Şahlar
Şahə qalxıb Ana-Vətən torpağı
Haray salıb səslər bizi qoynuna.
Dərd sarıbdır meşələri, çayları
Neçə vaxtdır qan ağlayır can ona.
Gözü yolda bulaqların, dağların
Qisas! – deyir qoç igidlər, alp ərlər.
Gündə yüz yol tufan kimi qopar ruh
– yer üzünü göy üzünə təpərlər…
Doğmasını, yaxınını itirib
Yol gözləyir əzizləri hələ də.
Şəhid ruhu əsgər andı qoy olsun,
Zaman laldır – qoy dil açsın güllədə.
Ana yurdum, oğulların səf durar
Aprel, iyul… düşmən bağrın güc dələr.
Neçə-neçə Mübarizlər, Poladlar,
Bu torpağı qələbəylə müjdələr…
Gün gələr ki, bayram edər xalqımız,
hər qarışda şəhid qanı gül açar.
Yağıları yuvasında əzərik,
Şuşamızda bayrağımız dil açar!