• Rubrikalar
    • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi
.

  • Email
  • Facebook
  • RSS
  • Twitter
  • YouTube
  • Rubrikalar
    • Xəbər
    • Şərh
    • Tribuna
    • Foto
    • Video
  • Media hüququ
    • Analiz
    • Qanunvericilik
    • Hüquqi yardım
  • Media tənqidi
  • Dünyanın səsi

“Get gözətçi təyin et” və “İzabel üçün. Mandala”

  • 16 Mart 2020
  • comments
  • Səidə Hüseynova
  • Posted in Xəbər

“Qanun” Nəşrlər Evinin çap etdiyi yeni kitablardan ikisi haqda qısa məlumatları oxucuların diqqətinə çatdırırıq.

Harper Li, “Get gözətçi təyin et”

Maykomb, Alabama. 26 yaşlı Jan Luiza Finç – “Skaut” yaşlanmış atasına, Attikusa baş çəkmək üçün Nyu-Yorkdan vətənə qayıdır. Həmin vaxtlarda ölkədəki insan haqları uğrunda mübarizə, siyasi çaxnaşmalar Cənuba da gəlib çıxmışdı. Jan Luiza doğma şəhəri, qohumları, ona əziz olan insanlar haqda əsl həqiqəti öyrənəndən sonra onun vətənə gəlişindən duyduğu sevinc hissinə kədər qatılır. Uşaqlıq illəriylə bağlı xatirələr yadına düşür, mənəvi dəyərlərə olan inamını şübhə bürüyür. “Get gözətçi təyin et” romanının əsas obrazları “Bülbülü öldürmək” romanındakı obrazlardır. Bu kitab gənc qızın keçmiş illüziyalarıyla zəngindir. O, xə­yalən keçmişə dönür – keçmişə səyahətə yalnız hər şəxsin öz yaddaşı bələdçilik edir.

Bu kitab 1950-ci illərin ortalarında yazılıb. Harper Linin ölkədəki hadisələrə baxışını ifadə edir. Müdriklik, insanlıq, ehtiras, yumorla dolu bu kitab başqa bir eranın xatirələrini oyadır, eləcə də bizim zamanlar üçün münasibdir. Bu roman nəinki “Bülbülü öldürmək” əsərinin möhtəşəmliyini təsdiq edir, həm də Amerika klassikasına yeni məna gətirib. 

Kitabın satış qiyməti 12.90 manatdır.

Antonio Tabukki, “İzabel üçün. Mandala”

Antonio Tabukkinin “İzabel üçün. Mandala” romanı dün­­ya şöhrətli italyan yazıçısının sonuncu əsəridir və ölü­mün­dən sonra çap olunub. Romanda İzabel adlı itmiş portu­qaliyalı qadınla onun axtarışında olan polyak əsilli, portuqaliyalı yazıçı Tadeuşun mistik ayrılıq hekayətindən bəhs edilir. Dünyasını dəyişmiş Tadeuş Böyük Ayı bürcünün ən parlaq ulduzu olan Siriusun ətraflarından qayıdaraq bir vaxtlar sevdiyi İzabelin axtarışına çıxır. Bu sirli səyahətdən bəhs edən metafizik roman marağınıza səbəb olacaq. 

Əsəri italyan dilindən Cəmşid Cəmşidov tərcümə edib.

Kitabın satış qiyməti 6.99 manatdır.

Sənayedə 10 nəhəng

  • 16 Mart 2020
  • comments

Rafael Dadaşov vəfat edib

  • 16 Mart 2020
  • comments

About author

Səidə Hüseynova

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
comments
Xəbər

Bir kursun xərci

GLOBALS:0

Tags

  • Ədəbiyyat
  • Nəsr
  • Yazarlar

Rəylər

Do not miss

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

Son materiallar

comments
Dünyanın səsiXəbər

Makronun fiqurunu oğurlayanlara cinayət işi açılıb

GLOBALS:0
comments
Dünyanın səsiXəbər

Həcc ziyarəti: zəvvarların sayı niyə azalıb?

GLOBALS:0
comments
Xəbər

Boşanmanın çox olduğu bölgələr

GLOBALS:0
Copyright © 2020
  • Saytın xəritəsi
  • Əlaqə
  • Müəllif hüquqları
  • Haqqımızda