• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Tüstüdən dumana

  • 18 May 2020
  • comments
  • Novator.az
  • Posted in AktualManşetTribunaYazarlar

Yaxud çiçəyi alaqdan ayırmağın Monika üsulu

Vahid Qazi

Neçə gündür bağçanın gözədəyən yerinə əl gəzdirirəm. İstəyirəm ot-alağı təmizləyib gül-çiçək əkəm. Dörd bir tərəf qonşum həyətlərini elə səliqəylə düzəldiblər, az qala həndəsi dəqiqliklə elə bağ salıblar ki, deyərsən bəs Vyanadakı Şönbrunn kral bağçasıdır, düşünərsən bəs bütün isveçlilər uşaqlıqdan xüsusi bağbanlıq məktəbi keçiblər.

Mən də onlardan geri qalmayım deyə həyətyanı sahəmdə nəsə fərqli bir iş görmək istəyirəm. Pandemiya bəlası keçsin, fikrim var üzü payıza Tərtərdən xüsusi gavalı, gilənar tingləri, Quzanlıdan sarmaşıq qızılgül qələmləri gətirdib əkim – İsveçin iqlimi onlara düşür. Elə bağ salım ki, koloniya əhli tamaşasına dursun.

İsveçdə bağçılıq çoxdanın ənənəsidir, ölkə boyu saysız-hesabsız koloniya var. Koloniya deyəndə ağlınıza ayrı şey gəlməsin, bir növ bizdəki bağlar birliyi kimi bir şeydir, daça yəni. Şəhər əhalisi kommundan (bələdiyyədən) torpaq kirayələyib yay aylarında əkib-biçir, burada yaylayır. Bizim Tornet koloniyamız şəhərin ən qədimidir, 1905-ci ildə yaradılıb.

Bu səhər də həvəslə torpağı belləyir, otunu yolurdum. Bərkə düşmüşdüm. İşin çətini köhnə çəmən otlarının arasında bitən sarı, qırmızı, bənövşəyi rəngdə sütül çiçəkləri ayırmaq idi. Nə vaxtsa əkiblər, baxan olmayıb. Bu gözəl çiçəkləri ayırıb ayrıca əkəcəkdim. Di gəl, alınmadı. Problem onda idi ki, bu incə, zərif, gözü təzəcə çırtlayan çiçəklər sanki ot köklərinin üstündə bitiblər. Kökləri içi-içədir, çəkəndə bir-birinə sarılı gəlir ələ.

Hər dəfə çiçəkləri otlardan qoparmaq istəyəndə zədələyir, əzir, qırır, tələf edirdim. Üzü illərin tapdağını görmüş, çəmənlik ömrünü çoxdan başa vurmuş çəmən otuna isə heç nə olmurdu.

Bir sözlə, çiçəkləri ot-alaq torundan xilas edə bilmədim.

Bu arada, sən demə, yüz ilin “bağbanı”, qonşu Monika uzaqdan gözaltı mənə baxırmış…

***

27 ildə yürüdülən daxili və xarici siyasəti təhlil eləməyə akademik savad lazım deyil. Bu siyasətlərin həyatımızda buraxdığı izə nəzər salmamız kifayətdir. Çəkingən, dişsiz, güzəştli xarici siyasət fonunda barışmaz, etakratik (cəmiyyət üzərində total dövlət hökmranlığı), sərt daxili siyasət.

Müstəqilliyin şirin dadını dada bilmədik bu illərdə. Əksinə, həyatın ən acı üzünü – məğlubiyyət, qaçqınlıq, səfalət, ümidsizlik yaşadıq. Bunları sadalamağın mənası yoxdur. Hamının görüb bildiyini təkrarlamayım bir də.

Xudafərin olayları fonunda sükut, milyonlar, milyardlar oğurlamış yüksək çinli sibarit (dəbdəbə aşiqi) məmurların ifşasına biganəlik cəmiyyətin düşdüyü halın acı mənzərəsidir.

Ən yüksək səviyyədə ogünkü “hər addımda cinayət” etirafı onu göstərir ki, hakimiyyətdəkilər xirtdəyədək günah və cinayət içində olduqlarının fərqindədirlər. Belə getməyəcəyini, dəyişikliyin labüdlüyünü dərk edirlər. Amma bu iş “yamaq” vurmaq yox, köklü dəyişiklik istəyir.

Görünənsə odur ki, 1993-cü ildən bəri nə Qarabağa yönəlik aydın, real konsepsiya, nə siyasi, iqtisadi islahatlar paketi, nə də bunları həyata keçirəcək kadr potensialı olub. Kommunist liderin müstəqil dövlətdə demokratik prinsiplərə əsaslanan modern idarəetmə bacarığı, potensialı yox idi. Elə indikilərdə də yoxdur!

Deyirlər bəla insanları birləşdirir. Görünür, biz fərqli insanıq, ayrı camaatıq. Bizdə əksinədir, dərd, bəla bizi parçalayır. 30 il əvvəl Qarabağ bizi birləşdirən ideoloji mehvər ola bilərdi. Olmadı. Hərə ondan öz marağına görə istifadə elədi. Nə yığılıb yumruq olduq, nə açılıb sillə. Uzatmayım, vaxtilə “Qarabağ atıyla demokratiya dalınca” yazısında bunu köklü-köməcli yazmışam. Təkrarlamayım.

Koronavirus təzə dünya bəlasıdır. Normal ölkələrdə BÜTÜN cəmiyyət onunla mübarizəyə səfərbər olub. Bizdə, əksinə, epidemiyanı bəhanə edən tərəflər bundan bir fürsət kimi yararlanmaq niyyətlərini gizlətmirlər. Biri daxili düşmən ovuna çıxıb. O biri karantin səbəbindən etirazların artacağına umudludur, marığa yatıb. Bir-birinə əks dayanan bu tərəflərin heç birindən bu xalq yarımadı.

İqtidarlı-müxalifətli heç birinin aydın, real Qarabağ konsepsiyası, yol xəritəsi, konstitusion islahatlar proqramı, paket-paket layihələri, kadr bankı yoxdur! Yenəmi Allah umuduna olacaq hər şey?

Gənclərin hər pöhrə ideyasına, təşəbbüsünə bir tərəf repressiya maşını ilə, o biri tərəf öz veteran, ağsaqqal “himayəsi” ilə sipər olur.

Mənzərəyə baxın: bir yanda Xudafərin şoku, Paşinyanın Şuşa ziyarəti, 100 milyardlarla neft pulunun göyə sovrulması fonunda ac-yalavac xalq, haqqı, ləyaqəti tapdanmış insanlar, mənəviyyatı aşınmış cəmiyyət, harınlamış məmur ordusu; o biri yandan birinin sözü o birinin boğazından keçməyən, birləşmək nədir, bir-birini əzib tapdayan, lider olmaq yolunda az qala saçyolduya çıxan siyasilər və onların sərgilədiyi siyasi mədəniyyət.

Bəzən adama elə gəlir ki, hakimiyyətin müxalifətə, müxalif qüvvələrin isə bir-birinə olan kin-küdurəti düşmənə nifrətdən qat-qat çoxdur!

Bəlkə mən səhv görürəm. Ola bilər.

Hakim zümrənin bu illər ərzində yandırıb məhv elədiklərinin tüstüsündən indi göz-gözü görmür. Xalq bu tüstüdə əl havasına fırlanan kor kimidir. Ölkə tüstü boğanağına bürünüb! Nə sabah görünür, nə birigün.

Bu sətirləri oxuyan vətəndəki gənc soydaşım yəqin ürəyində deyər buna bax, oturub xaricdə, gül-çiçəklə oynayır, bizə ağıl öyrədir. Amma ağıl vermək deyil əsla. Bunlar “gül-çiçəklə oynasa” da canı yurdda qalan, Bakı saatı ilə yatıb-duran adamın ürəyində qövr edənlərin bir parçasıdır.

Oturub düşünürsən: bizə sabahın aydın üfüqlərini kim göstərəcək? Buyursun, boğazacan günah və cinayətə batmışların tüstüsündən sonrakı aydınlığı göstərsin bizə. Bəlağətli sözlərlə, vədlərlə yox, başa düşülən dildə yazılmış, həllini mümkün sayacağımız proqramını qoysun ortaya, onu həyata keçirəcəyi bacarıqlı kadrlarını təqdim eləsin!

Ya da hamısı çəkilib getsin! Yerləri boş qalmayacaq! Yeri yeni əsrin dilini bilən vətənsevər gənclik tutacaq!

Heç bir postsovet ölkəsində milli azadlıq hərəkatlarından qalan bir siyasətçi yoxdur ortada. Qalib gələn də, məğlub olan da çəkilib yerini təzə gələnlərə verib. Bir-iki ölkəni çıxsaq, heç bir postkommunist ölkəsində 27 illik hakimiyyətə rast gəlməzsiniz. Hansı əsrdir?

On illərlə dəyişməyən hakimiyyətin, müxalifətin sabahı tüstünün o üzündəki duman kimidir.

Tüstüdən çıxıb dumanamı düşəcəyik yenə!

Dumanda uçurum görünmür!

***

Əlimdə sonuncu çiçək də qırılanda qonşu Monika aramızdakı diz hündürlüyündə balaca hasarımıza yaxınlaşdı. “Özünü yorma” dedi. “O kövrək çiçəkləri o alaq otundan ayırmaq çətin işdir. Bir yolu var: buranın otunu yerli-dibli çıxarıb atmalısan. Çıxar at, təzə yerdə təzə güllər ək. Bax, ora da eləydi. Bir dənə də alaq qaymayıb” deyib öz həyətinin güllük guşəsini göstərdi.

Hasarı aşıb bağçasına keçdim. Məni gül kolları, çiçək ləkləri, ağacları ilə tanış elədi. Həyətin çəmənliyi ayrı, güllüyü ayrı idi, dirriyi də eləcə. O, əkdiyi hər bitkini tanıyır, hansı gülün hansı ayda açdığını bilirdi. Elə seçmişdi ki, bütün yay boyu bağçası gülsüz-çiçəksiz olmasın. Biri solanda o biri açsın.

Monika hər mövsümə payızdan hazırlaşır deyə yazda-yayda bağçası laləzara çevrilir.

***

Köhnə otları kökündən çıxarıb, yerinə güllər əkmək lazımdır. Bu mövsüm keçdi, gələn il işimi planlı tutam gərək…

May, 2020
Tornet koloniyası, İsveç


Müəllifin başqa yazıları:

“İslamda tolerantlıq varmı?” sualı İsveçdə

Ədəbiyyatı dünya hadisəsinə çevirən xalqın kitabı

Şərm-həyanın qiyməti

Yolda o(qa)lan yolçuluqlar

Zəmanələr və talelər toplusu

“İztirab — vətəndə qərib olmaqdır”

Darıxan səbir (Hikmət Sabiroğlunun 50 yaşına neçə günsə qalmış)

Salam, Gülsarı!

Dilimizi uçurumdan qoruyan (Tehran Vəliyevin xatirəsinə)

İntim dildə yaza bilmək

Vyanada Şuşa günləri (Fotolu, xatirəli reportaj)

Türkiyə islam inqilabı?

Varşava – azadlıq və sevgi şəhəri

Çəmənzəminlinin ”Studentlər”i haqda

Ağalar Məmmədovun məktubları

Günəş kitablar (İsveç kitabxanasından payız qeydləri)

Etiraz hüququ

Qış günəşi parlaqdır, amma isitmir

Qarabağ – xarici işimiz

“Le Concert”, yaxud azadlıq duyğusunun səsli izahı

Tanrılarla baş-başa

Əmanət amanatı (Cümhuriyyətin 99 yaşına)

Bütün zamanların lideri (Cümhuriyyətin 99 yaşına)

Anamın məktubları

Rusiya sindromu və Yalama döyüşü

Qarabağın açarı

Balacaboy hündür adam

Vətəni pulla almaq

Ozon adam (Elçin Şıxlının 60 yaşına)

Qarabağ adam (İlham İsmayılın 60 yaşına)

Rəsulzadənin çimərlik fotosu

Əndəlüs lövhələri: İspaniyadan sürreal-real reportaj

Etiraz – ləyaqətin bir başqa adı

Yusif üzlü kitablar

Varis Diriye, Opra Uinfri və bizim Bircə

Azadlıq qiymətinə foto

Maldiv – Yer üzünün cənnəti

Təcrübəli təcrübəsizlər

Kontrabas adamlar

Berqman, Tarkovski və Qotland adası

Bir cənub şəhərinin yubilyarına

Çernobıl, xilaskar ata və mən

Hökmdarın hüzurunda olmaq

Tənhalıq dövrünün adamları

Milli kimlik harayı

Hədəfə çatmağın köçəri quş yolu

Bethovenin 250 illiyinə dəvət

Sevgilərimin zirvəsi

Köç

Aqil Abbas haqqı

İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?

Müsahiblərim, yaxud sözlə portret çəkmək sənəti

Rusiya sindromu

Şuşalı foto

AXCP fəalı azadlığa çıxıb

  • 18 May 2020
  • comments

Büdcə necə icra olunub?

  • 18 May 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Siyasət
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda