• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

Xoş məramlar üçün fürsət

  • 30 Mart 2020
  • comments
  • Novator.az
  • Posted in ManşetTribunaYazarlar

Arif Hacılı
Müsavat Partiyasının başqanı

İnsanlıq öz tarixində bəlkə də ilk dəfədir ki, eyni vaxtda hamıya, dünyanın hər yerində yaşayan hər kəsə aid olan bəla ilə üzləşib.

Hətta İkinci Dünya müharibəsindən xəbərsiz olanlar, bu fəlakətdən kənarda qalan xalqlar, dövlətlər var idi.

Koronavirus fəlakəti hər kəsə, hər bir insan övladına aid olan bəlaya çevrildi.

İlk dəfədir ki, hər kəs özünə görə yox, yaxınlarına, obasına, kəndinə, şəhərinə, ölkəsinə, bəşəriyyətin gələcəyinə görə məsuliyyət daşıyır.

Hər gün minlərlə insan, həkim, digər tibb işçiləri, görəvini yerinə yetirən hər kəs, yaşlı qadınlar, ağsaqqallar kimlərinsə məsuliyyətsiz, cahil davranışlarının qurbanı olur.

Bu bir oyun deyil.

Hər kəs anlamalıdır ki, bəlkə də həyatımızın ən mühüm və məsuliyyətli dövrünü yaşayırıq.

Görəvimiz bəşəriyyəti, ölkəmizi, yaxınlarımızı, ailəmizi, özümüzü bu bəladan qorumaqdır.

Hakimiyyətə səslənirəm. Bu vəziyyəti bəd əməllər üçün yox, xoş məramlar üçün fürsət bilin.

Tofiq Yaqublunu, Fuad Əhmədovu, Babək Həsənovu, başqa siyasi məhbusları azadlığa buraxın. Digər məhbuslar üçün amnistiya verin.

Qara gündə olan insanların yaşayışını təmin etmək üçün dövlət büdcəsinin, milyardların toplandığı fondların ağzını açın.

Sərt qərarlar olmasa itkilərimiz çox olacaq.

Yasamalda tamaşa düzəldən icra hakimiyyəti, metroda süni basabas yaranmasına səbəb olan qərarları verənlər, ən vacib ərzaq məhsulları və tibbi ləvazimatı gizlədib süni yolla qiymətlərin artırılmasına çalışan möhtəkirlər məsuliyyətə cəlb olunmalıdır.

Aztəminatlı ailələrə sosial yardım edilməsi üçün xüsusi dövlət proqramı hazırlanıb həyata keçirilməli və digər zəruri işlər görülməlidir.

…Şanslıyıq ki, koronavirus dalğasının önündə deyilik.

Başqa dövlətlərin, xalqların təcrübəsindən istifadə etmək imkanımız var. Öyrənək, yararlanaq!

Mənbə: “Facebook”

Ən son qadağalar

  • 30 Mart 2020
  • comments
Emin Huseynzade

Koronavirusu öldürərkən başqa xəstəliklər arta bil...

  • 31 Mart 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

Pəhləvi Trampa ismarış göndərib – “Foks Nyus”

GLOBALS:0

Tags

  • Cəmiyyət
  • Səhiyyə
  • Siyasət
  • Sosial
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

Son materiallar

comments
Dünyanın səsiManşetXəbər

Estoniyada rus əməliyyatı necə bitdi?

GLOBALS:0
comments
Dünyanın səsiManşetŞərh

Trampın həftəsi – Hüquq professoru yazır

GLOBALS:0
comments
AktualDünyanın səsiManşetXəbər

İsrailin Çindən İran umacağı – “Bloomberg”

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda