• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Yeni nəşrlər

  • 12 May 2020
  • comments
  • Novator.az
  • Posted in Xəbər

Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablar haqda məlumatları oxucuların diqqətinə çatdırırıq.

Con Ronald Ruen Tolkin, “Üzüklərin Hökmdarı. Üzük qardaşlığı (I hissə)”

Hobbitlərin yaşadığı kiçik bir kənd. Sehrbaz Qandalf köhnə dostu Bilbo Begginsin 111-ci ad gününə gəlir və onun illər öncə tapdığı üzük haqqında söhbətə başlayır. Bu üzük bir vaxtlar Orta Dünyanın Zülmət Hökmdarı Sauronun idi və öz sahibinə böyük güc verirdi. İndi Sauron Orta Dünya üzərində hakimiyyəti əlinə almaq istəyir. Buna görə də üzüyü məhv etmək lazımdır… Bu işin öhdəsindən Bilbonun qohumu, gənc hobbit Frodo gəlməlidir. Beləcə, doqquz nəfərdən ibarət dəstə – “Üzük qardaşlığı” Sauronun ölkəsi Mordordakı Alov Dağına doğru yola çıxır.

“Üzüklərin hökmdarı” xeyirlə şərin mübarizəsi haqqında gözəl bir nağıl; dostluq, ümid, sədaqət kimi əbədi mövzulardan bəhs edən klassik və ölümsüz bir əsərdir. “Üzüklərin hökmdarı” son yüz ildə ən çox oxunan yüz kitab arasında ilk yerlərdən birini tutur. 

Əsəri Samir Bulut tərcümə edib.

Kitabın satış qiyməti 14.90 manatdır.

Şamxal Həsənov, “Səs və ya Qırmızı”

Çağdaş nəsr prinsiplərinə uyğun olaraq şüur axını və daxili monoloq fəndlərilə qələmə alınan və obrazların öz təhkiyəsində təqdim olunan “Səs və ya Qırmızı” romanı hisslərin dərinliklərinə və incəliklərinə vararaq Azərbaycanda bir ilkə imza atır. İflic ata başındakı səslərdən yorğun düşən metafizik mövcudluğundan can qurtarmaq üçün yatağında keçmiş “canlı” həyatından və “Qırmızı” dünyasından söz açır, güclü ironiya ilə şıltaq hafizəsini dindirir, əxlaqı, doğrunu, xoşbəxtliyi və yaddaşı sorğulayır.

Hadisələr əsasən ata, oğul və ana üçbucağında dövr edir. Ailənin təsirli hekayəsi boyunca özünü axtaran xəyalpərəst oğulun iç səslərini və ailəsini hər vəchlə qoruyan, oğlunu gerçəkliyə gətirməyə çalışan, onda atasının təkrarını görməkdən çəkinən ananın iç səslərini eşidirik. Ananın rasionallığımı qalib gəlir, yoxsa oğulun kitablara meyil edən həssaslığı? Suallara cavab axtaran oxucu obrazların dünyasına onların gözündən baxır, müxtəlif heyvanların və Vicdanın əsas hadisələrlə çarpazlaşan monoloqlarını dinləyir.

Kitabın satış qiyməti 12.00 manatdır.

Qaraqan “İkinci addım. Həqiqətin beş adı”

Amma burada əsas məsələ var. “Gedəcəyiniz ünvan” – siz onu bilirsiniz, ona görə də oraya çata bilirsiniz. Yaxşı, bəs eyni şərait olsa və siz hara gedəcəyinizi də bilmirsiniz. Kağızı itiribsiniz və ge­də­­cəyiniz stansiya haqda heç nə bilmirsiniz. Sizdə olan məlumat təkcə bu ünvan idi. Siz illərlə qatardan qatara tullanaraq, heç vaxt sizə lazım olan yerə çata bilməzsiniz. Belə ki, sizə nə lazımdır, hara lazımdır bilmirsiniz.

Kitabın satış qiyməti 9.99 manatdır.

Hakon Ovreas “Qaraşın”

Uşaqlar üçün nəzərdə tutulmuş sehrli və həyəcanlı bir kitab. “Qaraşın” “Qəhvəyi” əsərinin bir növ davamıdır. 

Lakin burada hadisələr yeni, daha maraqlı məcrada inkişaf edir. Uşaqların şübhəsi, ağlı, zəkası, çətin vəziyyətlərdə qərar vermək bacarığı ustalıqla təsvir edilir. 

Əsəri Anar Rəhimov tərcümə edib.

Kitabın satış qiyməti 9.99 manatdır.

Ceff Kinni “Safdil Qreqin gündəliyi. Səbrin son damlası”

Bu kitabda Qreqin atası ona kömək etməyə çalışır. İdmana, faydalı işlərə yönləndirir. Amma… Qreqin gündəliyini oxusanız, “amma”sını özünüz görəcəksiniz. Gülmək, əylənmək, düşünmək və öyrənmək istəyirsinizsə, Qreqə qoşulun. 

Əsəri Arzu Orucova tərcümə edib.

Kitabın satış qiyməti 13.90 manatdır.

Bağlanan banklarda nə qədər qorunan əmanət var?

  • 12 May 2020
  • comments

Yeni müəssisələr açılıb

  • 12 May 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
comments
Xəbər

Avropa meydanlarında

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Gənclər
  • Mədəniyyət
  • Nəsr
  • Təhsil
  • Yazarlar

Rəylər

Do not miss

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

Son materiallar

comments
Xəbər

Azərbaycan neftinin ünvanları

GLOBALS:0
comments
Xəbər

Xarici ticarətin dörd ayı

GLOBALS:0
comments
Xəbər

“Qarabağ”lı turnir

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda