• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Gözlərindən uzağa gördüm ki, getmək olmur…” (Şeirlər)

  • 08 İyun 2020
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Səddam Laçın

Bir qarışlıq adam

Günəşi görmək üçün gecə baxırsan göyə…
Hamı sənə kor deyir, necə baxırsan göyə?
Çox qarışıq adamsan.

Biz isə ağıllıyıq, hər şeyi “düz” bilirik,
Ürəyin dünya boyda olsa da, biz bilirik
Bir qarışlıq adamsan.

Saçında ağ tellərin qaralarla yarışır,
Belə də davam elə, sənə də bu yaraşır,
Tam yarışlıq adamsan.

Gözlərindən axanlar gözünə bir də baxmır,
Axı niyə baxanlar üzünə bir də baxmır?
Bir baxışlıq adamsan?

Ahın yerdən göylərə heç çatmasın, əzizim,
Səni qara buludlar aldatmasın, əzizim,
Bir yağışlıq adamsan.

Özünə vəsiyyət

Sevdin, sevilmədinmi?
Özünü oda atma.
Dərhal ordan uzaqlaş,
Alışmayasan, şair.

Danışmaqla düzəlmir.
Hətta düzəlsə belə,
Gərək bəzən susasan,
Danışmayasan, şair.

Nə yardan inciyəsən,
Nə də ki, Yaradandan,
Bəxtindən inciyəsən,
Barışmayasan, şair.

Baş götürüb gedəsən,
Özgələri bir yana,
Heç öz işinə belə,
Qarışmayasan, şair.

***

Yaman kövrək olmuşam ürəyim dərd tapalı,
Bir bəhanə tap qayıt, sən ki gözü qapalı
İnandığım qadınsan.

Heç kəsim yoxdur axı, dərdimi ovutmağa,
Göz-gözə gəlmək nədi, əllərindən tutmağa
Utandığım qadınsan.

Sən ayrısan, əzizim, ifadə etmək olmur,
Gözlərindən uzağa gördüm ki, getmək olmur,
Dayandığım qadınsan.

Səndə həqiqət tapıb, inanmışam sevgiyə,
Hər doğulan günəşlə daha çox sevim deyə,
Oyandığım qadınsan.

***

Çalış göz-gözə gəlmə, vədə vermə axşama,
Sənə alışmayıblar, girmə könül bağçama,
Çiçəklər qısqanırlar.

Ən gözəl rəssam mənəm, bu da əsərim deyib,
Qurban olduğum Allah elə gözəllik verib,
Mələklər qısqanırlar.

Üz çevirib gedirsən, “Getmə, qayıt” deyəndə,
Dağınıq saçlarını düzəltmək istəyəndə
Küləklər qısqanırlar.

Əzizim

Bir gün səndən əl çəkib
Dərdimə aşiq olsam,
Yenə də şirin-şirin
Gülərsənmi, əzizim?

Hər tərəfdə heykəli
Olan şairlər kimi
Mən də ölsəm qədrimi
Bilərsənmi, əzizim?

Yerə-göyə sığmayan
Adam tabuta sığsa,
Onu yola salmağa
Gələrsənmi, əzizim?

Bilsən ki, artıq yoxam,
Artıq heç olmayacam.
İçin-için ağlayıb
Ürəyindən adımı
Silərsənmi, əzizim?

Yam-yaşıl yarpaq ikən
Payıza bel bağlayıb
Yaşaya bilmək üçün
Ölərsənmi, əzizim?

Niyə bu gündəyik?

  • 08 İyun 2020
  • comments

Erkin Qədirlidən Qarabağ təşəbbüsü

  • 08 İyun 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Poeziya
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda