• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Sivil toplum, toplumla sivil davranış

  • 20 May 2020
  • comments
  • hikmet
  • Posted in AktualManşetTribunaYazarlar

Natiq Cəfərli

Hökumət uzun illərdir sivil toplumu təhlükə kimi görür, halbuki QHT sektoru ilə normal iş qurulsa, doğru və işlək qanunlar qəbul olunsa, sivil toplum hökumətin pulsuz məsləhətçisinə, sosial, ekoloji, hüquqi problemlərin həllində ciddi rol oynayan instituta çevrilə bilər. Amma hökumət sivil toplumu düşmən kimi qəbul edir, bu işin fəlsəfəsini anlamır, qrant almağı ayıb sayır.

Müxalifətin bir hissəsi də öz rəqiblərinə, opponentlərinə eyni ritorika ilə qara yaxır, digər müxalif qurumlara ləkə vurmaq üçün “qrant” kartını işə salır. Hökumətlə müxalifətin həmin hissəsi eyni “dalğadadır”, eyni düşüncə və dünyagörüşünə malikdir, sadəcə, hökumətdə olanlar sivil toplumu əzir, müxalifətin bir kəsiminin isə əlində səlahiyyət yoxdur deyə ancaq qara yaxmaqla məşğuldur. Əllərinə səlahiyyət keçsə, indiki hökumət kimi davranacaqlar. Onlar da qrantı əskiklik, pis, yaramaz, qara bir iş kimi görürlər.

Hökumətin səhv siyasətinə görə sivil toplum siyasiləşdi, halbuki QHT-lərin işi siyasi fəaliyyət deyil, sənədlərin hazırlanması, təkliflərin verilməsi, problemlərə institutlaşmış və sistemli yanaşmanın ortalığa çıxarılması olmalıdır. Hökumət siyasi partiyaları əzmək, sıradan çıxarmaq, zəiflətmək yolu tutdu deyə QHT-lər siyasiləşdi – bu, səhv yol idi. Sivil toplum öz əsl məqsədlərindən kənarda qaldı.

Bu gün dünyanın inkişaf etmiş ölkələrində pandemiyanın gətirdiyi çətinliklərin dəf edilməsində sivil toplum çox önəmli rol oynayır – yardımlar paylayır, aztəminatlı ailələrə kömək edir, hökumətlərə təkliflər ötürür. QHT sektorunda on minlərlə insan çalışır – bu həm könül işi, həm də maaş mənbəyinə dönür, yeni iş yerləri yaradır.

Azərbaycanda sivil toplum üçün fədakarcasına çalışan, sistem yaradan gözəl insanlar olub və var – İntiqam Əliyev, Zərdüşt Əlizadə kimi məktəb yaradan, insan yetişdirən, Anar Məmmədli və Bəşir Süleymanlı kimi seçki sahəsində ciddi işlər görən, Azər Mehtiyev, Rövşən Ağayev, Samir Əliyev kimi ciddi araşdırmalar, sənədlər ərsəyə gətirən insanlarımız var – onların istənilən araşdırması ağıllı hökumət üçün yol xəritəsidir, götür, istifadə elə, uğur hekayəsi yarat. Amma 27 ildir QHT sektorunu könül işi kimi deyil, biznes kimi görən yanaşan insanlarımız olub, var, nə topluma, nə ölkəyə xeyirləri dəyib, əksinə, onlar sivil toplumun əsl niyyətinin və hədəfinin kənarda qalmasına bais olublar. Amma bir daha: əsas günah və məsuliyyət hökumətdədir – QHT sektoruna yanlış yanaşmaları olub.

Məmləkət indi yol ayrıcındadır – ölkənin qarşısında ciddi çağırışlar, problemlər var, görünən odur ki, yenə populist yanaşmalara meyillər artır, əsl sivil toplum fəlsəfəsi kənarda qalır. Hökumət mütləq bu sahəyə baxışını dəyişdirməli, qanunvericiliyə ciddi dəyişikliklər etməli, QHT-lərin fəaliyyətinə tam imkan yaratmalıdır. Sivil toplum da öz mahiyyəti üzrə fəaliyyət göstərməli, hər hansı xarici-daxili çevrələrin oyuncağına çevrilməməlidir. QHT sektoru ölkədə həm minlərlə iş yeri yarada, həm də hökumətin pulsuz məsləhət müstəvisinə çevrilə və bu prosesdən hamı uduşlu çıxa bilər.

Öncə qrant məsələsinə həm hökumətin, həm cəmiyyətin münasibəti dəyişməlidir. Qrant pis və çirkli bir şey olsaydı, YAP hökuməti son 27 ildə dünyanın müxtəlif təşkilatlarından və ölkələrindən 1,9 milyard dollara yaxın qrant almazdı. Lap indilərdə Azərbaycan hökuməti koronavirusla mübarizə məsələlərinə görə ABŞ-dan 3,6 milyon dollar qrant alıb, keçən il isə büdcə kəsirinin maliyyələşdirilməsi üçün Avropa İttifaqından 15 milyon avro qrant almışdı.

Sivil toplum yeni mütərəqqi qanunlar çərçivəsində tam şəffaf şəkildə işləməli, hökumət də QHT-lərə təhlükə mənbəyi kimi deyil, məmləkətin problemlərini çözməkdə kömək ola biləcək bir institut kimi baxmalıdır…

Müəllifin başqa yazıları:

İmic problemi

Bir millət, bir sistem

Nə etməli?

Virus dönəminin dərsləri

Gəlirsiz xərclər

“Bahalı manat” dalanı

Düşünmək üçün…

Qara yanvar: əvvəl və sonra… yenə əvvəl (4)

  • 20 May 2020
  • comments

Mövqelər tutulub

  • 20 May 2020
  • comments

About author

hikmet

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Hüquq
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda