• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Narıncı yarış maşını

  • 03 İyun 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in AktualManşetTribunaYazarlar

Vahid Qazi

İlk oyuncaq ilk sevgi kimidir – unudulmur. Xatırlayırsınızmı ilk oyuncağınızı? Sizi bilmirəm, mənim yadımda o, ilk sirdaşım kimi qalıb.

Uşaqlar ilk səmimi söhbətlərini oyuncaqları ilə edirlər. Hətta anaya belə deyə bilmədiklərini onunla bölüşürlər. Dediyim şübhəli gəldisə, ilk oyuncağınızı yada salın!

***

Sovet dönəmində kəndlərdə qarışıq mallar mağazası olurdu. Yəni ərzaq, sənaye, trikotaj malları bir yerdə satılırdı. Özünəməxsus xoş qoxusu olardı bu mağazaların.

Dayım şəhərə bitişik Seyidli kəndinin dükanında işləyirdi. Hər kəndə gələndə ora dönüb nəsə alar, yaxud salam verib keçərdik.

Bir gün yenə anamla kəndə getmişdik. Qohumların hansınınsa evində paltarbiçdiydi. Qız toyu. Tək qadınlar olduğundan paltarbiçdilərdən xoşum gəlməzdi. Yəqin bunu bildiyindən anam məni dayımın yanında qoyub toya getdi.

Az qala əlli il keçib, amma elə bil dünən idi. Deyərsən bəs üstündən yel də keçməyib, il də ötməyib o xatirənin.

Həmin gün günüm oyuncaqlar olan bölmədə keçdi. Hərdən konfet yeşikləri düzülən rəflərə tərəfə gedir, ayağımın ucunda qalxıb əl havasına konfet seçirdim. Boyum çatmırdı, əlimi sürtməklə konfetləri bir-birindən ayırd edə bilirdim. Onda sümürməli “Barbaris”i, bir də üstündə ayı şəkli olan şokoladı xoşlayırdım.

Sən demə, dayımın bir gözü məndəymiş. Elədiklərimə göz qoyurmuş. “Nə danışırdın onlarla?” deyə soruşanda bilmişdim. Sonralar danışırdı ki, mənim oyuncaqlarla söhbətimə qulaq asıb ləzzət alırmış.

Axşama doğru anam məni götürməyə gəldi. Biz çıxanda dayım narıncı rəngli yarış maşınına ip bağlayıb mənə verdi. “Sür, sənindir” deyib üstündə “5” yazılmış maşını mənə bağışladı. Çıxanda cibimi “Barbaris”lə, “Mişka kosolapiy”la doldurdu.

Uzunsov plastmas yarış maşını nənəmgilin kəndindən şəhərəcən çəkib sürə-sürə gətirdim. …Sonra başqa oyuncaqlarım da oldu. Ağdamda üçmərtəbəli univermaq tikiləndə onun oyuncaq bölməsindən çox oyuncaqlar aldı anam mənə. Tapança, avtomat, cürbəcür maşın, ev konstruksiyaları, şəbəkə fiqurları. Onların heç birinin ömrü ilk maşınım kimi uzun olmadı.

O maşını bağçaya da aparırdım, uşaqlara da göstərirdim. Onunla dostyana söhbət edirdim. Xəyal qurub uzaq səfərlərə çıxırdıq. Bağçamızın ən qəşəng qızını da özümlə götürürdüm. Onsuz xəyalmı olardı!

Maşınım da mənimlə danışırdı. Nə dediyini anlayır, duyurdum. Bir dəfə yağışlı gündə onu palçıqda, bir dəfə də şaxtalı qış gecəsi çöldə qoymuşdum. Bunlar mənə günah hissini yaşadan ilk hallar oldu. Özümü etibarsız dost kimi hiss etmişdim.

Sonra onu bir də özümdən uzaq qoymadım. Gecələr çarpayımın altında, gündüzlər gözümün qabağında oldu. Təkərləri itəndə belə ondan əl çəkmədim. Hovuzumuzu doldurub onu qayıq kimi də üzdürdüm, həyətimizin o başınacan axan arxımızda gəmi kimi də sürdüm.

Böyüyüb yekə oğlan olanda da atmadım onu. Fərq etməz, canlı, ya cansız – əziz olan heç nəyimi atmıram. Evimizin zirzəmisindəcə dururdu.

Şəhərimiz işğal olunanacan…

***

Huşum oyuncağıma getdi, səki dayımdan danışıram sizə!

O ilk cansız sirdaşımı – oyunacağımı mənə bağışlayan dayımın 70 yaşı tamam olur. İndi anlayıram ki, cansız sirdaşı mənə hədiyyə verən Rafael dayım elə mənim ilk sirdaşım, dostum olub. Ağdamın Köhnə Hamam məhəlləsindən Seyidli kəndinin Molla məhəlləsinəcən yol boyu boynundan düşmədiyim insanı deyirəm.

Onun çiyinlərindən görünən çəpərlərin o üzündəki həyətlər başqa dünyalarmış kimi qəribə gəlirdi mənə. O ucalıqda həyat özü rahat idi, küçəyə uzanan budaqlardakı gilənarı, almanı, alçanı dərəcək qədər asan idi, əlçatan idi.

Bir dəfə də mənə “yoruldum, düş” demədi.

Kənddə qalanda gecələr nənəmlə yatırdım. Səhər obaşdan duran kimi yan otağa yüyürür, dayımın üstünə atılır, yorğanı çəkir, oyadırdım. Onda da mənə acıqlanmazdı. “Get, yuxumun dalına baxım, gəlirəm çay içək” deyərdi. Mən də ustufca çıxar, mane olmazdım. Bəzən onun “kinosu” uzanardı, onda yenidən otağına hücum çəkərdim. Bu dəfə təslim olardı.

Mənimlə uşaq kimi yox, həmişə böyük oğlanammış kimi söhbət edirdi. Ona görə də hətta anama deyə bilmədiklərimi ona deyirdim. Ömrümün ən qayğısız xoşbəxt anlarının tək şahidi yox, həm də bu gün titrək kəpənək qanadlı xatirəyə çevrilən o anlarını yaradan sirdaşımdır o.

Gözləyirəm hava açılsın, elə yatağındaca haqlayım onu, zəng edib “70 yaşın mübarək, mənim ilk sirdaşım, Rafael dayım” deyim.

Yəqin mənim narıncı yarış maşınımı unudub, narıncı xatirəyə çevrilən o cansız ilk sirdaşım üçünsə ayrıca sağ ol deyəcəm…

İyun 2020


Müəllifin başqa yazıları:

“İslamda tolerantlıq varmı?” sualı İsveçdə

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı

Şərm-həyanın qiyməti

Yolda o(qa)lan yolçuluqlar

Zəmanələr və talelər toplusu

“İztirab — vətəndə qərib olmaqdır”

Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)

Salam, Gülsarı!

Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)

İntim dildə yaza bilmək

Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)

Türkiyə islam inqilabı?

Varşava – azadlıq və sevgi şəhəri

Çəmənzəminlinin ”Studentlər”i haqda

Ağalar Məmmədovun məktubları

Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)

Etiraz hüququ

Qış günəşi parlaqdır, amma isitmir

Qarabağ – xarici işimiz

“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı

Tanrılarla baş-başa

Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)

Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)

Anamın məktubları

Rusiya sindromu və Yalama döyüşü

Qarabağın açarı

Balacaboy hündür adam

Vətəni pulla almaq

Ozon adam (Elçin Şıxlının 60 yaşına)

Qarabağ adam (İlham İsmayılın 60 yaşına)

Rəsulzadənin çimərlik fotosu

Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj

Etiraz – ləyaqətin bir başqa adı

Yusif üzlü kitablar

Varis Diriye, Opra Uinfri və bizim Bircə

Azadlıq qiymətinə foto

Maldiv – Yer üzünün cənnəti

Təcrübəli təcrübəsizlər

Kontrabas adamlar

Berqman, Tarkovski və Qotland adası

Bir cənub şəhərinin yubilyarına

Çernobıl, xilaskar ata və mən

Hökmdarın hüzurunda olmaq

Tənhalıq dövrünün adamları

Milli kimlik harayı

Hədəfə çatmağın köçəri quş yolu

Bethovenin 250 illiyinə dəvət

Sevgilərimin zirvəsi

Köç

Aqil Abbas haqqı

İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?

Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti

Rusiya sindromu

Şuşalı foto

Tüstüdən dumana

Şuşa inauqurasiyası, mən, qarğalar…

Qarabağdan danışmaq yasaqlanır?..

Boşanma statistikası

  • 03 İyun 2020
  • comments

10 ilə 3 milyard ağac əkmək planı

  • 03 İyun 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda