• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Şair ömrü qorxuludu…” (Şeirlər)

  • 18 Mart 2020
  • comments
  • Novator.az
  • Posted in TribunaYazarlar

Vəliş Zirvəli

Məni

Dəyanətli öyrədibdi
Qəlbimdəki dözüm məni.
Alov dilli ildırımam
Közərdəndə gözüm məni.

Könül, bir az qayğıkeş ol,
Sevincə dön, ürəyə dol,
Haqqa doğru aparar yol
Haqqa gedən izim məni.

Çəkilsə də hərdən tarım,
Durulacaq duyğularım,
Öldürsə də qayğılarım,
Dirildəcək sözüm mənim.

Şair

Şair Tanrı buyruqçusu,
Şair Allahın quludu.
Sevgisi Allah sevgisi,
Yolu həqiqət yoludu.

Çökən sükut yaşındadı,
Doğan ümid yaşındadı,
Şair Qorqud yaşındadı,
Yaşı qədimdi, uludu.

Dövrün əriyən şamıdı,
Məqamı haqq məqamıdı,
Şair Allah adamıdı,
Sinəsi sözlə doludu.

Müşfiq hanı, Cəfər hanı,
Cavid etdi səfər, hanı,
Gedən neçə nəfər hanı,
Şair ömrü qorxuludu.

Belə

Yamanca tez keçdi bu ömür, bu gün,
Bu qış belə keçdi, bu yaz da belə.
Nə tam naşükürəm, nə tam razıyam,
Bir az yaxşı keçdi, bir az da belə.

Hər işi yaradan Haqqın əlidi,
Duyğu var həlimdi, duyan dəlidi,
Saf sular özü də təhlükəlidi,
Kür bu hövsələdə, Araz da belə.

Dolaşıq düşməsə ömür adlı kələf,
Yaşamaq da şərəf, ölmək də şərəf,
Daha yol qayıdıb qüruba tərəf,
Vəliş, karvanını tarazla belə.

Sən gedən gündən

Dedin ki, gələrəm, yolumu gözlə,
Gözlərim yoldadı sən gedən gündən.
Dünyanın qəminə köklənən qəlbim
Fikri-xəyaldadı sən gedən gündən.

Qəm, kədər ruhumda olubdu əlbir,
Çarəsiz görünür tökülən tədbir,
Yüz fikrim bir borcu ödəyə bilmir,
Ürəyim qaldadı sən gedən gündən.

Gözündə bir eşqin sönən məşəli,
Çarəsin tapmadı bir loğman əli,
Sən qoyub getdiyin Vəliş Zirvəli
Gəl gör nə haldadı sən gedən gündən.

Gömrük pozuntularının hesabatı

  • 18 Mart 2020
  • comments

Yaxın ölkələrlə alış-veriş

  • 18 Mart 2020
  • comments

About author

Novator.az

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
comments
TribunaYazarlar

Yenə “məhkəmə tribunasında”

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Poeziya
  • Yazarlar

Rəylər

Do not miss

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

Son materiallar

comments
ManşetTribunaYazarlar

Başına döndüklərim

GLOBALS:0
comments
TribunaYazarlar

Məhkəmədə deyə bilmirsən…

GLOBALS:0
comments
ManşetTribunaYazarlar

Keçmişi indiyə çağırmaq

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda