Cəfər Cabbarlı, “Sevil” (dördpərdəli pyes)
1928-ci ildə azərbaycanlı dramaturq Cəfər Cabbarlının qələmə aldığı “Sevil” pyesi əsas etibarilə qadınların cəmiyyətdəki rolundan, onların çəkdiyi əzablardan, apardıqları mübarizədən və nəhayət, geridə qalmış patriarxal ənənələr üzərindəki qələbəsindən bəhs edir.
Vaxtilə bir çox qadın teatrda “Sevil” tamaşasını izlədikdən sonra hicab geyinməkdən imtina edib.
Kitabın satış qiyməti 3.49 manatdır.
Mövlana, “Məsnəvi”dən hekayələr” (təkrar nəşr)
“Məsnəvi” XIII əsrin görkəmli simalarından olan Mövlana (1207-1273) yaradıcılığının zirvəsi hesab olunur. Altı cild, iyirmi altı min beytdən ibarətdir. Çoxistiqamətli və zəngin bir əsərdir. Hədis, kəlam, təsəvvüf, hekayətlərdən ibarətdir. Mövlana hekayətləri bir-birini tamamlamır və müxtəlif mövzuları əhatə edir. Təsvir etdiyi hadisələrlə oxucuya ibrət dərsi verir, bəzən heyvanların, bəzən insanların dili ilə Qurani-Kərimin bizə demək istədiklərini çatdırır. Sünel Seçkinoğlu bu əsərin içindəki hekayətləri beytlərdən ayırıb, zəhməti ilə oxucuya daha aydın, daha səlis şəkildə çatmasını təmin edib.
Kitabın satış qiyməti 7.49 manatdır.