• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

44-ü ötdü

  • 07 İyul 2020
  • Posted in ManşetXəbər
0
SHARES
FacebookTwitterPinterest

Energetika Nazirliyinin 7 iyul məlumatına görə, “AzəriLayt” markalı Azərbaycan neftinin barreli 44,36 dollara satılır.

London birjasında brent markalı neftin barrelinin 42,80 dollara, Nyu-York birjasında layt markalı neftin barrelinin 40,32 dollara təklif olunduğu bildirilir.

Azərbaycanın 2020-ci il büdcəsində bir barrel neftin qiyməti 55 dollardan götürülüb. “AzəriLayt” yanvara 70,04, fevrala 62,15, marta 53,77, aprelə 19,43, maya 22,92, iyuna 38,14, iyula 43,02 dollarla başlayıb.

İl ərzində ən aşağı qiymət aprelin 21-də qeydə alınıb: 15,81 dollar.

Novator.az-ın məlumatına görə, iyulun 6-da Azərbaycan Televiziyasına, İctimai Televiziyaya və “Xəzər” Televiziyasına müsahibə verən prezident İlham Əliyev deyib ki, dünya bazarlarında neftin qiymətinin kəskin düşməsinə baxmayaraq 2020-ci ilin ilk altı ayı ərzində ölkənin valyuta ehtiyatları cəmi 98 milyon dollar azalıb: “Biz daha da böyük düşmə, tənəzzül gözləyirdik. Büdcəmizdə neftin qiyməti 55 dollar hesablanıb, altı ay ərzində neftin orta qiyməti 38 dollar olub. Bu, böyük itkidir. Bəzi günlərdə daha aşağı düşürdü. Amma neftin qiyməti hətta 14 dollar da olsa, biz ayaqda duracağıq. Biz son illər ərzində o qədər böyük iqtisadi-maliyyə potensialı yaratmışıq ki, istənilən böhranla bacara biləcəyik”.

Bu il neft koronavirus pandemiyasının yaratdığı iqtisadi qapanmalar üzündən kəskin ucuzlaşıb. Aprelin 12-də iri neft ixracatçıları – OPEK ölkələri (Anqola, Birləşmiş Ərəb Əmirlikləri, Ekvador, Ekvatorial Qvineya, Əlcəzair, İraq, İran, Konqo, Küveyt, Qabon, Liviya, Nigeriya, Səudiyyə Ərəbistanı, Venesuela) və 10 qeyri-OPEK ölkəsi (Azərbaycan, Bəhreyn, Bruney, Cənubi Sudan, Qazaxıstan, Malayziya, Meksika, Oman, Rusiya, Sudan) gündəlik hasilatı mərhələlərlə azaltmaq razılığına gəliblər.

Beynəlxalq razılaşmaya görə, 2020-ci ilin may-iyul aylarında Azərbaycan gündəlik neft hasilatı 554 min barrel, iyuldan sonra 587 min barrel, 2021-ci ilin yanvar ayından 620 min barrel olmalıdır.

Dolların 28 ayı

  • 07 İyul 2020

7 iyul minası

  • 07 İyul 2020

Son materiallar

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Bayden Ağ evdəki iş otağını necə dəyişib?

comments
Xəbər

Dövlətdən məlumat almağın problemləri müzakirə olunub

comments
Dünyanın səsiXəbər

Sınan pəncərəyə görə 6 il həbs – Gənc riyaziyyatçının işi

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Pandemiya təmizkarlığı faydalı mikroblara mənfi təsir edə bilər

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Bayden Ağ evdəki iş otağını necə dəyişib?

Son materiallar

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Bayden Ağ evdəki iş otağını necə dəyişib?

comments
Xəbər

Dövlətdən məlumat almağın problemləri müzakirə olunub

comments
Dünyanın səsiXəbər

Sınan pəncərəyə görə 6 il həbs – Gənc riyaziyyatçının işi

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Pandemiya təmizkarlığı faydalı mikroblara mənfi təsir edə bilər

comments
Xəbər

SOCAR-ın idarəçiliyi yeniləndi

comments
Dünyanın səsiManşetŞərhXəbər

Putin Navalnını azad etsə… – “Nyu-York Tayms”

comments
Dünyanın səsiFotoManşetVideoXəbər

Rusiyada etirazlar FOTO/VİDEO

comments
Xəbər

Neft Fondunun 43,5 milyard dolları var

comments
ManşetXəbər

Qeydiyyatlı partiyalar

comments
Xəbər

İqtisadi Zonaların İnkişafı Agentliyi yaradılır

comments
ManşetXəbər

Şuşanın məşhur məktəbi

comments
Dünyanın səsiManşetŞərh

Koronavirusa qarşı burun damcısı – Yeni metod sınaqdan keçirilir

comments
ManşetXəbər

Qiymət həmin qiymət olacaq

comments
Dünyanın səsiXəbər

Dünyanın ən böyük peyvənd müəssisələrindən birində yanğın

comments
ManşetXəbər

Tədris ocaqları açılır

comments
ManşetŞərh

Statistikadan statistikaya fərq var

comments
Dünyanın səsiManşetTribuna

“Əslində hamı sosial məsafə arzulayırdı”

comments
Dünyanın səsiManşetXəbər

Koronavirus statistikasından

comments
Dünyanın səsiManşetXəbər

Koronavirus ömürdən gedir

comments
Xəbər

Məzənnə siyahısında

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda