• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

İsveçdə niyə küçəyə çıxmaq qadağası qoyulmur?

  • 06 Aprel 2020
0
SHARES
FacebookTwitterPinterest

Vahid Qazi

Başlığa çıxardığım suala İsveç hüquq sistemini araşdıran İsvecgundemi.com saytının əməkdaşı Atila Altuntaş cavab tapmağa cəhd edib. Dünəndən küçəyə çıxmağa icazə almalı olan Azərbaycan oxucusu üçün də maraq kəsb edəcəyini düşünüb həm bu mövzuda, həm də İsveçin koronavirusla mübarizə strategiyası haqda qeydlərimi bölüşmək istədim.

Sərt karantin qaydaları Azərbaycanla yanaşı bir çox Avropa ölkəsində də tətbiq edilir. Bəzi yerlərdə küçəyə çıxanlar cərimələnir, bəzi hallarda tutulur da.

İsveçdən savayı!

Bir vaxtlar İsveç modeli deyə sosial rifah dövləti kimi dünyaya nümunə göstərilən ölkə indi də koronavirusla mübarizədə özünün İsveç strategiyasını sərgiləyir. Bu strategiyada ana xətt vətəndaşların hərəkət azadlığını məhdudlaşdıran sərt karantin rejiminin tətbiq olunmamasıdır.

Düzdür, İsveç İctimai Sağlamlıq Agentliyi riskli qruplara aid insanlara evdə qalmağı, hər kəsə səyahət və tətillərdən vaz keçməyi bərk-bərk tövsiyə edir, hökumət 50 nəfərdən çox adamın bir yerə toplanmasını yasaqlayır. Gimnaziya və universitetlər virtual təhsil sisteminə keçirilib. Və sair.

İsveçdə virusa yoluxanların və ölənlərin sayı qonşu ölkələrlə müqayisədə xeyli çoxdur. Rəsmi statistikaya görə, bu günədək virusa yoluxanların sayı 7 min nəfəri keçib, 500 nəfərədək adam ölüb.

Amma sərhədlər açıqdır, aeroportlar, restoran-barlar, orta məktəblər, uşaq bağçaları, kitabxanalar, idarə-müəssisələr əvvəlki rejimdə işləyir. İctimai nəqliyyatda dayanma qeydə alınmır. Əvvəlki qaynar həyat olmasa da, şəhərlər boş deyil.

İsveçlilərin çoxu ölkənin baş epidemioloqu Anders Teqnellin ”kollektiv immunitet yaranması üçün əhali koronavirusa yoluxmalıdır” fikrini dəstəkləməsə də, görünən odur ki, hökumətin virusla mübarizə strategiyası bu fikrə əsaslanır. Yerli mətbuatdakı müzakirələrdən belə anlaşılır ki, hökumət dövlətin iqtisadi, insanların psixoloji, cəmiyyətin sosial və s. durumunu nəzərə aldığından sərt rejimə keçməyə tələsmir. Epidemiyanın pik vaxtı aprelin sonu, mayın əvvəli proqnozlaşdırılır, bəlkə onda daha ciddi tədbirlər görülər, bilmirəm.

Bəs nəyə görə İsveçdə küçəyə çıxmaq qadağası tətbiq olunmur?

Sən demə, belə bir qadağanın tətbiqi önündə ən böyük əngəl vətəndaşların hərəkət azadlığına qarant olan İsveç Konstitusiyasıdır. Konstitusiyaya görə, hökumətin insanların hərəkət sərbəstliyini məhdudlaşdırmağa hüququ yoxdur.

İsveçdə konstitusiya dəyişikliyi demokratiyanın oturuşmadığı ölkələrdəki kimi su içmək qədər asan deyil, ağır, uzun prosesdir. Bunun üçün bir yox, iki parlamentin səsi lazımdır. Yəni bir parlamentdə konstitusiya dəyişikliyinin lehinə verilmiş qərar hələ yetərli deyil. Parlament konstitusiya dəyişikliyinə səs veribsə, həmin parlament buraxılmalı, yeni seçki keçirilməli və əgər yeni seçilmiş parlament də əvvəlkinin dəyişiklik qərarını təsdiqləyərsə, bundan sonra referenduma gedilə bilər. Ona görə də İsveçdə koronavirusa həsr olunan heç bir debatda bu məsələnin üstünə gəlinmir.

“İnfeksiyadan qorunma haqqında” qanuna görə, yoluxucu xəstəliyin yayılmasını önləmək üçün insanların hərəkət sərbəstliyi məhdudlaşdırıla bilər. İsveç İctimai Sağlamlıq Agentliyinin hüquqşünasları həmin qanunu şərh edərkən hərəkət azadlığının yalnız konkret ev, məktəb, yaxud buna bənzər kiçik obyektlərdə tətbiqinin mümkünlüyünü qeyd edirlər.

Stokholmdakı qocalar evində koronavirus aşkarlanandan sonra yaşlı adamların risk qrupuna aid olduğunu nəzərə alaraq ölkənin bütün qocalar evində bu qanunun tətbiqinə start verildi. Başqa heç yerdə.

Dövlətin gördüyü işlər öz yerində, cəmiyyət də özünütəcridə şüurlu yanaşır. Qəbul olunmuş ümumi qaydalara əməl etmək ənənəsi, özünüidarə vərdişlərini mənimsəyən cəmiyyətlərdə pandemiya təki ümummilli fəlakətlərdə dövlətin də yükü ağır olmur. Fəlakətin miqyas və fəsadını təhsilli adamlara izah etmək, cahil vətəndaşları maarifləndirməkdən qat-qat asandır. Ümumiyyətlə, isveçlilər ehtiyatı əldən verməyən insanlardır. Bu, qətiyyən qorxaqlıq anlamına gəlmir. Buna “ehtiyatlı qorxmazlıq” deyərdim.

Koronavirusla mübarizədə İsveçin tutduğu strategiyanın uğurlu olub-olmamasını yaxın aylarda biləcəyik. Məni başqa şey düşündürür. Pandemiya dövründə belə isveçlilərin azadlıq eşqinə heyran qalıram. Dünyanı bürümüş kabus qorxusu altında belə cəmiyyət öz hərəkət azadlığına müqəddəs toxunulmazlıq kimi baxır. Sanki İsveç dilində FRİHET kəlməsi başqa dillərdəki AZADLIQ sözündən daha böyük, ilahi anlam daşıyır.

Haradandır bu xalqda azadlığa sitayiş səviyyəsində sevgi?! Qədim babaları vikinqlərin ruhundanmı gəlir? Bəlkə ölkənin 200 ildən çoxdur müharibə görməməsi, əsarət zülmü dadmaması, ən yaşlı nəsildə belə kölə psixologiyasının olmamasıdır əsas şərt? Kölə təfəkkürünün heç yaddaşda da qalmamasıdır? Kralından tutmuş kəndlisinəcən, baş nazirindən səfilinəcən hər kəsin hər kəs qarşısında bərabərliyi ənənəsindən qaynaqlanır bəlkə?

Geniş təhqiqat mövzusudur!

***

Dünən gözəl hava vardı: isti və günəşli. Qızım Ayanla Olimpiya parkına düşdük, Fredriksdal botanika bağını dolandıq. Mövsüm açılışı edən kafenin açıq havada düzdüyü masaların birində oturub hərəyə bir alma şirəsi sifariş verdik. Və tamaşaya durduq: uşaq, böyük, qoca – hamı günəşin hər kəslə bərabər paylaşdığı şüalarına bürünüb, azadlığın şirin dadından alıb, xoşbəxt anlar yaşayırdı.

Pandemiya dövrünün xoşbəxt adamları… Qəribə səslənir, bilirəm.

Ayanın bir sözü bu yazını yazmağa mənə stimul verdi. Dedi ki, isveçlilərin qocaları AZADLIĞI öz uşaqlarına, nəvələrinə sözlə yox, öz əməlləri ilə əyani göstərirlər.

Biz necə? Övladlarımıza azadlığın anlamını əyani göstərə bilmişikmi?

O azadlıq xoşbəxtliyini gözəlim Azərbaycana arzulayaraq, karantin rejiminin tezliklə bitməsini diləyərək yazdım bu sabah bu yazını.

6 aprel 2020
Helsinqborq, İsveç

Həbslərə etiraz

  • 06 Aprel 2020

“Niyə maska taxmamısan?”

  • 06 Aprel 2020

Son materiallar

comments
ManşetXəbər

Partiyaların qanunu

comments
ManşetXəbər

Bazar nə qədər bahalaşıb?

comments
ManşetXəbər

Macar səddi yarıldı

comments
ManşetXəbər

Artım və azalma açıqlamaları

Rəylər

Do not miss

comments
ManşetXəbər

Partiyaların qanunu

Son materiallar

comments
ManşetXəbər

Partiyaların qanunu

comments
ManşetXəbər

Bazar nə qədər bahalaşıb?

comments
ManşetXəbər

Macar səddi yarıldı

comments
ManşetXəbər

Artım və azalma açıqlamaları

comments
ManşetXəbər

Bakıda maaş, başqa göstəricilər

comments
ManşetXəbər

Müsavatçı həbsdə qalır

comments
Dünyanın səsiManşetŞərh

Koronavirusun universal peyvəndi gəlir? – ABC

comments
ManşetTribunaYazarlar

Ruhu bədəndən qovmaq!

comments
AktualDünyanın səsiManşetŞərh

Saxta xəbərin geniş meydanı – “Forbes”

comments
AktualManşetXəbər

Parlament sədrinə müraciət

comments
AktualManşetŞərh

22 milyon manatlıq itkinin hesabı

comments
AktualManşetXəbər

Narahatlıq, təklif

comments
ManşetXəbər

Londonda Azərbaycana təcavüz

comments
ManşetXəbər

1,7 manatın 4 il 5 ayı

comments
ManşetXəbər

Prezidentlərin telefon söhbəti

comments
Dünyanın səsiManşetTribunaYazarlar

Rusiyadan qorxmamaq – “Vaşinqton Post”

comments
ManşetTribunaYazarlar

Vaxt qoymaq zamanı

comments
ManşetXəbər

Qarabağ yolunda durum necədir?

comments
AktualDünyanın səsiManşetXəbər

Gürcüstanın bahalıq hesabatı

comments
ManşetXəbər

Gərginlik şərhləri

comments
ManşetXəbər

Xalq hakimiyyətinə keçid təklifləri

comments
AktualDünyanın səsiManşetŞərh

Koronavirusla nə qədər yaşamaq? – “Reuters”

comments
AktualDünyanın səsiManşetXəbər

Ermənistanın inflyasiya statistikası

comments
ManşetVideoXəbər

Azərbaycan Ordusu qisas aldı

comments
ManşetTribunaYazarlar

Nəhəngi necə cilovlamalı?

comments
AktualDünyanın səsiManşetŞərh

Moskva üçün dəyənək – “Wall Street Journal”

comments
ManşetXəbər

Yeni mərhələnin ilk günü

comments
ManşetXəbər

Azərbaycan əsgəri şəhid oldu

comments
ManşetTribunaYazarlar

Avropa yolu: xəyal və gerçəklik

comments
AktualManşetXəbər

Azad bölgələrdə hansı vergi güzəştləri olacaq?

Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda