəmbərdən həmsədrlərə cavab
Prezident: “Daha 30 il gözləməyə vaxtımız yoxdur”
Cəbrayıl şəhəri və daha 9 kənd azad olundu
“Ermənistan rəhbərliyi yaxşı düşünsün”
“Əl-Ərəbiyə” televiziya kanalına müsahibə
Prezident: “Sona qədər irəliyə gedəcəyik”
Daha üç kənd və bir neçə strateji yüksəklik azad olundu
Mülki şəxslərdən 27-si həlak olub, 141-i yaralanıb
Müdafiə naziri əmr etdi: böyük zərbələr endirmək planlaşdırılsın
Düşmənin məhv edilən döyüş texnikasının siyahısı
“Vasitəçilik missiyasında Türkiyənin iştirak etməyə tam haqqı var”
“O, bizi aldatdı. Siyasətdə bu, çox yanlış yoldur. Aldatmaq olmaz”
“İndi Azərbaycan özü status-kvonu dəyişir”
Dinc əhali: 31 ölüm qeydə alınıb
Bərdə və Tərtəri atəşə tutan “Qrad” məhv edilib
Müdafiə Nazirliyinin döyüş hesabatı
“Bu, Ermənistanın növbəti təxribatıdır”
İsveçdə yanlış Qarabağ təsəvvürü
Hadrut qəsəbəsi və 8 kənd işğaldan azad olundu
Prezident İlham Əliyevin xalqa müraciəti
“Ermənistan prezidentinin dedikləri feykdir”
Hikmət Hacıyev və Ceyhun Bayramovun dedikləri
Ermənistandan Mingəçevirə buraxılan raketlər zərərsizləşdirilib
Prezident Gəncəyə raket hücumuna münasibət bildirib
Prezident İlham Əliyevin “Haber Global”a müsahibəsi
Ermənistanın raket kompleksləri vurulub
“Düşmənin bütün legitim hərbi hədəfləri məhv ediləcək”
“O sözlər olmasaydı, bəlkə də burada vəziyyət qarışardı”
Azərbaycan Respublikasının xəritəsi
Prezident: “Biz atəşkəs rejiminə əməl edirdik”
Baş Prokurorluğun yeni hesabatı
Tərtər qəbiristanlığı vuruldu, 3 nəfər həlak oldu
Prezident: “Yaxın zamanda Füzulidən çox yaxşı xəbərlər gələcək”
“Azərbaycan Dağlıq Qarabağın müstəqilliyinə razılıq verməyəcək”
Əli Kərimli daha iki həmsədr təklif edir
Düşmən Ordubad rayonu ərazisinə raket zərbəsi endirib
Xırmancıq, Ağbulaq, Axullu kəndləri işğaldan azad olundu
Gəncə: 13 nəfər həlak olub, 48 nəfər yaralanıb, 2 uşaq itkin düşüb
Füzuli şəhəri və 7 kənd azad edildi
Xalqa müraciət. 17 oktyabr, 2020-ci il
Hikmət Mirzəyev general-leytenant rütbəsinə layiq görüldü
Baş Prokurorluğun rəsmi hesabatı
Ceyhun Bayramov Vaşinqtona gedir
Zəngilan şəhəri və 24 kənd azad edildi!!!
Xalqa müraciət. 20 oktyabr 2020-ci il
Siyəzən, Qəbələ və Kürdəmir atəşə tutulub
Prezident: “Bu çirkin rejimin belini qırırıq, qıracağıq”
“Dağlıq Qarabağda heç bir referendum olmayacaq”
Ordumuz İranla sərhədi tam nəzarətə götürdü!
Azərbaycanın Milli Qəhrəmanı şəhid olub
Prezident: “Şükür Həmidovun adı Qubadlıda əbədiləşdiriləcək”
İşğaldan azad edilmiş şəhər, qəsəbə və kəndlərimiz
“Onlar Rusiyadan hərbçilər göndərməyi xahiş etdilər”
Müdafiə Nazirliyində operativ müşavirə: ali baş komandanın çıxışı
Cenevrə görüşünün anonsu verildi
Xalqa müraciət. 26 oktyabr 2020
İşğalçı orduda rəhbər dəyişikliyi
“Hər bir halda bu torpaqları qaytaracağıq”
Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti bəyanat yayıb
İşğaldan azad olunan bölgələrə kimlər rəhbərlik edir?
Bərdəyə kasetli raketlər atılıb: həlak olanlar var
Rəsmi xəbərdarlıq: “Ehtiyatı əldən verməməli, ayıq-sayıq olmalıyıq”
Düşmən Bərdəni yenə raketlə vurub
Prezident: “Bərdə sakinlərinin qisası yerdə qalmayacaq”
“İnterfaks” agentliyinə müsahibə
Düşmənin atıb qaçdığı döyüş sursatı və texnikaları VİDEO
İşğaldan azad olunan Qiyaslı və Sarıyataq kəndləri VİDEO
Müdafiə Nazirliyi: “Yalnız bir tapşırıq var – torpaqları azad etmək”
Ermənistanın iki hücum təyyarəsi məhv edildi
Azadlıq bölgələrində komendantlıqlar yaradılır
Vətən müharibəsində yeni qələbələr
Baş Prokurorluğun yeni hesabatı
Bərdə və Tərtəri atəşə tutan “Smerç”lər məhv edilib VİDEO
Kasetli bombalardan necə müdafiə olunmalı?
“27 il təklif etdiklərimiz, ola bilsin, artıq öz qüvvəsini itirib”
Düşmənin daha bir təyyarəsi məhv edilib
Qarabağda birtərəfli jurnalisti ifşa etmək
“O, müharibənin dayanmasını istəmir”
Silahlı Qüvvələrə Yardım Fondunun vəsaiti
Vətən müharibəsində yeni uğurlar
Müdafiə Nazirliyinin bilgiləri
Prezident: “Onlar hər şeyi rədd etdilər”
Hərbi əməliyyatlar bölgəsindəki şəhər, qəsəbə və kəndlər
Baş Prokurorluğun 6 noyabr hesabatı
Təbiət mühafizəçisi, ekoloji hərəkat fəalı Qreta Tunberqə
Xalqa müraciət, 8 noyabr 2020-ci il
Saxta “şəhid siyahısı”nı ifşa edirik
Noyabrın 9-da azad olunan ərazilər
Sülh razılaşması Ermənistanı qarışdırıb
Sülh bəyanatı necə qarşılanır?
Növbəti addımlar müzakirə olunub
İsa Qəmbərin təşkilatı nə düşünür?
Rusun iti, Putinin bülbülü və sair
“Bu qələbəni qazanan əsgər və zabitlərimizdir”
“The Telegraph”: “Ən çox itirən Ermənistan və Paşinyandır”
“Reuters”: Putin Qarabağ sövdələşməsi ilə nəyə nail oldu?
“The Guardian”: Qarabağ razılaşması regional geosiyasəti dəyişir
DTX işğaldan azad edilmiş əraziləri nəzarətə götürür
“Bloomberg”: razılaşma, Türkiyənin rolu, Rusiyanın praqmatizmi
Tomas de Vaal: “Erməni cəmiyyəti belə qəfil çöküşə qəti hazır deyildi”
“Vaşinqton Post” Azərbaycanın dronlarından nə yazır?
“Financial Post”: Rus qoşunu işğalçı qüvvədən başqa bir şey deyil
Azərbaycan Ordusu Ağdama girib
Yeni fəxri ad, orden və medallar
Azadlıqda, qurtuluş ərəfəsində, işğalda…
Prezident: “Heç kim bizə kömək etməyib”
Əlaqələndirmə Qərargahı yaradıldı
Əliyevlə Putin yolların açılmasını müzakirə ediblər
Prezidentin 25 noyabr müraciəti
“The Diplomat”: Qarabağ məsələsi Pakistana necə təsir edir?
Arif Hacılı: “Tarixi dəyişdirmək olmaz”
Füzulidə faciə: mülki şəxslər minaya düşərək həlak olublar
Azad edilmiş ərazilərin iqtisadi potensialı
Yeni fəxri ad, orden və medallar rəsmiləşdi
Anım və Zəfər günləri təsis olundu
İsa Qəmbərin təşkilatı bəyannamə yayıb. Təkliflər
“Biz kənarda qalmışıq” – Amerikalı generalın Qarabağ yazısı
Şəhidlər, müharibə əlilləri və veteranlarla bağlı yeni təkliflər
Qazilərə yardımı ələ keçirən şəxsin həbs olunduğu bildirilir VİDEO
Silahlı Qüvvələrə Yardım Fondunun nəyi var?
Azərbaycan Ordusuna Yardım Fondu qurulur
Qəhrəman adı alan, təltif edilən hərbçilər
Parlament hərbi vəziyyətin ləğvinə səs verdi
“Forbes”: Erməniləri sarsıdıcı məğlubiyyətdən sonra nə gözləyir?
Bayram və anım təqvimi necə yenilənir?
Pakistanlı general sonuncu Qarabağ müharibəsini necə şərh edir?
BBC zorla sübut etmək istəyir ki, Qarabağda Suriya yaraqlıları döyüşüb
“Biz onları məcbur etdik, Minsk qrupu yox!”
Mülki əhaliyə nə qədər yardım veriləcək?
Əsir və girovlar azad ediliblər
Şəhid hərbi qulluqçuların yeni siyahısı
Bu xamır o xamırdan deyil – 10 noyabr bəyanatının təhlili
Təzyiqlərə necə cavab verməli?
Müharibənin nəticələri, birliyin yeni formulu
“Qarabağ dərs olsun” – İtaliyanın dövlət xadimi
Əhaliyə yardım: ilkin məbləğ ayrıldı
İşğalçı rejimdə “hökumət” qərarı