İyulun 7-si Ermənistanın paytaxtı Yerevanda “Kalaşnikov” markalı avtomat silah istehsal edən zavod açılıb. Novator.az-ın məlumatına görə, açılış mərasiminə baş nazir Nikol Paşinyan da qatılıb.
“Neyrton” Elm-İstehsalat Birliyinin tərkibinə daxil olan zavodda avtomat silahların yığılması barədə razılaşma bu qurumla Rusiyanın “Kalaşnikov” konserni arasında 2018-ci ildə əldə olunub. Bu ilin mayında tərəflər 10 illik müqavilə imzalayıb.
On minlərlə avtomat silahın yığılacağı zavodda gecəgörmə qurğuları və xüsusi hərbi ləvazimatın da istehsal olunduğu vurğulanır.
Rusiyalı konstruktor Mixail Kalaşnikovun (1919-2013) əsasını 1947-ci ildə qoyduğu “Kalaşnikov” avtomatının müxtəlif modelləri bütün dünyada məşhurdur.