• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İanədə mədəniyyət

  • 21 Dekabr 2020
0
SHARES
FacebookTwitterPinterest

Natiq Cəfərli

İnsanlıq özünü dərk edib icmalasandan bəri müxtəlif üsullarla, müxtəlif məqsədlər üçün ianə toplanıb, hətta ən primitiv iyerarxik cəmiyyətlərdə belə. Səmavi dinlər yaranandan sonra ianə əsasən dini şəbəkələr vasitəsilə toplanıb paylanırdı. Çünki insanların ianə verməsi üçün əsas amil inamdır: ya öz günahlarının bağışlanmasına, ya da dini institutlar vasitəsilə ödədiyi maddi resursların ehtiyacı olanlara çatmasına inanıb ianə edirdilər.

Dövlətlər yaranıb institutlaşandan sonra vergi və ianələr bir-birindən ayrıldı – vergini dövlətlər, ianəni vətəndaş cəmiyyəti toplamağa başladı (əslində fəlsəfi olaraq dini institutlar da vətəndaş cəmiyyəti formatıdır). Vergi dövlətin xərclərini ödəyir, ianələr ehtiyacı olanlara yönəlirdi (ən azından təməl fəlsəfəsi belə idi).

Qərbdə ianə mədəniyyəti ona görə ciddi inkişaf edib yayıldı ki, onlar dini dövlətdən ayırdılar, dini institutlara güvən zəifləməyə başlayanda isə vətəndaş təşəbbüskarlığı artdı. Yəni dini institutlarda şəffaflıq olmadığı üçün vətəndaş ödədiyi ianənin harada, necə, kimə xərcləndiyini görə, izləyə bilmirdi – ianə mədəniyyətinin təməli məhz şəffaflıq olmalıdır.

Bu gün Qərbdə ianə vətəndaş cəmiyyətinin əsas resurs mənbəyidir – müxtəlif maraq qrupları öz ideyalarını həyata keçirmək, ya da öz dəyərlərini yaşatmaq üçün ianə toplayıb fəaliyyət göstərirlər. Məhz buna görə də Qərbdə vətəndaş cəmiyyətinin rolu və funksiyası başqadır, onlar anlaya bilmirlər ki, nədən avtoritar sistemlər bu topluma qısqanclıqla yanaşırlar, hətta cücərtilərini belə nəzarətdə saxlamağa çalışırlar.

Bizim məmləkətdə sivil toplum institutlaşmadı, buna hakimiyyətin basqıları ilə yanaşı bu institutun təməl hədəflərinin doğru seçməməsi də mane oldu – vətəndaş cəmiyyəti sözün pis mənasında siyasiləşdi. Bunun ən böyük günahı, təbii ki, hakimiyyətdə, oyun qaydalarında, avtoritar yanaşmada idi, amma vətəndaş cəmiyyəti də təməldən səhv quruldu, könül işi olmaqdan çıxdı, sadəcə iş yerinə çevrildi.

Azərbaycanda hər şey baş-ayaq olduğuna, normal sistem qurulmadığına görə ianə ilə vergi də bir-birinə qarışıb. Dövlət həm vergi, həm də ianə toplayan quruma çevrilib ki, bu da ianə mədəniyyətinin təməl fəlsəfəsinə ziddir. Bizdə yaradılan müxtəlif fondlar dövlətin normal vergi sistemi qura bilmədiyinə, vətəndaşlarda da vergi ödəyicisi mədəniyyətinin formalaşmadığına görə (bəsit formul var – vergi seçkiyə başlıdır, seçki yoxdursa, vergi mədəniyyəti formalaşmır), ianələr verginin bir formasına çevrilib.

Mart ayında Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Fonda 3390 hüquqi, 12392 fiziki şəxs 114 milyon 214 min 584 manat pul köçürüb. Köçürmələrlə bağlı məlumatlar şəffafdır, tapmaq mümkündür, amma xərclərlə bağlı heç bir informasiya yoxdur. Deməli, hələ o pullar xərclənməyib. Bəs nəyi gözləyirlər?! Nə vaxt və hansı istiqamətə xərcləyəcəklər?! Bundan ağır günlərmi olacaq?! Test nəticəsi pozitiv çıxan insanlar evdə oturmur, bayıra çıxırlar, kimsə yaxalansa, ya cərimə olunur, ya da ona cinayət işi açırlar. Mən virusa yoluxmuş insanların evdən çıxdığı halda məsuliyyətə cəlb olunmasını doğru sayıram, amma bir öyrənən varmı ki, o insan evdən niyə çıxır?! Bəlkə yeməyə çörəyi, mağazaya getməyə adamı yoxdur?! Bəlkə Koronavirusla Mübarizəyə Dəstək Fondu test nəticəsi pozitiv çıxan, amma xəstəliyi yüngül keçirən insanlara könüllülər vasitəsilə ərzaq yardımı etsin, dərmanlarını alıb versin ki, onlar da evdə otursunlar?! Pulu, dolanışığı olmayan, evdə ac uşağı, ya ata-anası olan insan nə etsin?! Çıxır ki, 5 manat pul qazanıb evinə çörək alsın. Çıxır, virusu daha çox yayır, təsbit olunanda cəza alır, amma cəza məsələni həll etmir axı! Dövlət əlində tək qamçı ilə gəzməməlidir, o biri əlində kökə də tutmalıdır!

Nə qədər ki, bizdə ianə mədəniyyətinin təməl fəlsəfəsi bərqərar olmayıb, nə qədər ki, vergi ianəyə qarışıb, nə qədər ki, dövlət hər işdə öndə olmağa çalışır, o zaman buyursun məsələlərə kompleks baxmağı da öyrənsin. Ya da normal sistem qurmağa başlayaq, vətəndaş cəmiyyəti institutu görməli olan işlərlə məşğul olsun, dövlət də öz işini görsün. Normal sistemlə yaşayan ölkələrdə vətəndaş cəmiyyəti hökumətlərin ən yaxşı köməkçisi, pulsuz konsultantı olur, artıq belə təməllər üzərində qurulmuş münasibətlərə keçməyimiz vacib şərtdir.

Müəllifin başqa yazıları:

İmic problemi

Bir millət, bir sistem

Nə etməli?

Virus dönəminin dərsləri

Gəlirsiz xərclər

“Bahalı manat” dalanı

Düşünmək üçün…

Sivil toplum, toplumla sivil davranış

Dəyişikliklərə hazırlaşmalı

Qalib kimi yaşamalı

Məcbur və məhkumuq

Təqdimat mümkün olmasa da…

  • 21 Dekabr 2020

“Vaşinqton Post”da xəbərdarlıq: İki vəziyyətə hazı...

  • 21 Dekabr 2020

Son materiallar

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

comments
Dünyanın səsiManşetŞərh

Consonu kim əvəz edə bilər? – “Əl-Cəzirə”

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

comments
Dünyanın səsiManşetXəbər

Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi

Rəylər

Do not miss

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

Son materiallar

comments
ManşetTribuna

“Dedilər təyyarə bileti hazırdır, çıx get”

comments
Dünyanın səsiManşetŞərh

Consonu kim əvəz edə bilər? – “Əl-Cəzirə”

comments
Dünyanın səsiManşetXəbər

“Reuters”: Rusiya istefanı toy-bayram edir

comments
Dünyanın səsiManşetXəbər

Finlandiya parlamenti Rusiya sərhədində baryerlər qurmağa səs verdi

comments
Dünyanın səsiManşetXəbər

Ermənistan hərbi xidmətə çağırış qaydasını yeniləyir

comments
ManşetXəbər

Tofiq Yaqubludan piket təşəbbüsü, rəsmi müraciət

comments
ManşetXəbər

Avropa Məhkəməsindən Rafiq Tağı qərarı

comments
Dünyanın səsiManşetXəbər

Boris Conson istefaya razılaşdı

comments
Dünyanın səsiManşetXəbər

Aclıq hesabatı: 2,3 milyard nəfər qıtlıq çəkir

comments
ManşetŞərh

Bahalığın çarəsi

comments
ManşetXəbər

Azərbaycan nefti 7 gündə 8 dollardan çox ucuzlaşıb

comments
ManşetXəbər

Mühakimə təxirə düşüb

comments
ManşetXəbər

Sükutun 4 il 4 ayı

comments
Dünyanın səsiManşetXəbər

Baş nazirin başı gedir?

comments
AktualDünyanın səsiManşetXəbər

Ermənistan bazarı bir ildə nə qədər bahalaşıb?

comments
Dünyanın səsiManşetXəbər

Rusiyanın saxta xəbərlərinə görə yeni qanun təklif olunur

comments
Dünyanın səsiManşetXəbər

Uyğur qətliamının ildönümü qeyd olunub

comments
AktualManşetXəbər

Arif Hacılıdan çağırış

comments
Dünyanın səsiManşetXəbər

ABŞ səfiri Çini Rusiyanın yalanlarını təkrarlamaqda ittiham edib

comments
ManşetXəbər

Hərbi toplanış bilgisi

comments
Dünyanın səsiManşetXəbər

Yoluxma dalğası, aktiv xəstələr

comments
ManşetXəbər

Yarım illik icra, yenilənən plan

comments
ManşetXəbər

Sıfırlı siftə

comments
Dünyanın səsiManşetTribuna

Ukraynanın bərpasını indidən planlaşdırın – “Bloomberg”

comments
Dünyanın səsiManşetXəbər

Ukraynanın işğal və döyüş bölgələri

comments
AktualManşetXəbər

Hakimin səlahiyyət müddəti

comments
AktualManşetXəbər

Bağlı qapı mənzərəsi

comments
AktualManşetXəbər

Ləng metro

comments
ManşetXəbər

İşsizlikdən sığorta fondunun xərc istiqamətləri

comments
ManşetXəbər

Koronavirus statistikası

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda