• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Harda qalmısınız, kəlbəcərlilər?

  • 02 Aprel 2020
  • comments
  • Novator.az
  • Posted in TribunaYazarlar

Bu yaxınlarda “Feysbuk”da tanınmış jurnalistimiz, hər gecə yuxusunda əsirlikdə qalan kəndlərinə gedən, yuxusunda Tərtər çayının səsini eşidib diksinən, dünyanın heç bir yerində özünə rahatlıq tapa bilməyən, Kəlbəcərsiz göyüm-göyüm göynəyən Əlövsət Ağalarovun torpaqlarımızın azad edilməsiylə bağlı müraciətini oxudum. Kəlbəcərin işğalı ərəfəsində çox təsirləndim və bu şeiri yazdım. 

Dağladı yad elin sərt qışı məni,
Qarsdı qaçqınların baxışı məni,
Tutdı çiçəklərin qarğışı məni,
Harda qalmısınız, kəlbəcərlilər?

Bizi ovudurlar, kişi ağlamaz,
Ahı-naləsiylə sinə dağlamaz,
Kəlbəcər yarası qaysaq bağlamaz,
Harda qalmısınız, kəlbəcərlilər?

Səyirdin atları, yorun, çatlasın,
Dağıdın sədləri, qırın, çatlasın,
Sonra deməsinlər, gorun çatlasın,
Harda qalmısınız, kəlbəcərlilər?

Bu qəflət sirrinin açın dərdini,
Yad əldə yolunan saçın dərdini,
Qubadlı, Kəlbəcər, Laçın dərdini,
Harda qalmısınız, kəlbəcərlilər?

Gözümdə həsrətim ilmə-ilmədi,
Vaxt-vədə ötüşdü, bir kəs bilmədi,
Ağ atlı oğlan da getdi, gəlmədi,
Harda qalmısınız, kəlbəcərlilər?

Günün, ayın, ilin gözəl çağında,
Ruhumuz daşlanır şər qalağında,
Bizi yatırtdılar fil qulağında,
Harda qalmısınız, kəlbəcərlilər?

Hər gün öləziyir ümidin şamı,
Məni qınayırsa, qınasın hamı,
Yaman kövrəlmişəm bu yaz axşamı.
Harda qalmısınız, kəlbəcərlilər?

Nisgildən, həsrətdən tutulub şələm,
Məlhəm olmur mənə bu dərdli qələm,
Xəbər edəsiniz yüyürəm, gələm,
Harda qalmısınız, kəlbəcərlilər?

Üstümüzdən müjdə yeli əsmədi,
Görək yaxşı nədi, görək pis nədi?
Səbrimizi Allah niyə kəsmədi?
Harda qalmısınız, kəlbəcərlilər?

Nəsib bülbül kimi, yad qəfəsdədir,
Gözü yolda qalıb, könlü səsdədir,
Heç çimir eləmir, ayaq üstədir,
Harda qalmısınız,  kəlbəcərlilər?

Nəsib Nəbioğlu,
Moskva, 02.04.2020

Aqil Abbas haqqı

  • 02 Aprel 2020
  • comments

Ölkədə 15 günlük yeni məhdudiyyətlər tətbiq olundu

  • 02 Aprel 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Ağa Laçınlı: sözün ağası

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Poeziya
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

Son materiallar

comments
ManşetTribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda