• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Karantin qərarı yeniləndi

  • 14 Sentyabr 2020
  • comments
  • hikmet
  • Posted in ManşetXəbər

Sentyabrın 14-də koronavirus pandemiyası ilə bağlı xüsusi karantin rejimini tənzimləyən yeni qərar qüvvəyə minib. Novator.az bildirir ki, Nazirlər Kabineti bu qadağaları saxlayıb:

– yük daşımaları istisna olmaqla ölkə ərazisinə giriş-çıxış;

– ölkənin şəhər və rayonlarından sərnişin daşımaları;

– “ASAN xidmət” və “DOST” mərkəzləri istisna olmaqla dövlət orqanlarında (qurumlarında) vətəndaşların yerində qəbulu;

– dəfn istisna olmaqla yas mərasimləri;

– bütün kütləvi tədbirlər, o cümlədən mədəniyyət və idman tədbirləri (tamaşaçıların iştirakı olmadan açıq havada idman yarışları istisna olmaqla);

– tədbirlərin təşkili üzrə xidmətlər, o cümlədən ad günləri, toy, nişan və bu kimi mərasimlər;

– ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və digər yerlərdə şəxslərin (ata-ana, nənə-baba, uşaqlar və bacı-qardaşlar istisna olmaqla) 10 nəfərdən artıq qruplarda cəmləşməsi;

– istirahət və əyləncə məkanlarının, həmçinin uşaq əyləncə məkanlarının (bulvar və parkların ərazisindəki daxil olmaqla) fəaliyyəti;

– muzey və sərgi zalları istisna olmaqla digər mədəniyyət obyektlərinin, eləcə də kinoteatrların, teatrların və idman zallarının fəaliyyəti;

– iri ticarət mərkəzlərinin nəzdindəki uşaq və digər əyləncə mərkəzlərinin, kinoteatrların və ictimai iaşə məkanlarının fəaliyyəti;

– ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə;

– tibb müəssisələrində müalicə alan şəxslərin ziyarəti;

– idman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

– masaj və hamam xidmətləri.

Sərt xüsusi karantin rejiminin tətbiq olunduğu Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində həmçinin bu yasaqlar tətbiq edilir:

– nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla iri ticarət mərkəzlərinin fəaliyyəti;

– ictimai iaşə obyektlərində, eləcə də restoran, kafe, çay evləri və bu kimi digər məkanlarda müştərilərə saat 00:00-dan 09:00-dək yerində xidmət, masa arxasında 6 nəfərdən artıq toplaşmaq;

– 10 nəfərdən artıq şəxsin iştirakı ilə keçirilən tədris və repetitor xidmətləri;

– çimərliklərin ərazisində hovuzların, su attraksionlarının və idman oyunu yerlərinin fəaliyyəti;

– şənbə-bazar günləri ictimai nəqliyyatın hərəkəti və Bakı Metropolitenində sərnişindaşıma.

2019-cu ilin dekabr ayında Çində üzə çıxaraq 215 ölkə, ərazi və məkana yayılan koronavirus xəstəliyinə Azərbaycanda ilk yoluxma bu il fevralın 28-də qeydə alınıb. Rəsmi hesabata görə, 38327 yoluxanın 562-si dünyasını dəyişib. Martda 5, apreldə 19, mayda 39, iyunda 150, iyulda 235, avqustda 86, sentyabrda 28 nəfər koronavirusun qurbanı olub.

İnfeksiyasını cilovlamaq üçün martın 31-dən xüsusi karantin rejimi hökm sürür.

Hökumət təhsil müəssisələrini bir həftəliyə bağladı

Novruz şənlikləri ləğv olundu. Toy və yas tövsiyəsi

Azərbaycanda ilk itki, yeni məhdudiyyətlər

Koronavirus qadağaları

Operativ qərargahdan məhdudiyyətlər

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu qapadılır

Yeni cəzalar təsdiqləndi

Ən son qadağalar

Ölkədə 15 günlük yeni məhdudiyyətlər tətbiq olundu

Karantin mayın 4-dək uzadıldı

Karantini yumşaltmaq qərarı verildi

Karantin uzadıldı, şərtlər yeniləndi

Yumşalmalar qüvvəyə minib

Yeni qərar: karantin necə yumşaldılır?

Karantindən çıxmayan sahələr

Koronavirus: karantin yenilikləri, rəsmi hesabat

Hansı qadağalar qalır?

Yeni cərimələr qüvvəyə minib

Yoluxma və itki artır, qadağalar gəlir

Operativ qərargah yeni qərar qəbul edib

Yeni karantin qərarı

Karantin uzadılır, yenə yasaqlar gəlir

Karantin yenilikləri

Yenə karantin, yeni karantin

Ən yeni karantin qadağaları

İcazəni tək SMS-lə deyil, “E-Təbib”lə də almaq mümkün olacaq

Cərimə artımları qüvvəyə mindi

Karantin sərtləşir və genişlənir

Davam edir… karantin

Qalan qadağalar

Yeni karantin qaydaları

Qalan karantin

Karantinlə bağlı yeni qərar

Koronavirus dövründə mehmanxana: qaydalar təsdiqlənib

Yenilənən normalar

Təhsil ocaqları açılacaqmı?

Sərt karantində yumşalma

Karantin yenilikləri

Bağça və məktəblər qərarı

Yollar açılır

Qadağa altında

Məktəbə necə gedəcəklər?

Tədris və təlim-tərbiyə: tarixlər yeniləndi

Qaydalı təhsil qaydaları

Metro açılır

Tofiq Yaqublu xəstəxanaya köçürülüb

  • 12 Sentyabr 2020
  • comments

Yerli seçkilərdə hakim partiya önə çıxıb

  • 14 Sentyabr 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
comments
Xəbər

Yeni mövsümə 237 komanda buraxılır

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Səhiyyə

Rəylər

Do not miss

comments
Xəbər

Çempionlar Liqasının komandaları

Son materiallar

comments
Xəbər

Çempionlar Liqasının komandaları

GLOBALS:0
comments
Xəbər

Bank statistikası

GLOBALS:0
comments
Xəbər

Əfv sərəncamı

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda