“Qanun” nəşriyyatı görkəmli fransız yazıçısı Marsel Prustun (1871-1922) “Svann yolunda” romanını kitab şəklində çap edib.
Romanı Azərbaycan dilinə Azər Əhmədov tərcümə edib.
“Svann yolunda” avtobioqrafik roman olmasa da, Marsel Prust özünün kiçik yaşlı qəhrəmanı ilə birlikdə vaxtaşırı qədim dədə-baba yurdu Kombreyə və oradan da bir-birinə əks iki səmtə, iki ayrı-ayrı aləmə əyani-qiyabi səyahətlərə çıxmaqla haradasa həm də “itirilmiş zamanın sorağına” çıxır və hər yerdə, istər öz otağında, ya bir küçədə, kilsədə, çəmənlikdə, çay sahilində, istərsə də hər şeydə – bir fincan çayda, bir tikə piroqda, axar suda, gül-çiçək qoxusunda, şah əsəri qarşısında, hətta röyalarında elə hey nəsə axtarır. Özü də hamı tərəfindən qəbul edilmiş səciyyəvi məziyyətlər, “ütülənmiş” dəyərlər – “ifrat sığallı” bağ-bağat, “aşırı tumarlı” məhəbbət, “hədsiz dürüst” qadın siması onu çox da maraqlandırmır: çünki Əlahəzrət Həqiqət mövcud, oturuşmuş Gerçəklikdə deyil, asimmetrik gerçəklərin arxasında gizlənir; özünün, əcdadlarının əlindən alınmış Zamanı da onların arxasında axtarmaq gərəkdir – “İtirilmiş Zamanı” geri almaq, əsl Həqiqətə qovuşmaq yolunda yüz illər, min illər qabaq bəlli simaların uydurduğu hansısa başqa dünyaya can atmaq isə hədər vaxt itkisindən savayı bir şey deyil…
Kitabın satış qiyməti 9.99 manatdır.
Kitabı “Qanun” nəşriyyatının mağazasından, “Əli və Nino” şəbəkəsinin, “Azərkitab”ın dükanlarından, “Baku Book Center”dən əldə etmək mümkündür.
“Qanun”un mağazası (Bakı, Tbilisi prospekti, 76. Azərbaycan Universitetinin yanı) həftənin altı günü (bazar ertəsi-şənbə) səhər saat 9-dan 18-dək, bazar günü səhər saat 10-dan 17-dək açıq olur.
Kitabı nəşriyyatın telefonları (İş telefonu: 012 431 16 52; Whatsapp: 055 695 27 97, 055 212 42 37) və ya Qanun.az saytı vasitəsilə sifariş etmək imkanı da var. Çatdırılma paytaxtın “Memar Əcəmi”, “20 Yanvar”, “Nizami” və “Nərimanov” metro stansiyalarının çıxışlarına pulsuzdur.